Modern.az

Şirkət rəhbərinin kürəkəni “Range-Rover”lə 4 nəfəri vurub öldürdü - FOTO

Şirkət rəhbərinin kürəkəni “Range-Rover”lə 4 nəfəri vurub öldürdü - FOTO

14 İyun 2021, 01:39

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

 

Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

 

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Ağayevin kürəkənidir.

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır