Modern.az

“Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi

“Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi

9 May 2021, 10:29

“Ingenuity” adlı helikopter Marsın səthində ilk dəfə yeni əraziyə uçuş edib.

 

Modern.az xəbər verir ki, məlumatı Amerika Milli Kosmik Araşdırma Agentliyi (NASA) yayıb. Bildirilib ki, uçuş ABŞ-ın şərq sahilindən başlayıb, 108 saniyə davam edib. Helikopter 10 metr hündürlüyə qalxıb, 129 metr uçuş reallaşdırıb.

 

Helikopter enişdən əvvəl fotoşəkillər çəkib. Bu, helikopterin Marsa 5-ci uçuşudur. “Ingenuity” əvvəlki 4 uçuşdan sonra start yerinə qayıdıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!