Modern.az

Rövnəq Abdullayev işdən çıxarılan vitse-prezidentləri YOLA SALDI

Rövnəq Abdullayev işdən çıxarılan vitse-prezidentləri YOLA SALDI

22 İyul 2021, 17:10

İyulun 22-də SOCAR-ın Baş ofisində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə vəzifələrindən azad edilmiş şirkətin vitse-prezidentləri ilə görüş keçirilib.

 

Şirkətdən Modern.az-a verilən məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, vəzifədən azad edilən vitse-prezidentlərilə birgə keçdiyi bu çətin və şərəfli yol Azərbaycanın iqtisadi inkişafı və yüksəlişi dövrünə təsadüf edib:

 

“Son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları bizim hər birimizə böyük etimad göstərərək qarşımıza yüksək hədəflər qoyub. Cənab Prezidentimizin rəhbərliyi altında həmin hədəflərə çata bilmişik. Şirkətimizin və ölkəmizin böyük inkişafında iştirak etmək imkanını bizə verdiyinə görə cənab Prezidentə minnətdar olmalıyıq.”

 

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri, o cümlədən şirkətdən ayrılan əməkdaşlar da çıxış edib, onlara göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını bildirib. Bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəslə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını, dövlətimizin və dövlətçiliyin güclənməsi istiqamətində var güclərini sərf edəcəklərini qeyd ediblər.

 

Sonda B. Hüseynova, D. Məmmədova, M. İsmayılova və T. Qəhrəmanova “Fəxri neftçi” döş nişanı verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi