Arxiv
1 İyun 2021, 12:33 | DİASPOR
Haaqada Azərbaycanı reklam edən tramvay üç ay dolaşacaq

Mayın 31-dən başlayaraq üzərində Azərbaycanın və Qarabağın gözəl guşələrinin, Şuşa, Ağdam şəhərlərinin reklamı yapışdırılmış 16 nömrəli tramvay Niderland Krallığının ikinci adminstrativ paytaxtı olan Haaqa (Den Haaq) şəhərində 3 aylıq (iyun, iyul, avqust) reysə çıxıb.

Bu reklam aksiyasını “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirir.

 

Məsələ ilə bağlı Modern.az-a “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva məlumat verib.

 

“16 nömrəli tramvay Haaqa şəhərinin demək olar çox hissəsindən, xüsusilə də turistlərin çox olduğu mərkəz, Parlament binası, Sülh sarayı, mərkəzi qatar vağzalı olan küçələrdən, eləcə də yayda insanların daha çox axın etdiyi çimərliklərdən keçəcək.

Hazırda Niderlandda koronavirus vaksinasiyalarının sürətli getməsilə əlaqədar böyük yumşalmalar olub və hər yer, o cümlədən çimərlik də açılıb.

Reklam şəkillərində Azərbaycanımızın gözəl guşələri turistlərin və yerli əhalinin diqqətinə çatdırılır, maraqlananlara QR kodu ilə ətraflı məlumat almaları üçün şərait yaradılıb.

 

Düşünürəm ki, müharibə bitdikdən sonra artıq Azərbaycanı mədəniyyətinə, turizminə görə tanıtmalıyıq. 2 gün öncə də birliyimizin təşəbbüsü ilə belə bir reklam Niderlandın ən böyük qəzetlərindən biri olan AD ( Algemeen Blad) qəzetində çap edilmişdi”.

Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU yayıldı 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38 Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ 25 Oktyabr 2021, 11:34 Bakının mərkəzində qumbara tapıldı - FOTO 25 Oktyabr 2021, 11:30 Tuneldə QƏZA - FOTO 25 Oktyabr 2021, 11:27 Ermənistan hərbi xərclərini artırır – Paşinyan AÇIQLADI 25 Oktyabr 2021, 11:25 Hafiz Hacıyevi süni tənəffüs aparatından ayırıblar - YENİLƏNİB 25 Oktyabr 2021, 11:20 Sabiq şöbə müdirinin məhkəməsində tələbələr dindirildi 25 Oktyabr 2021, 11:16 1059 nəfər toyalara BURAXILMADI 25 Oktyabr 2021, 11:12 “Azəriqaz”ın növbəti aksiyası Cəlilabadda keçiriləcək 25 Oktyabr 2021, 11:08 Ermənistanda COVID-19-dan daha 42 nəfər öldü 25 Oktyabr 2021, 11:04 Havar Məmmədov təltif olundu - FOTO 25 Oktyabr 2021, 11:00 Bizimkilər - “Hakim partiyanın qəzetində çalışmağın böyük məsuliyyəti var” - MÜSAHİBƏ 25 Oktyabr 2021, 10:56 Evdən 8500 manat pul OĞURLADI 25 Oktyabr 2021, 10:52 “Dostlar” serialının aktyoru vəfat etdi 25 Oktyabr 2021, 10:48 Amerikalı senatordan xalqımıza TƏBRİK 25 Oktyabr 2021, 10:44