Arxiv
21 Aprel 2021, 17:35 | ANALİTİKA
Zəngəzur: regionda yeni gərginlik ocağı yaranır - TƏHLİL

Zəngəzurda nə baş verir? İlham Əliyev “qayıdacağıq” dedi, Nikol Paşinyan “Sünik (Zəngəzur) yürüşü”nə cəhd göstərdi, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi bölgəyə getdi.


Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizi”nin icrası haqda danışarkən, “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” deməsi suallar yaratdı.


- Əliyev kimə, hansı mesajı verir?

- Dəhlizin reallaşması tarixi torpaqlara qayıtmağımız deməkdirmi?

- Zəngəzurla bağlı hansı planlar var?


İlham Əliyevin “101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacağıq” sözləri təkcə Ermənistana yox, 101 il öncə - 1920-ci ildə Zəngəzuru Ermənistana verən Rusiyaya da ünvanlanır. O cümlədən, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyən Azərbaycan dövlətinin növbəti hədəfini cəmiyyətə açıqlayır.


Burada ən düşündürücü məqam “Zəngəzur dəhlizini icra edəcəyik” deyən Prezidentin ardınca “101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacağıq” hədəfinin açıqlanmasıdır.


Bu, dəhlizin icra edilməsi ilə Azərbaycan xalqının Zəngəzura qayıtması demək deyil. Bu, dəhlizin reallaşması ilə Zəngəzura qayıdış prosesinin başlanması kimi oxuna bilər.


Qarabağ müharibəsindən öncə dedikləri və müharibə Əliyevin torpaq məsələsində populizm etmədiyini təsdiqlədi. Bu baxımdan, “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” sözlərinin populizm olmadığı və dövlətin bununla bağlı strategiyasının mövcudluğu fikri önə çıxır.


İlham Əliyev İrəvan hədəfini açıqlayarkən, “Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm, biz qayıdacağıq” deməklə tarixi torpaqlara qayıdış strategiyasının “yol xəritəsi”nin necə olacağına işarə vurmuşdu. Və bizim ehtimala görə, Zəngəzurda iki dəhlizlə - Mehridən keçən və Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən – təsir imkanlarını genişləndirmək, investisiya layihələri ilə bölgəyə daxil olmaq, o cümlədən, təzminat və digər rıçaqlarla bölgədə fəaliyyət göstərmək imkanlarının qazanılması planı ola bilər. Lakin bu, prosesin görünən, ehtimal olunan tərəfidir.


Dövlətin strateji planlarının görünməyən tərəfləri nədir, bunu zamanla biləcəyik. İndi bir məsələ aydındır: Əliyev “Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” deməklə populizm etmir, hədəfləri göstərir.


Bunun fonunda Ermənistanda baş verən iki hadisə diqqət çəkir: Paşinyan və Linn Treysi Zəngəzura getdi.


Paşinyanın gedişi daxili proseslərdən qaynaqlanır:

  • 1. Siyasi rəqiblərinə bölgəyə hakim olduğunu göstərmək.
  • 2. Bölgədəki etiraz elektoratını azaltmaq və seçkidə səs qazanmaq.

  • Nikolla eyni ərəfədə ABŞ səfiri Linn Treysinin bölgəyə gedişinin səbəbləri daha dərin görünür:

    - Səfir bölgədə əhalinin əhval-ruhiyyəsini öyrənir və seçki öncəsi vəziyyətlə bağlı hesabat hazırlayacaq. ABŞ səfirlərinin belə təcrübəsi var;

    - Vaşinqton Rusiyanın Gümrüdəki hərbi bazasının bir hissəsinin bölgəyə köçürülməsi planlarını araşdırır: ruslar bu addımla həm də Türkiyə üzərindən de-fakto Azərbaycana gələn NATO-ya qarşı Zəngəzurda müdafiə zolağı yaradır;

    - Vaşinqton “Zəngəzur dəhlizi”ni və perspektivlərini yerində öyrənmək istəyir: ABŞ-ın bölgədə dəstək verdiyi Gürcüstan marşrutuna alternativ yol kimi və Çinin “bir kəmər, bir yol” layihəsi çərçivəsində gördüyü dəhlizi öz nəzarətinə götürməklə Mərkəzi Asiyaya çıxış planında istifadə etmək niyyəti var.


    Proseslərin inkişafı, xüsusilə bölgədə ABŞ və Rusiya maraqlarının toqquşması Zəngəzurun regionda yeni gərginlik ocağı ola biləcəyi ehtimalını gücləndirir.


    Burada Əliyevin “Zəngəzura qayıdacağıq” sözlərinin cari perspektivdəki hədəflərini anlamaq mümkündür:

  • 1. Bu açıqlamalar bölgədə erməni əhalisinin Paşinyan hakimiyyətinə qarşı etirazlarına əsas yaradır və mərkəzi hakimiyyətinin təsirini azaldır. Belə vəziyyət bölgənin gərginlik ocağı olması potensialını artırır.
  • 2. Qarabağdakı gərginlik Zəngəzura – Ermənistanın daxilinə köçürülür.

  • Zəngəzurda gərginlik ocağının yaradılmasının Rusiyanın maraqlarına zidd olduğunu nəzərə alsaq, Bakı bununla Xankəndini Azərbaycana qarşı istifadə edən rusların qarşısında manevr imkanları da qazanır: sən Xankəndini qarışdırırsansa, biz də Zəngəzuru...


    Bu baxımdan, Əliyevin “Zəngəzura qayıdacağıq” açıqlamasındakı “101 il bundan əvvəl bizim əlimizdən alınmış” ifadəsi təsadüfi deyildi.



    Asif Nərimanlı

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Beyni əqli zəiflikdən necə qoruyaq? - TƏBİİ ÜSUL 8 May 2021, 09:05 Sumqayıtda yaşayış binasında YANĞIN 8 May 2021, 08:59 Sərbəst güləşçimiz bürünc medal qazandı 8 May 2021, 08:52 Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş katibi vəfat etdi 8 May 2021, 08:41 Arterial təzyiqin göz damarlarına təsiri 8 May 2021, 08:26 Şuşanın azad olunmasından 6 ay ötür - İşğal tarixini unutmayaq! 8 May 2021, 08:22 Azərbaycan və ATƏT-in 10 ölkəsindən birgə BƏYANAT 8 May 2021, 08:14 Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19