Modern.az

İntihar edən zabitlə bağlı rəsmi MƏLUMAT

İntihar edən zabitlə bağlı rəsmi MƏLUMAT

Hadisə

6 May 2021, 10:58

Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi qulluqçusu, leytenant Rüfət Nəbizadənin ölümü ilə bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, rəsmi məlumata görə, Rüfət Nəbizadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak edib Şuşaya qədər döyüş yolu keçib.

 

"Zabitimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. 

O, müharibədə aldığı ağır kontuziya səbəbindən bir müddət Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alıb.

 

Çox təəssüf ki, R.Nəbizadə ötən gün dünyasını dəyişib",-deyə rəsmi məlumatda qeyd olunub.

Qeyd edək ki, Rüfət Ağayar oğlu Nəbizadə srağa gün intihar edib. Ailəsinin verdiyi məlumata görə, hərbçi döyüşlər vaxtı aldığı kontuziyadan əziyyət çəkirmiş. Leytenant Nəbizadənin intiharına psixoloji vəziyyəti səbəb olub.


Mərhum 2019-cu ildə xaricdə xüsusi təyinatlı kursu bitirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!