Modern.az

SOCAR-dan 5 minədək işçinin ixtisar xəbərinə REAKSİYA

SOCAR-dan 5 minədək işçinin ixtisar xəbərinə REAKSİYA

İqtisadiyyat

16 May 2021, 11:26

SOCAR 5 minə qədər işçinin ixtisar olunacağı ilə bağlı məlumatalara cavab verib. Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq deyib ki, ötən ildən etibarən böhranla əlaqədar bütün neft sənayesi ciddi dəyişikliklərə, transformasiyalara məruz qalıb:


“Ümumiyyətlə, rəqəmsal transformasiya ilə əlaqədar olaraq, neft və qaz sənayesində insanların məşğuliyyət səviyyəsi dəyişib. Dünyadakı neft-qaz şirkətləri on minlərlə işçisini ixtisar edib. Bununla belə SOCAR bir dövlət şirkəti kimi öz sosial məsuliyyətini rəhbər tutaraq, kütləvi ixtisarlara getməyib. Bizdə əvvəlki ilə nisbətən bəzi sahələrdə, o cümlədən qazmada əməliyyatlar 3-4 dəfə azalıb. Çünki qazma bu gün şirkət üçün rentabelli deyil. Belə halda təbii olaraq, bir çox işçilər işsiz qalıblar. SOCAR başqa şirkətlər kimi işçiləri birbaşa ixtisar etmədi, fəaliyyətsiz qalan işçiləri xüsusi sosial proqrama cəlb elədi. Baxmayaraq ki, həmin əməkdaşlar bu gün şirkət üçün heç bir iş görmürlər, amma əvvəlki maaşlarının yarısını (50 faiz) alırlar. Eyni zamanda, şirkət öz hesabına beynəlxalq sertifikatlara uyğun şəkildə işçilər üçün peşə təlimləri təşkil edir, onların ixtisasartırma, hətta ikinci ixtisasa yiyələnməsi üçün şərait yaradılır. Paralel olaraq, şirkət kənardan işə qəbulu məhdudlaşdırıb. Məsələn, qazma sahəsində iş azalıbsa və əməkdaş işsiz qalıbsa, o, digər ehtiyac olan sahədə işə cəlb olunur. Hədəf budur ki, bütün işsiz qalanlar 50 faiz yox, 100 faizlik maaş və dayanıqlı iş yerlərilə təmin olunsunlar”.

 

SOCAR rəsmisinin sözlərinə görə, proses yüzlərlə, hətta minlərlə işçini əhatə edir:

“Hazırda şirkətin yeni biznes strategiyası təsdiqlənməkdədir. Şirkət müəyyən fəaliyyətlər üzərində fokuslanacaq və tədricən işsiz qalan işçilərin işlə təmin olunmasını tənzimləyəcək. Proses uzun müddət davam edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı