Arxiv
17 Avqust 2021, 08:40 | MƏDƏNİYYƏT
Ürəkləri fəth edən dünya şöhrətli azərbaycanlı - FOTOLAR

Bu gün Azərbaycanın karifey sənətkarı Müslüm Maqomayevin doğum günüdür.

 

Modern.az xəbər verir ki, Müslüm Maqomayev 1942-ci ilin avqustun 17-də Bakı şəhərində anadan olub. O, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 18 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

 

M.Maqomayev 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala“ teatrında təcrübə keçib. Dahi sənətkarın uğurları bununla bitməyib. Bir müddət sonra o, Enriko Pyatsa ilə “Sevilya bərbəri“ operasından Fiqaronun, “Toska“ operasından Skarpianın partiyalarının hazırlanmasında iştirak edib. Sənətçi 1966-cı ildə Parisin “Olimpiya“ salonunda ilk konsertini verib.


1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib və bir il sonra, 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə isə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri“nin bədii rəhbəri təyin edilib.

 



M. Maqomayev bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. Sənətçi hələ 1970-ci illərdən həyatını estrada ilə bağlamışdı. Bu bağlılıq ona görünməmiş populyarlıq qazandırıb. O, keçmiş SSRİ-nin hər yerində çıxışlar edir və stadionlarda konsertlər verirdi. Televiziyalar onun konsertlərinə geniş yer ayırırdı. Sənətçinin bütün qramoffon valları böyük tirajla buraxılıb.


M.Maqomayevin ən böyük arzularından biri İtaliyada təhsil almaq olub. Nəhayət, həmin gün də gəlib yetişib və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La skala“ teatrına təcrübə toplamağa göndərilib. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanıb, onlardan qiyabi olaraq vokal dərsləri alıb. Gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olub. Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdıb və “Seviliya bərbəri“ tamaşasında səhnəyə çıxıb. Azərbaycanın məşhur pianoçusu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açıb. “Seviliya bərbəri“ operasının hər tamaşası anşlaqla keçib və Bakı tamaşaçıları Fiqaronu - Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayıblar.



O, Eldar Quliyevin filminə də musiqi yazıb, həmçinin rejissor Qleb Drozdovun sifarişlərini də yerinə yetirməyə çalışıb. “İqor polku haqqında dastan“ əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna“ tamaşasına musiqini də məhz o, bəstələyib. Özü həmin tamaşada knyaz İqor, həyat yoldaşı Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.


İlk dəfə 1971-ci ildə sənətkar haqqında “Oxuyur Müslüm Maqomayev“ adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.


Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib. Görkəmli sənətkarın cənazəsi vətəni Azərbaycana gətirilib və Fəxri Xiyabanda, babası Müslüm Maqomayevin yanında dəfn olunub.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyəli ekspert: Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanı xaosa aparır 20 Oktyabr 2021, 14:32 Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS EDİLDİ 20 Oktyabr 2021, 14:32 Gəlinini doğrayan qayınataya 18 il İŞ KƏSİLDİ 20 Oktyabr 2021, 14:29 Azərbaycanda ölüm səbəblərinin əsasını bu xəstəlik təşkil edir - Həkim 20 Oktyabr 2021, 14:27 Putin Baydenlə görüşəcək? – Kremldən CAVAB 20 Oktyabr 2021, 14:09 İran yenidən hərbi təlimlərə BAŞLADI 20 Oktyabr 2021, 13:52 Kişilər ev işlərinə görə xanımına pul ödəsin- DEPUTATDAN TƏKLİF 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20 Prezident 300 min vətəndaşın ölümündə İTTİHAM OLUNUR 20 Oktyabr 2021, 11:19 Bakıda hakim məhkəmə zalında HƏBS EDİLDİ 20 Oktyabr 2021, 11:15 Milli Məclisdə xüsusi iclas keçiriləcək 20 Oktyabr 2021, 11:10 Əsas planımız kredit portfelini artırmaqdır - MÜSAHİBƏ   20 Oktyabr 2021, 11:07