Arxiv
29 Aprel 2021, 16:55 | DİASPOR
Diaspor konüllüləri dünya dövlətlərini İrəvana təsir göstərməyə çağırıb

 

Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsinə etiraz əlaməti olaraq xüsusi aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, pandemiya qaydalarına uyğun olaraq, ayrı-ayrı qruplar şəklində Diasporla İş üzrə Dövlət Komitəsində toplaşan könüllülər öz şəxsi elektron ünvanlarından müxtəlif ölkələri təmsil edən avropalı parlamentarilərə, ABŞ konqresmenlərinə və beynəlxalq təşkilatlara müraciət ediblər. Qərb siyasətçilərinin və beynəlxalq təşkilatların elektron ünvanlarına ingilis dilində göndərilən ümumilikdə yüz minlərlə müraciətdə Ermənistan sılahlı qüvvələrinin Azərbaycanın işğaldan azad edilmiş şəhər və kəndlərini viran qoyduqları, minalanmış əraziləri arxada buraxdıqları nəzərə çatdırılıb.

 

Təəssüflə qeyd edilib ki, Ermənistanın mina xəritələrini təhvil verməkdən imtinasının acısını 30 ilə yaxın məcburi köçkünlük həyatı yaşamış və müharibə sonrası doğma torpaqlarına can atan onlarla Azərbaycan vətəndaşı çəkir. Onların mina partlayışlarına məruz qaldığı, öldükləri və xəsarət alaraq əlilə çevrildikləri bildirilib. Bu prosesin Qarabağda yenidənqurma işlərinin aparılmasına, Azərbaycan vətəndaşlarının öz evlərinə qayıdışına, bölgədə uzunmüddətli barışın və sabitliyin bərqərar olmasına ciddi əngəl yaratdığı vurğulanıb.

 

Ermənistanın beynəlxalq humanitar hüquq prinsipini pozduğunu xatırladan Diaspor Könüllüləri beynəlxalq təşkilatları, avropalı və amerikalı parlamentariləri mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün rəsmi İrəvana təsir göstərməyə çağırış ediblər.

 

Xatırladaq ki, indiyədək diaspor könüllülərinin və azərbaycanlı gənclərin təşəbbüsü ilə sosial şəbəkələr üzərindən Azərbaycan həqiqətlərinə dair müxtəlif aksiyalar keçirilib. Aksiyalar zamanı Tovuz hadisələri, II Qarabağ savaşı, Xocalı soyqırımının 28-ci və 29-cu ildönümləri ilə bağlı həqiqətləri əks etdirən foto, video və digər məlumatlar paylaşılıb, Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsi üçün ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə, Rusiya da daxil olmaqla, ümumilikdə 50-dən çox ölkənin millət vəkillərinə müraciətlər ünvanlanıb. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hindistanda leysan zamanı 18 nəfər öldü 18 Oktyabr 2021, 00:50 “Google”dan müstəqilliyimizin bərpası gününə özəl dudl 18 Oktyabr 2021, 00:30 Xudafərinin işğaldan azad edilməsinin ildönümüdür 18 Oktyabr 2021, 00:15 Müstəqilliyimizin bərpasından 30 İL ÖTÜR 18 Oktyabr 2021, 00:00 Fransanın Belarusdakı səfiri ölkəni tərk etdi 17 Oktyabr 2021, 23:38 22 yaşlı oğlan məktəbin həyətində özünü asdı 17 Oktyabr 2021, 23:15 Tehranda Müstəqilliyin Bərpası Günü qeyd olundu 17 Oktyabr 2021, 22:53 Suriyada yeni konstitusiyanın hazırlanması barədə razılıq 17 Oktyabr 2021, 22:30 Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 4-cü yeri tutdu 17 Oktyabr 2021, 22:14 Zəngilanda qurulan “Ağıllı kənd” - VİDEO 17 Oktyabr 2021, 21:56 Klinton xəstəxanadan evə buraxıldı 17 Oktyabr 2021, 21:37 Qətərin XİN başçısı Azərbaycana gəlir 17 Oktyabr 2021, 21:14 Mehriban Əliyeva Vətən Müharibəsi Qəhrəmanları ilə GÖRÜŞDÜ 17 Oktyabr 2021, 20:59 "Qarabağ" "Sabah"a qalib gəldi 17 Oktyabr 2021, 20:40 QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi 17 Oktyabr 2021, 20:28 Daha bir avtobusda gediş haqqı kartla ödəniləcək 17 Oktyabr 2021, 20:15 Azərbaycanla bağlı məlumatlar London bilbordlarında 17 Oktyabr 2021, 19:39 İlham Əliyev: "Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi" 17 Oktyabr 2021, 19:21 “Neftçi”-“Sumqayıt” oyunu heç-heçə başa çatdı 17 Oktyabr 2021, 19:20 "18 oktyabrı böyük təmtəraqla qeyd etmək yersizdir" - Prezident 17 Oktyabr 2021, 19:17 Füzuli Memorial Kompleksinin təməl daşı qoyuldu 17 Oktyabr 2021, 19:13 İlham Əliyev və birinci xanım Füzuli Mərkəzi Şəhər parkında 17 Oktyabr 2021, 19:12 Prezident və birinci xanım Füzuli aeroportunda 17 Oktyabr 2021, 19:09 Prezident: "9 ayda neft sənayesi 20 faiz artıb" 17 Oktyabr 2021, 18:05 Prezidentdən memorial SƏRƏNCAMI 17 Oktyabr 2021, 17:59 İlham Əliyev: "O günü yaxınlaşdırmışıq” 17 Oktyabr 2021, 17:51 Prezident: "Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır" 17 Oktyabr 2021, 17:49 Vaksinasiyadan keçənlərin bu günə olan statistikası 17 Oktyabr 2021, 17:40 Bu gün yoluxanların sayı  17 Oktyabr 2021, 17:38 Avstraliyada şəhidlərimizin xatirə guşəsi 17 Oktyabr 2021, 17:30 Prezident: "Cəmi 8 ay ərzində... inşa edildi" 17 Oktyabr 2021, 17:28 “17 oktyabr tarixdə xüsusi yer tutacaq”  17 Oktyabr 2021, 17:22 Prezidentlə xanımı ictimaiyyət nümayəndələri ilə görüşdü 17 Oktyabr 2021, 17:14 Füzuli şəhərinin təməl daşı qoyuldu 17 Oktyabr 2021, 17:12 Ərdoğan Afrika turuna çıxdı 17 Oktyabr 2021, 17:11