Arxiv
23 İyun 2021, 17:54 | AKTUAL
Vətən Müharibəsində iştirak etmiş jurnalistlər təltif edildilər

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 44 günlük Vətən Müharibəsində əsgər və zabit kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib. 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş toplantı torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Modern.az xəbər verir ki, Şura sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsində iştirak etmiş oğul və qızlarımızın qəhrəmanlığı dillərə dastandır. Bu müharibə xalqımızın əzminin və iradəsini təcəssümüdür. “Biz media ictimaiyyətinin nümayəndələri fəxr edirik ki, bu müqəddəs savaşda jurnalistlərimiz də iştirak etdilər, Vətənin çağırışına səs verərək özlərinin vətəndaşlıq borclarını yerinə yetirdilər. Mətbuat Şurası olaraq Sizlərin – tədbirimizə toplaşan Vətən Müharibəsi iştirakçısıba çevrilmiş həmkarlarımızın fədakarlıqlarını, təəssübkeşliklərini yüksək qiymətləndiririk. Sizlərə təşəkkür üçün nə desək azdır, haqqınız ödənilməzdir. İstədik ki, 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə sizləri bir araya toplayaq, əməyinizi xatırlayaq. Unutmayın ki, keçdiyiniz şərəfli ömür yolu böyük örnəkdir. Həm də ona görə örnəkdir ki, sizlər qələminizi süngüyə dəyişmək cəsarətini göstərdiniz. Bir daha minnətdarlığımı bildirirəm”, - deyə Ə.Amaşov vurğulayıb ki, Vətən Müharibəsi gedişində Mətbuat Şurasının İdarə Heyətinin üzvləri cəbhədə döyüşən jurnalistləri diqqətdə saxlayıb, onların ailə üzvləri ilə mütəmadi təmaslar yaradıblar.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib ki, müharibə müddətində qələmini süngüyə dəyişmiş jurnalistlərimiz son dərəcə böyük peşəkarlıq göstərdilər. Onlar konkret olaraq hərbçi funksiyasını yerinə yetirdilər. Halbuki Ermənistan tərəfdə mövcud istiqamətdə manipulyasiyalar var idi. Ermənilər çalışırdılar ki, döyüşlərə qatılmış jurnalistləri ən qaynar nöqtələrə aparsınlar və orada onların üzləşəcəyi hər hansı durumu Azərbaycan tərəfinin jurnalistikaya təzyiqi kimi qiymətləndirsinlər. “Azərbaycan Mətbuat Şurası bu sayaq məsələlərlə bağlı beynəlxalq media qurumlarına müraciət ünvanladı. Onların diqqətini bu faktlara yönəltdi”, - deyə M.Ələsgərli əlavə edib.

Görüşdə çıxış edən jurnalistlər – Taleh Şahsuvarlı, Mahal Məmmədov, Nahid Salayev, Emin Piri, Nəsimi Şərəfxanlı, Rza Bəbirov və başqaları Azərbaycan Mətbuat Şurasının saytında Vətən Müharibəsində döyüşmüş jurnalistlərlə bağlı ayrıca bölmənin yaradılmasını, onlarla əlaqədar bilgilərin sistemləşdirilməsini təklif ediblər.

Görüşdə müharibə şəraitində jurnalist peşəkarlığının müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.

Toplantıda həmçinin cəbhədə döyüşmüş jurnalistlər Mətbuat Şurasının “Qələmdən süngüyə” mükafatı ilə təltif ediliblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkərandakı meşə yanğını söndürüldü 4 Avqust 2021, 12:26 Qaxda 21 yaşlı gənci ilan sancıb 4 Avqust 2021, 12:20 Şəhid polkovnikin xanımı: “İlk görüş yerimiz Şəhidlər Xiyabanı olub” - MÜSAHİBƏ 4 Avqust 2021, 12:14 Sərhədçilərimizi öldürən İran vətəndaşının məhkəməsi başlayır 4 Avqust 2021, 12:08 FHN-dən Lənkərandakı yanğınla bağlı AÇIQLAMA 4 Avqust 2021, 12:02 Paşinyan Rəisinin andiçməsinə qatılacaq 4 Avqust 2021, 11:56 Deputat: “Eldəniz Səlimovla danışmamışam” 4 Avqust 2021, 11:50 Paşinyanın istefasını tələb edən general İŞDƏN ÇIXARILDI 4 Avqust 2021, 11:44 Xaricdə təhsil almış daha 38 nəfərin diplomu tanınmadı 4 Avqust 2021, 11:38 Goranboyda yeni yaşayış binası tikilir - FOTOLAR 4 Avqust 2021, 11:32 Ağdaşda “patı” əməliyyatı - saxlanılan var 4 Avqust 2021, 11:26 Makron ermənilərə müraciət etdi: “Həmişə yanınızdayıq” 4 Avqust 2021, 11:20 Aqrar universiteti magistratura səviyyəsi üzrə qəbul planı açıqlandı 4 Avqust 2021, 11:15 Ermənistan parlamenti yeni vitse-spiker seçdi 4 Avqust 2021, 11:10 Avqustda hava necə olacaq? - Proqnoz 4 Avqust 2021, 11:04 Fəzail Ağamalı: “Eldəniz Səlimov islah olunmalıdır” - VİDEO 4 Avqust 2021, 10:58 Azərbaycan nefti ucuzlaşdı 4 Avqust 2021, 10:52 Lənkəranda "patı" satan qadın və 5 nəfər saxlanıldı 4 Avqust 2021, 10:46 Ermənilər Qarabağda yeni kənd salır – FOTO 4 Avqust 2021, 10:40 Saxta əlillik pensiyası düzəldən baş həkimə cinayət işi açıldı 4 Avqust 2021, 10:36 “Hadrut fatehi”nin qızı: “Sonuncu dəfə atamla loto oynamışdıq...”  - FOTOLAR 4 Avqust 2021, 10:30 Deputat qızına toy etdi - VİDEO 4 Avqust 2021, 10:26 Terrorizmi maliyyələşdirən qanunsuz biznesin qarşısı alınmalıdır 4 Avqust 2021, 10:22 “Türkiyə yanğınların vurduğu ziyanı aradan qaldırmaq gücündədir” 4 Avqust 2021, 10:16 Azərbaycan güləşçisinin ilk rəqibi dəqiqləşdi 4 Avqust 2021, 10:10 Göyçayda keçmiş məhkum heroinlə saxlanıldı 4 Avqust 2021, 10:04 Koronavirus heyvanlar arasında geniş yayılıb   4 Avqust 2021, 09:58 Yaponiyada 6 bal gücündə zəlzələ 4 Avqust 2021, 09:52 Şagirdlərin yerdəyişməsinə start verilir 4 Avqust 2021, 09:46 Toya gedən hansı müğənnilər vaksin vurdurub? - SORĞU 4 Avqust 2021, 09:40 İbtidai sinif müəllimi olmaq istəyənlər imtahan verir 4 Avqust 2021, 09:35 Neft ucuzlaşdı 4 Avqust 2021, 09:30 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 4 Avqust 2021, 09:25 Ötən gün 2119 nəfər toya buraxılmayıb 4 Avqust 2021, 09:20 Erməni goreşənliyinin dəhşətli izləri: Qəbirlərimizi niyə qazıblar?     4 Avqust 2021, 09:15