Modern.az

Sabah hava necə olacaq?- PROQNOZ

Sabah hava necə olacaq?- PROQNOZ

Aktual

25 Sentyabr 2012, 13:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə,  Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

 Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Sentyabrın 27-dək Respublika ərazisində payız havası davam edəcək.   Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı