Modern.az

Ukrayna Milli Jurnalistlər Birliyindən Kəlbəcərdəki faciə ilə bağlı BƏYANAT

Ukrayna Milli Jurnalistlər Birliyindən Kəlbəcərdəki faciə ilə bağlı BƏYANAT

Diaspor

11 İyun 2021, 19:49

Ukrayna Azərbaycanlıları Radasının azərbaycanlı jurnalistlərin mina partlayışında həlak olması ilə bağlı Ukrayna Milli Jurnalistlər Birliyinin sədri Sergey Tomilenkoya  müraciəti cavabsız qalmayıb.

Ukrayna Milli Jurnalistlər Birliyi bununla bağlı etiraz bəyanatı ilə çıxış edib. Bəyanatda ölkəmizin Kəlbəcər rayonunda baş verən faciə ilə əlaqədar narahatlıq ifadə olunub, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verilib.

 

"Birliyimiz azərbaycanlı həmkarlarımızın həlak olmasına görə təəssüfləndiyini bildirir. Biz Beynəlxalq və Avropa Jurnalistləri Federasiyalarının jurnalistlərin və mülki əhalinin müdafiə olunması tələbləri barədə çağırışlarına qoşuluruq. Beynəlxalq hüquq normalarına və beynəlxalq müqavilələrə ciddi şəkildə əməl olunmalıdır. Ümid edirik ki, birgə səylərimizlə Qarabağı jurnalistlər üçün təhlükəsiz vəziyyətə gətirəcəyik!", - deyə Ukrayna Milli Jurnalistlər Birliyinin rəhbəri Sergey Tomilenko bəyan edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...