Arxiv
19 İyun 2021, 13:44 | REPORTAJ
İşğaldan azad edilmiş bölgəyə ilk köç Kəlbəcərin timsalında GERÇƏKLƏŞİR

Qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsilə Kəlbəcərdə həyat işıqları yenidən yanmağa başlayıb.

 

Modern.az-ın məlumatına görə, həyata keçirilən pilot layihə çərçivəsində bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi nəzərdə tutulur.

Artıq Kəlbəcər rayonundan olan fermerlərə məxsus 5 təsərrüfatın və Kənd Təsərrüfatı Nazirliyi yanında “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatlarının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması başa çatıb.

Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub. Öz təsərrüfatlarını Kəlbəcər yaylağına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Kəlbəcər ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq aparacaq.

Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın Kəlbəcər yaylaqlarına köçünü təmin etməkdir.

 

Kəlbəcəri parlamentdə təmsil edən deputat Aqil Məmmədov Modern.az-a deyib ki, bu, əslində işğdaldan azad olunmuş ərazilərə ilk qayıdışdır:

"Pilot layihə olmasına baxmayaraq, arıçılar və fermerlərin Kəlbəcərə qayıdışı bizi çox sevindirir. Köçün nə vaxta qədər davam edəcəyi, bütün ərazilərə köçün mümkün olub-olmaması ilə bağlı kənd təsərüfatı nazirinin müavinilə mütəmadi əlaqədəyik. Kəlbəcər işğaldan azad olunduğundan, ərazini boş da qoymaq olmaz. Bu, həm də qarşı tərəfə sübut edir ki, artıq torpaq sahibi torpağına qayıdır, yaşamağa, yaratmağa, torpağına sahib çıxmağa gəlir".

 

Parlamentatinin sözlərinə görə, ilk köçü siyasi gediş kimi də qiymətləndirmək olar.

"Bilirsiniz, Kəlbəcərin örüş-otlaq sahəsi çox genişdir, ərazi kənd təsərrüfatı istiqamətində çox perspektivlidir. Kəlbəcərdə 90 mon hektardan çox örüş-otlaq sahəsi, 100 minlərlə iri və xırdabuynuzlu heyvanın saxlanılması üçün şərait yaradılacaq.

Ona görə də biz bundan hər şəkildə yararlanmalıyıq. Fermerlər, arıçılar, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının Kəlbəcərdə yerləşməsi alqışlanmalıdır.

Hərbçilərimiz öz yerində, Kəlbəcərdə rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları fəaliyyətdədirlər, digər qurumların əməkdaşları mütəmadi olaraq, gedib-gəlirlər. Bu baxımdan adaptasiya dövründən, möhkəmlənmədən sonra köçün ardı gedəcək. İnanın hər gün ayrı-ayrı insanlar, fermerlər tərəfindən köçlə bağlı yeni müraciətlər daxil olur. Amma minalar səbəbindən hər yerə köçün reallaşması mümkün deyil. Ona görə vətəndaşlarımız da bunu anlayış göstərməlidirlər. İnanırıq ki, növbəti mərhələdə köç edəcəklərin sayı daha da çox olacaq".

 

Qeyd edək ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olub. İşğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanıb. Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqlarında zəngin ehtiyat bitki örtüyü mövcuddur. Hazırda bölgənin bitki örtüyü ehtiyatlarının qoyunçuluq və arıçılığın inkişafı baxımından dəyərləndirilməsi davam edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR 28 İyul 2021, 15:05 Bədii tərcümənin cahangiri - Vladimir Qafarov 28 İyul 2021, 15:00 Azərbaycanda yaşayan əcnəbilər bu ölkələrdən gəlib 28 İyul 2021, 14:48 Şəmkirdə 15 yaşlı oğlan itkin düşüb 28 İyul 2021, 14:44 “Bu kitabı oxuyandan sonra Azərbaycana marağım artdı” - Səfirlə SÖHBƏT 28 İyul 2021, 14:38 SOCAR-ın idarə rəisi işdən çıxarıldı 28 İyul 2021, 14:34 Ölkəmizə gələn əcnəbilərin sayı azalıb 28 İyul 2021, 14:30 Atışmada yaralanan erməni hərbçilərin sayı 5-ə ÇATDI 28 İyul 2021, 14:25 3 saylı "ASAN kommunal" mərkəzinin açılışı oldu 28 İyul 2021, 14:20 Bakıda iki uşaq anası “patı”dan öldü 28 İyul 2021, 14:15 Sosial şəbəkələrdə narkotiki təbliğ edən “TikTok”erlər TUTULDU 28 İyul 2021, 14:10 Bugünkü imtahanda 10 nəfər zaldan QOVULDU 28 İyul 2021, 14:04 Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:58 “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmadı 28 İyul 2021, 13:54 Qonşu ölkədə daha 303 nəfər virusdan öldü 28 İyul 2021, 13:50 Baş Prokurorluqda AŞPA nümayəndələri ilə görüş 28 İyul 2021, 13:44 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10 Diaspor nümayəndələri Cıdır düzündə - FOTOLAR 28 İyul 2021, 12:04 Mustafa Şentop Modern.az-a Şuşa səfərindən DANIŞDI 28 İyul 2021, 11:58