Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini ana və əlavə müddəalar olaraq şərh edə bilərik.
  
 İki ana müddəa var:
  
  - 1. 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci ildə Şuşa bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin qarantı oldu;
  
2. Bununla Türkiyə ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi;   
 Əlavə müddəalar:
  
 Birinci: İki ölkənin silahlı qüvvələri tərəflərdən birinin ərazi bütövlüyünə təhdid, yaxud müdaxiləyə qarşı birgə addım atacaq;
 
İkinci: İki ölkənin ordusu hərbi arsenalın təminatından tutmuş, təlimlərə qədər bütün istiqamətlərdə birgə formalaşdırılacaq;
 
Üçüncü: İki ölkənin Milli Təhlükəsizlik Şurası mütəmadi olaraq birgə iclaslar keçirəcək və milli maraqların qorunması ilə bağlı qərarlar verəcək;
 
Dördüncü: İki ölkə beynəlxalq siyasi platformada birgə fəaliyyəti genişləndirəcək;
 
Beşinci: Zəngəzur dəhlizinin açılması üçün birgə səylər artırılacaq;
  
 Şuşa bəyannaməsindən çıxan nəticələr və gözləntilər:
  
 a) Qarabağda sülhməramlı kontigent saxlayan Rusiyanın əl-qolu bağlanır;
  
  - Ruslar Xankəndidə Azərbaycana qarşı hər-hansı təhdid yaradacaqsa, qarşısında Türkiyəni görəcək;
  
- Bu, 5 il sonra - mümkündür ki, daha tez olsun – Rusiya sülhməramlılarının bölgədən çıxması və ermənilərin yaşaması üçün ayrılan bölgələrdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin başlanğıcı hesab oluna bilər;  
- Ərdoğanın səfərindən öncə qeyd etdiyimiz kimi, Bakı bundan sonra 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası – erməni qoşunların çıxarılması tələbini sərtləşdirə bilər;  
- Torpaqlarımızda separatçı rejimin və erməni terrorçuların neytrallaşdırılması məqsədilə mümkün anti-terror əməliyyatlarını Azərbaycan və Türkiyə ordusu birlikdə həyata keçirəcək;    
 b) Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsində artıq Türkiyə də tərəfdir;
  
  - Sərhəddə “beynəlxalq müşahidəçilərin” yerləşdirilməsi baş verərsə, Türkiyə də müşahidəçilər arasında olacaq;
  
- Mümkündür ki, sərhəd məsələsi də Türkiyə və Rusiya tərəfindən həll ediləcək;  
- Sərhəddə maraqlarımıza qarşı yarana biləcək təhdidlər Türkiyənin iştirakı ilə neytrallaşdırılacaq;   
 c) c) Qarabağ məsələsi üzərindən Minsk qrupu formatının dirildilməsi cəhdləri baş tutmayacaq;
  
  - Bölgədə praktiki addımlarla Azərbaycanın sərhədləri daxilində yarana biləcək təhlükələri neytrallaşdıran Türkiyə beynəlxalq siyasi platformada da bu cəhdlərə qarşı qalxan olacaq;
    
 ç) Azərbaycan və Türkiyə ordusu de-fakto birləşir;
  
  - Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsini həyata keçirəcək;
  
- Müdafiə sanayesi sahəsində birgə müəssisələrin yaradılması reallaşa bilər: Azərbaycanda İHA istehsal mərkəzinin açılacağı gözləniləndir;    
 d) Türkiyə Zəngəzur dəhlizinin də təhlükəsizliyinin qarantına çevrilir;
  
 Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün başlanğıcıdır.
  
 Və burada bir neçə mühüm məqamı da vurğulamaq lazımdır:
  
  - 1. Azərbaycan sərhədinin təhlükəsizliyinin qarantı olan müttəfiqlik bəyannaməsi Qarabağda “status” arzularının da birdəfəlik dəfn edilməsi deməkdir, hətta “statusu” gələcəyə saxlayan Rusiya belə buna nail ola bilməyəcək;
  
2. Qarabağda və bütün bölgədə güc balansı Bakının xeyrinə dəyişdi;  
3. Cənubi Qafqazda uzun illər tək güc olan Rusiya bölgəni Türkiyə ilə bölüşdü: bu, ruslara da sərf edir;   
 Azərbaycana qarşı Cənubdan, Şimaldan və Qərbdən gələ biləcək bütün mümkün təhdidlərin qarşısında artıq rəsmi olaraq Türkiyə var.
  
 Asif Nərimanlı