Arxiv
20 May 2021, 09:30 | MƏDƏNİYYƏT
Müslüm Maqomayevin ilk həyat yoldaşı VƏFAT EDİB

Müslüm Maqomayevin ilk həyat yoldaşı Ofelya xanım vəfat edib. Müslüm Maqomayevin ABŞ-dakı yadigarı Marina xanıma anasının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət etsin! 

Sadəcə Marina

Deyir ki, - "Atam indi yaşadığım evimizi heç vaxt görmədi, xəstə vaxtlarına düşdü. Amma təkidlə tövsiyə edirdi ki, evdə hökmən ağ royal və kamin olsun. Kaminin üstündə də İtalyanı əks etdirən rəsm. Mən 1962-ci ildə Bakıda doğulmuşam. Həmin gün qar yağırmış. Atam məni o vaxtdan qarqız deyə çağırırdı"…


Marinanın anası Ofeliya əslən ağsulu Vəli Şəmsəddin oğlu Vəliyevin qızı olub. Anası isə Zinaida Petrovna Temeryuk şəhərindən imiş. Müslümlə Bakı Musiqu məktəbində bir qrupda təhsil alıblar. Dediyinə görə, Ofeliya çox cazibədar qız olub. Hər ikisinin 18 yaşı olanda evləniblər...


Müslümün tez evlənməsinə narazılığını bildirən nənəsi Ofeliya ilə rəsmi nikaha girə bilməməsindən ötrü, bir müddət Müslümün pasportunu gizləyir. Sonradan nənəsini razı salaraq pasportu alıb Ofelya ilə rəsmi nikaha girirlər. Müslüm bir müddət qaynatasıgildə yaşayır. Və aradan çox vaxt keçməmiş gənc cütlük qərara gəlirlər ki, ev-eşik qurmaqdan ötrü, qazanc dalıyca Qroznıya getsinlər. Belə də edirlər. Qroznıda yaşayarkən gənclərin arasında fikir ayrılığı yaranır. Ofeliya Bakıya qayıdır. Və burada Marinanı dünyaya gətirir. Gənc Müslüm üçün də Çeçenstanda rahat olmur. Yavaş-yavaş tanınsa da, oradan köçməyə qərar verir. Övladının dünyaya gəldiyi xəbərini alıb, Bakıya dönür. Bir müddət sonra Müslüm Ofeliyanı boşayır. Qaynanasının - "Sən heç vaxt yaxşı ər olmayacaqsan" sözləri onun çox acığına gəlir. Və boşanarkən, qızını unutmayacağını, aliment ödəyəcəyini, ondan diqqətini əsirgəməyəcəyini söyləyir. Elə də olur, Marina Müslümün son nəfəsinədək sevimli qızı kimi qalır. Hətta müğənni qızının şərəfinə "Marina" mahnısı da bəstələyib, tədbirlərdə tez-tez oxuyurmuş…



Marinanın dediyinə görə, atası onu çox istəyib. Hər bir arzusunu həyata keçirməyə çalışıb. İllər keçdikdən sonra Müslüm etiraf edib ki, onun həyatında üç böyük sevgi olub - musiqi, qızı Marina və həyat yoldaşı Tamara…


Marina xeyli vaxtdır ki, ömür-gün yoldaşı Aleksandr Kozlovskiylə ABŞ-da yaşayır. Ailənin bir övladı - Allen Müslüm Maqomayevin nəvəsi olduğundan qürur hissi keçirir…


Ohayo ştatının Sinsinati şəhərində yaşayan Marina deyir ki, - "Bakıda doğulmuşam, bu şəhərdə böyüyüb boya-başa çatmışam. Azərbaycan mənim üçün doğma, əziz ölkədir. Sonuncu dəfə atamın dəfnində orada olsam da, Azərbaycan deyiləndə, içimdə isti bir rahatlıq yaranır. Mən bu ölkəyə sülh və əminamanlıq arzulayıram. İnsanlarını isə öz doğma bacı-qardaşlarım hesab edirəm"…


Elman Eldaroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrut hadisələri ilə əlaqədar 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 GDU-nun prorektoru dünyasını dəyişdi 16 Oktyabr 2021, 00:08 Türkiyədə 181 nəfər koronavirusdan öldü 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda toy edir - FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı   15 Oktyabr 2021, 22:40 Vətən müharibəsindən bəhs edən filmə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına qarşı ETİRAZ 15 Oktyabr 2021, 22:08 Türkiyə-Azərbaycan-Gürcüstan parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara cəhdin qarşısı alındı 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Bu ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı bəyanat verildi 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər 2.2 dəfə ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən şəxs cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 LDU-da elmi-nəzəri konfrans keçirilib - FOTO 15 Oktyabr 2021, 18:30 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55