Arxiv
7 İyul 2021, 14:24 | ANALİTİKA
Putin Azərbaycanın öz torpaqlarını azad etməsinə ona görə mane olmadı ki…

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı gündəmə gəlib.

Bu məqsədlə təşkilatda “tərəfdaş ölkə” institutu yaradılması təklif olunub. Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası üzrə Komitəsinin sədri Leonid Kalaşnikov iddia edib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır. (Daha əvvəl Rusiya xarici işlər nazirini müavini Rudenko da Azərbaycanın KTMT-yə qoşulması məsələsini gündəmə gətirmişdi.


Modern.az
-ın məlumatına görə, siyasi şərhçi Şahin Cəfərli deyir ki, prinsipcə, qeyri-adi heç nə baş vermir.

“10 noyabr Bəyanatının imzalandığı gün yazmışdıq ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqı və KTMT-yə qoşulması məsələsini qaldıracaq. Bu sənəd, eləcə də onun davamı olan 11 yanvar 2021-ci il tarixli razılaşma həm də Azərbaycanın Avrasiya inteqrasiya layihələrinə qoşulmasının bir növ, yol xəritəsidir. Təbii ki, tamhüquqlu üzvlük ilk mərhələdə qeyri-mümkündür, çünki hələlik Ermənisanla probemlər çözülməyib, ona görə də “müşahidəçi”, “tərəfdaş” kimi aralıq statuslar gündəmə gətirilir. Kommunikasiyalar açıldıqdan, nəqliyyat əlaqələri bərpa edildikdən (Zəngəzur yolu da daxil olmaqla), sərhəd ixtilafı çözüldükdən və iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Ermənistanla eyni hərbi ittifaqda, vahid iqtisadi məkanda təmsil olunmağın önündəki əngəllər qalxmış olacaq”.

Ş.Cəfərlinin sözlərinə görə, bütün bunlar prezident Putinin 2016-cı ildə irəli sürdüyü Böyük Avrasiya Tərəfdaşlığı təşəbbüsünün tərkib hissəsidir.

“Rusiyanın ötən il Azərbaycanın öz torpaqlarını azad etməsinə mane olmamasının təməl səbəbi də budur. Moskva konflikti dondurulmuş, bölgəni inteqrasiyaya qapalı “boz ərazi” statusunda saxlamağın artıq onun maraqlarına zərər verməyə başladığının fərqinə vararaq, böyük düşünməyə başladı və konflikt yaradıb donduran “oyun pozucu” rolundan “oyun qurucu” roluna keçid etdi.

İndi Avrasiya İqtisadi İttifaqının bazasında təkcə postsovet məkanını əhatə etməyən daha geniş inteqrasiya modeli formalaşdırılmasına start verilib. İranın, Pakistanın, Çinin, Hindistanın da burada iştirakı nəzərdə tutulur. Moskva ümidlidir ki, Türkiyə də bu inteqrativ proseslərə qoşula bilər, Ankaranın Qarabağ məsələsinin həllinə qismən cəlb olunması da bununla əlaqədardır”.

Ekspert əlavə edib ki, Britaniyanın bu prosesi (Avrasiya inteqrasiyasını) dəstəklədiyinə dair fikirlərin əsası yoxdur. Əksinə, anqlo-sakson ittifaqı və onların liderliyindəki NATO-nun Əfqanıstandan çəkilməsi Çin və Rusiya ətrafında qeyri-sabitlik və xaos zolağı yaratma (oyun pozucu) niyyətinə xidmət edir.

Nəticə  barədə danışan siyasi şərhçi deyir ki, bu prosesin bizim üçün müsbət tərəfi odur ki, Rusiya işğaldakı ərazilərin böyük hissəsini geri qaytarmağımıza şərait yaratdı.

“Xankəndi və çevrəsini isə girov kimi əlində saxlayır ki, birdən tərəflərdən biri cızılan çərçivənin xaricinə çıxmaq istəsə, ona qarşı istifadə etsin. İstisna deyil ki, dünənki atəşkəs pozuntusu siyasi xarakter daşıyır və Bakıya xəbərdarlıq, yaxud xatırlatma məqsədli siqnaldır.

Prosesin mənfi tərəfi isə odur ki, Azərbaycan yenidən Moskvanın orbitinə qayıdır. (Bunu neqativ qiymətləndirməyim subyektiv qənaətimdir, çünki ölkəmizdə Rusiya ilə dərin inteqrasiyanı dəstəkləyənlər az deyil). Çin totalitarizmi və Rusiya avtokratiya modelinin hegemon olduğu Avrasiya coğrafiyası və dəyərlər sisteminə inteqrasiya o deməkdir ki, nə vaxtsa ölkəmizdə hüquq və azadlıqlara əsaslanan demokratik sistem qurmaq əvvəlkindən daha çətin bir vəzifəyə çevrilə bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06 Bakıda yağış, rayonlara dolu yağacaq 16 Sentyabr 2021, 13:00 “Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ 16 Sentyabr 2021, 12:54 Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı 16 Sentyabr 2021, 12:48 Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF 16 Sentyabr 2021, 12:42 Sabiq icra başçısı ürəyindən əməliyyat olundu 16 Sentyabr 2021, 12:36 Çində vaksin vurduranların sayı 1 milyardı ötdü 16 Sentyabr 2021, 12:30 DSX dənizdə taktiki təlimlər keçirdi - FOTOLAR 16 Sentyabr 2021, 12:24 Putin Ermənistana səfər edəcək 16 Sentyabr 2021, 12:22 Məktəblərdə imtahanların sayı azaldılır - Kurikulum sadələşdirilir 16 Sentyabr 2021, 12:20 Türkiyəyə getmək istəyən jurnalistlər üçün fürsət 16 Sentyabr 2021, 12:15 Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır 16 Sentyabr 2021, 12:12 Müharibə iştirakçılarına 10 mindən çox psixoloji xidmət göstərilib   16 Sentyabr 2021, 12:10 Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi 16 Sentyabr 2021, 12:09 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət edilib - SƏBƏB 16 Sentyabr 2021, 12:06 Tvinninq layihənin rəhbər komitəsinin növbəti iclası keçirildi - FOTOLAR 16 Sentyabr 2021, 12:04
SORĞU Hansı vaksinə etibar edirsiniz?