Arxiv
7 May 2021, 18:07 | ANALİTİKA
Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL

Modern.az saytı “Atlas” Araşdırmalar Mərkəzinin təhlil yazısını təqdim edir:

***

Co Bayden prezident seçildikdən sonra ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrini bu ilin sentyabrın 11-ə qədər geri qayıdacağını bildirdi. 11 sentyabr tarixinin seçilməsi simvolik mahiyyət daşıyır. Vaşinqton məhz 20 il əvvəl Əl-Kaida terrorçularının Amerikaya hücumundan sonra Əfqanıstana müdaxilə qərarı vermişdi. Ağ Ev sahibi hesab edir ki, geri qayıtmaq zamanıdır.
 

Amerika 20 ildə hədəfinə çata bildimi?

Əlbəttə, Amerika Əl-Kaida terrorçuların bir qismini neytrallaşdırdı, əsas düşməni Ben Laden qətlə yetirildi. Ancaq ABŞ Əfqanıstanda qarşısında qoyduğu hədəflərə çata bilmədi. Taliban məğlub olmadı, qruplaşma əvvəlkitək Əfqanıstanda böyük gücə sahibdir. Bunun nəticəsidir ki, Vaşinqton Talibanla bir neçə il savaşdıqdan sonra qruplaşmanın nümayəndələri ilə üçüncü ölkələrdə dialoqa başlamaq məcburiyyətində qaldı.

Bəzi ekspertlər hesab edir ki, ABŞ qoşunları Əfqanıstanı tərk etdikdən sonra Talibanın gücü artacaq. Əfqanıstanda yenidən vətəndaş müharibəsinin alovlanacağı və paytaxt Kabil uğrunda döyüşlərin başlayacağını proqnozlaşdıranlar da var. Hazırda Kabil Amerika ilə işbirliyi içərisində olan hökumətin nəzarətindədir. Vaxtilə SSRİ də eyni siyasəti həyata keçirmiş və Kabili taleyin ümidinə buraxmışdı. SSRİ-nin hərbi birlikləri 1988-ci ildə Əfqanıstanı tərk etdikdən sonra Kabildəki rejim müxalif qüvvələrin təzyiqi qarşısında tab gətirmədi. Tarix təkrarlana bilər. Taliban pusqudadır.

ABŞ Əfqnıstanı tərk etsə də, Asiyada güclənməyə çalışır. ABŞ Asiyada NATO-ya bənzər hərbi blok yaratmaq istəyir. Bu ABŞ prezidenti Co Baydenin əsas təhlükəsizlik hədəflərindən biridir. Bayden son zamanlar bu haqda açıqlamalar da verib.

ABŞ yeni NATO-la bağlı Avstraliya və Yaponiya danışıqlar aparır. Hər iki dövlətin yeni NATO-da yer alacağı gələn xəbərlər arasındadır. Asiyadakı NATO-da Hindistan da yer ala bilər.

Buna baxmayaraq, adı çəkilən dövlətlər yeni NATO-ya bağlı hələ ki, açıqlamalar vermirlər. Ancaq hədəf və məqsəd bəllidir. Asiyada qurulacaq NATO-nun əsas rəqibi Çindir. ABŞ, Hindistan, Avstraliya və Yaponiya Pekinin regional siyasətindən narahatdırlar. Necə ki, “soyuq müharibə” illərində qurulan NATO öz üzvlərini SSRİ-dən qoruyurdu, yeni NATO-nun üzvləri də özlərini Çindən qoruyacaqlar.

Aydındır ki, Pekin yeni NATO-nun yaranmasını cavabsız qoymayacaq. Çin də özünə hərbi müttəfiqlər axtarmağa çalışacaq. Məsələ burasındadır ki, bir çox dövlət Çinlə iqtisadi əlaqələrə və ortaq regional layihələrə maraq göstərsələr də, heç bir dövlət Pekinlə eyni hərbi blokda yer almaq istəməz. Rusiyanın özü belə Çinlə sıx əməkdaşlığına rəğmən, Pekinin hərbi planlarına şərik olmaqda maraqlı deyil.

Hazırki vəziyyətdə çıxış yolu Çinin regional siyasətinin və ölkə daxilində milli azlıqlara münasibətinin dəyişməsidir. Ancaq Pekinin siyasətini dəyişəcəyini gözləmək əbəsdir. Belə olan halda yeni NATO-nun yaranması prosesi sürətlənəcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür 24 İyun 2021, 00:01 Ronaldo Buffonun rekordunu qırdı 23 İyun 2021, 23:54 AŞPA Krım tatarlarına qarşı işgəncələri pislədi 23 İyun 2021, 23:40 Lənkəran sakini qohumlarını güllələyib öldürdü 23 İyun 2021, 23:25 Azərbaycanda dəhşətli cinayət: Qadını 29 bıçaq zərbəsi ilə öldürdü 23 İyun 2021, 23:14 Bu ölkədə 16,7 milyon nəfər tam peyvəndləndi 23 İyun 2021, 23:07 Türkiyədə daha 65 nəfər virusdan öldü 23 İyun 2021, 22:58 Emil Avropa çempionatları tarixində ikinci ən erkən qolu vurdu 23 İyun 2021, 22:44 Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 23 İyun 2021, 22:28 Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01 Prezident Rafiq Ramazanova general-mayor rütbəsi verdi 23 İyun 2021, 18:54 Masallıda 18 yaşlı oğlan boğularaq öldü 23 İyun 2021, 18:46 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI 23 İyun 2021, 18:38 Naxçıvan aeroportu AZAL-ın tabeliyindən çıxarıldı 23 İyun 2021, 18:30 Bu xidmət haqqının məbləği TƏSDİQLƏNDİ 23 İyun 2021, 18:22
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?