Arxiv
23 Avqust 2021, 09:24 | ƏDƏBİYYAT
Mən gəldim, sevgili ağac!

Nüşabə Hüseynli

 

Bu yazını Aprel döyüşlərindən sonra, Cocuq Mərcanlıdan qayıtdıqan sonra yazmışdım. Səfərimizdən dəyərli həmkarım Ramilə Qurbanlı təsirli reportaj hazırlamışdı. Hər birimizin halını həssaslıqla duymuşdu. Mənim haqqımda “Nüşabə Hüseynli də mənim kimidir, sakit, amma içindəki qovğanın ağuşunda” yazmışdı. Halımı o qədər dəqiq ifadə etmişdi ki… İçimdə həqiqətən də qovğa vardı. O vaxt gördüyüm yanmış, qurumuş, amma sanki taleyinin acığına yenidən tumurcuqlamış ağaclar məni çox təsirləndirmişdi. O anlarda uşaqlıq illərimə qayıtmışdım. Küncə qoyulmuş uşaq kimi yerimdə donub qalmışdım. Uşaq vaxtı bəlkə də min dəfələrlə başına dolandığım ağacın qınağı çox ağır gəlmişdi mənə…

 

– Yadındadır, mənim gözəlliyim, qollu-budaqlı olmağım, ətrafımda olanların başının üzərinə çətir kimi açılıb onları payızda yağışdan, yayda günəşdən qorumağım sənin çox xoşuna gələrdi. Mənə qibtə edərdin, bilirəm, qibtə edərdin. Çox sevirdin yaşıl rəngi, elə indi də ən çox sevdiyin rəngdir. Amma öz aramızdır, geyimlərin arasında heç yaşılını görmədim o vaxtlı-bu vaxtlı. Bu illərdən sonra gəlmisən, amma indi də heç yaşılda deyilsən... İşə bax, mən də daha yaşıl deyiləm...

 

Çox sevərdin budaqlarıma dırmaşmağı. Ordan dırmaşa bilməyənlərə acıq verməyi. Özünü gövdəmə elə sıxardın ki, mən də fərəhlənərdim. Yarpağımdan tutmuş köklərimə qədər gövdəmin hər qarışında hiss edərdim ki, mənə güvənirsən, mən də budaqlarımla, pöhrələrimlə sənə toxunar, zərif dərini cızmadan qolunu, ayağını sığallayardım. Nə gizlədim, hərdən özüm qəsdən paltarından yapışar, üzünə-gözünə sürtünərdim. Bilirsən niyə... Əlbəttə, bilirsən...

 

...mən də səni sevirdim axı.  Hə, sən məni sevdiyin qədər mən də səni sevirdim. Sən mənə görə ağac olmaq istəyirdin, bilirəm. Bunu özüm eşitmişəm, boynundan atma. Özünün bəlkə də yadından çıxıb, amma  mən hər kəlməni xatırlayıram. Mənə söykənmişdin. Elə isti idin ki... elə doğma idin ki... Onda dedin ki, bir də doğulsaydın, bu dünyaya ağac kimi gəlmək istərdin. Həmin an məndən xoşbəxti yox idi. Bu, sevgi etirafı idi...  

 


Necə xobəxt olmayaydım ki... Axı mən də insan olmaq istəyirdim... sənə görə... Hə. Bax belə. Sən mənə görə ağac olmaq istəyirdin, mən də sənə görə insan. Bu istək məni elə yandırırdı ki, dibimə tökülən su belə ürəyimin yanğısını soyutmurdu. Hamınız mənim üçün əzizdiz, amma səni sevirdim...  Bilmirəm hiss etmişdin, ya yox, sən gələn kimi budaqlarımı dikəldərdim. Səni görəndə bütün gövdəm titrəyərdi...

 

Amma sonra yoxa çıxdın. Heç gəlmədin. Gözüm yolda qaldı... Unutmuşdun məni? Unutmuşdun. Mənsə səni heç unutmadım...  İnanmazsan, indi də görən kimi tanıdım... Necə də dəyişmisən...

 

Bir yay  ən isti avqust günlərinin birində hamı birdən yoxa çıxdı.  Tələm-tələsik harasa getdilər... Birdəfəlik getdilər... Tanımadığım adamlar gəldi. Hər şeyi dağıtdılar, ətrafda nə vardısa, hamısını sındırdılar, daşıdılar. Bizə də od vurdular. Mən də yandım...  bilsən necə yandım...

 

Amma sınmadım, yıxılmadım... Birdən gələrsən, məni görməzsən deyə... Küləyə, yağışa, qara, istiyə dözdüm... bir damcı suya təşnə qaldım, amma boyun əymədim.... Məni ayaqda saxlayan sən oldun... Bilirdim gələcəksən...

 

Aradan 23 il keçib... Gəlmisən... Gəldin tapdın məni... Tumarla məni... toxun mənə... Yox-yox, söykənmə... Mən daha əvvəlki deyiləm, saxlaya bilmərəm, yıxılarsan... Necəsən? Darıxmışdın mənim üçün?  Bilsən sənin yolunu necə gözləyirdim...   Niyə dinmirsən? Bir kəlmə de. Səsini eşitmək istəyirəm. Daha yaşıl deyiləm, illərin həsrəti məni qaraldıb... Amma sən yaşılı sev yenə...

 

Düzünü de, hələ də ağac olmaq istəyirsən? Sən ağlayırsan... Niyə ağlayırsan?  Mənə yazığın gəlir? Hə... Kaş mən də ağlaya biləydim, bəlkə ürəyim boşalardı. Heyif,  qurumuşam, ağlaya bilmirəm... Bircə ricam var səndən... mənə su ver... lap keçmişlərdəki kimi... Bax belə...

 

Biirəm, gedirsən, deməyinə ehtiyac yoxdur, sıxılma, özüm hiss edirəm... Əlbəttə, başa düşürəm... Getməlisən... Necə? Söz vermirəm...  Amma çalışacağam... Get... Gözləyəcəyəm yolunu... Yazdır... Bir də gördün sən gələnə yaşıllandım... Sən amma gəl, mütləq gəl! 

(2016, aprel)

 

Mən gəldim, sevgili ağacım!

2021, 23 avqust

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin açılışında - YENİLƏNİB  25 Oktyabr 2021, 20:45 “Qubadlı” yarımstansiyasının açılışı oldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:34 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:32 İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00 AccessBank-la əmanətini sərbəst idarə et! 25 Oktyabr 2021, 16:55 Rövşən Rzayev xarici jurnalistlə görüşdü 25 Oktyabr 2021, 16:50 Azad edilmiş ərazilərdə daha 47 mina AŞKARLANDI 25 Oktyabr 2021, 16:46