Arxiv
4 May 2021, 11:37 | PARLAMENT
Zahid Oruc “Dövlətqaçqınkom”un adının dəyişdirilməsini İSTƏDİ

"Qarabağın Azərbaycanlı icmasının ləğvi Vətən Müharibəsində qələbəmizin siyasi nəticəsidir və bu 1-ci Qarabağ savaşının mirası ilə vidalaşmaq deməkdir. Vaxtilə ölkə daxilində və beynəlxalq aləmdə bir milyon insanın hüquqlarını qorumaq məqsədini qarşıya qoyan təşkilatın mövcud olduğu 15 ildə xidmətləri danılmazdır, eləcə də dövlətimizin hüquqi-siyasi mövqeyinin güclənməsində, düşmən tərəfinin danışıqlarda müstəqil tərəf kimi iştirak planlarının iflasa uğradılmasında qurum əhəmiyyətli rol oynadı".


Modern.az
xəbər verir ki, bu fikirləri parlametin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Zahid Oruc bildirib.


Deputat qeyd edib ki, icmanın ləğvi daha iki mesajın dünyaya verilməsidir:


"Birincisi, status olmayacaq. Yəni, “erməni icması” anlayışı qəbul edilməyəcək, onlar əlahiddə hüquq və güzəştlər gözləməsinlər, digər etnik qruplar kimi Azərbaycan Konstitusiyasına tabe olub yaşaya bilərlər. Nəhayət, Azərbaycanlı icmasının ayrıca ictimai-siyasi vahid kimi ləğvi Minsk Qrupunun öz varlığını münaqişə və icmalar üzərindən saxlamaq istəklərinə qarşı da növbəti diplomatik cavabdır. Qoy Minsk qrupu Qarabağ əvəzinə üç ölkənin arasındakı gərginliyi - Moskva,  Vaşinqton və Parisin münasibətlərində illərdir hökm sürən sanksiya müharibələrini  çözsün!


İndi xalqımız hərbi Qələbədən sonra mühüm çağırışlar qarşısındadır. Biz işğal  dövrünün bütün strukturlarını qələbə zamanına uygunladırmağı bacarmalıyıq. Daha hansı qurumların yenilənməsinə və institusional tədbirlərə ehtiyac var? Şübhə yoxdur ki, indi quruculuğu bir nömrəli dövlət işinə çevrilən Şuşa şəhərinin bir vaxtlar Bakıda inşa edilən inzibati binasından-icra hakimiyyətindən öz əzəli ünvanına köçməsi-fərəhli qayıdış aktı olacaq! Bilavasitə ölkə başçısının tapşırıgı ilə tikilən və açılışında şəxsən iştirak etdiyi binanın gələcək təyinatının da məhz siyasi qərarla veriləcəyi şübhə doğurmur. Özünün arxitektur gözəlliyi ilə seçilən və düşərli bir ünvana çevrilən Şuşa icra hakimiyyətinin binası gələcək siyasi ideallarımıza uyğun İrəvan-tarixi yaddaş binasına çevrilməklə varislik ənənlərinin qorunmasına, növbəti on illərin milli hədəflərinə xidmət edəcəkdir. 


Qələbə dövrünün qarşıya qoyduğu mühüm vəzifələrdən biri də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Qayıdış və Quruculuq Komitəsinə çevrilməsidir. Dünyada mövcud olan 80 milyondan çox köçkündən yalnız bizim xalqımıza nəsib olan qayıdış hadisəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsidir və ona görə də hazırda böyük miqyaslı işlər icra edən Komitənin, onun fədakar rəhbərliyinin və kollektivinin 100 minlərlə vətəndaşımızın doğma torpaqlarımıza qayıdışında da görəcəkləri işlər misilsizdir. Beləliklə, biz təkcə dövlət-hökumət institutlarını deyil, ictimai-siyasi leksikonumuzu, təhsil, mədəniyyət və ədəbiyyat sistemimizi, kitablarımızı,  siyasi proqram və konsepsiyalarımızı parlaq Qələbəmizə uyğunlaşdırmalıyıq. Yeni milli kimlik, yeni qalib xalq və dövlət statusu bizdən fərqli ideologiya, yeni düşüncə və yeni hədəflər tələb edir!".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04