Arxiv
28 Aprel 2021, 15:46 | MÜSAHİBƏ
“Atamın nəslində bütün kişilər infrakt və insultdan ölüb” - Araz Ağalarovun MÜSAHİBƏSİ

Azərbaycan əsilli rusiyallı iş adamı, “Crocus Group” holdqinini prezidenti Araz Ağalarov “TASS” agentliyinə geniş müsahibə verib. Müsahibəsində iş adamı şəxsi həyatı, biznesi və s. barədə maraqlı açıqlamalar verib.


“Sovet dövründə Bakıda səsyazma studiyaları populyar idi. Sifarişlər çox olduğu üçün dövlət studiyayaları hamıya xidmət göstərə bilmirdi. Onda mən tanışların köməyi ilə studiyalarla razılaşdım ki, kassetləri evdə yazıb onlara təhvil verim. Mənə hər kassetə görə 2 rubl ödəyirdilər. Ayda 1000 rubla qədər pul qazanırdım”- deyə Ağalarov biznes fəaliyyətinin erkən çağında ilk pulları musiqidən qazandığını xatırlayır.

 

Ağalarov 14 yaşı olarkən atasını itirdiyini söyləyib. O, nəsillərində kişilərin infarkt və insulta irsi meylli olduqlarını əlavə edib.


“Atamın nəslində bütün kişilər infarkt və insult nəticəsində ölüb. 2000-ci ildə bu irsi problem nəticəsində qardaşım da vəfat etdi. O atletik biri idi və hər gün onlarla kilometr piyada yol gedə bilərdi. Və gözlənilmədən 61 yaşında ölüm...”.

 

Ağalarov tibb adamlarına müraciət edərək dəqiqləşdirib ki, onların nəslində kişilərdə xolestrin və triqresidlər genetik olaraq normadan xeyli çox olub. İş adamı xolestrinin yüksək miqdarda olan zaman qan dövranına mane olduğu və damarlarda tıxanıqlıq yaratdığını əlavə edib.


“Mən bu məsələni araşdırdım və statin qəbul etməyə başladım. ABŞ-da bundan başı çıxan təcrübəli həkimlər tapdım və artıq 20 ildir ki, bədənimdə xolestrinin miqdarını normada saxlayıram”.

 

Araz Ağalarov ailəsi və aldığı ali təhsil barədə danışıb.

“Mənim atam Azərbaycan Elmlər Akademiyasının Su Problemləri İnstitutunun direktor müavini olub. 14 yaşım olanda o öldü. Atam Neft və Kimya İnstitutunun rektoru ilə dostluq edirdi. 16 yaşım tamam olanda anam onun evinə gedərək mənim hansı universitetə daxil olmam üçün məsləhət istədi. Atamın doktorluq dissertasiyası yazmasına kömək etdiyi həmin şəxs isə anama məsləhət almaq üçün böyük qardaşıma müraciət etməyi vacib bilib. Onun cavabı həmişəlik yadımda qalıb”.

 

Araz Ağalarov Azərbaycan Texniki İnstitutuna daxil olduğunu, 1976-cı ildə İnstitutu bitirərək rabitə mühəndisi kimi Bakı Şəhərlərarası Telefon Stansiyasında işləməyə başladığını danışıb.

 

Bundan başqa, o, məşhur müğənni Müslüm Maqomayevlə dost olduqlarını da xatırlayıb.

“Mən hələ telefon stansiyasında işlədiyim vaxt onunla ünsiyyətimiz yarandı. O, məndən 13 yaş böyük idi və əsl dostluğumuz məhz Moskvada başladı. Publika onu sevirdi, amma şöhrətinin zirvəsində onun yanındakı şəxslər bir anda yoxa çıxdılar. Bu zaman ona mənəvi dəstək verməli olduğumu anladım və biz çox yaxın olduq”.

 

Sovet İttifaqının dağılmasını böyük faciə adlandıran Araz Ağalarov hazırda yalnız Rusiya pasportuna malik olduğunu deyib.

“Mental olaraq mən sovet adamıyam. Pasportuma görə isə Rusiya Federasiyasının vətəndaşıyam. Oğlum Emin də, mən də yalnız Rusiya vətəndaşlayırıq. Bundan bir müddət öncə o, Azərbaycanın Xalq artisti adını alsa da... Bundan başqa, Eminin ABŞ-da oturum icazəsi var. 90-cı illərdə o, ABŞ-da 7 ya 8 il yaşayıb. Oxuyub və diplom alıb”.

 

Araz Ağalarov həyat yoldaşı ilə qızının uzun illərdir ki, ABŞ-da yaşadığını da deyib.


“Mən ABŞ-da ildə uzağı 1 ay olaram. Qızımı ziyarət edirəm, iş görüşləri keçirirəm. Qızım Şeyla ABŞ-a köçəndə 6 yaşı var idi. Ora həyat yoldaşım - anası İrina ilə köçdülər. Orada da qalası oldular. 31 yaşı var və 25 ildir orada qalır. Eminlə məndən fərqli olaraq, İrina və qızım 2000-ci illərin əvvəllərində Rusiyaya dönmədilər. Onlar çoxdan amerikalı olublar, pasport alıblar. Amma rus dilini unutmurlar. Bu yaxşıdır. Şeylanı nə qədər Moskvaya gətirsəm də, bir neçə həftədən sonra deyir ki, “ata getmək istəyirəm. Burada rəfiqələrim və heç kimim yoxdur”.

 
Araz Ağalarov həyat yoldaşı İrina Ağalarova ilə tanış olmasından da danışıb.

“Biz məktəbin 5-ci sinfindən tanış idik. Məktəbin bitməsinə yaxın dostlaşdıq. Sonra fərqli universitetlərə girdik. İrina Pedoqoji, mən də Texniki İnstitutda idik. Münasibətlər soyumağa başladı. Sonuncu kursda yenidən yollarımız kəsişdi və evlənmək barədə qərar verdik. Bu 1978-ci il idi. O vaxtdan İrina qızımla ABŞ-a köçməyənə qədər həmişə bir yerdə idik”.

 

Araz Ağalarov həyat yoldaşı ilə qızınını ABŞ-da yaşamağa başlamasını 90-cı illərdə Rusiyada təhlükəli kriminogen durumla bağlı olduğunu söyləyib.   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04