Modern.az

Həkim olmaq istəyənlər üçün ayrılan plan yerləri AZALDILIB

Həkim olmaq istəyənlər üçün ayrılan plan yerləri AZALDILIB

27 Avqust 2021, 10:10

2021-2022-ci tədris ilində IV ixtisas qrupu üzrə Azərbaycan Tibb Universitetinə ayrılan dövlət sifarişli plan yerləri azaldılıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ildə Tibb Universitetində 975 dövlət sifarişli plan yeri ayrılsa da, 2021-ci ildə bu rəqəm 945-ə endirilib.

 

IV qrup üzrə imtahan verən abituriyentlər bu il Azərbaycan Kooperasiya Universitetində də dövlət sifarişli plan yerlərinin azlığı ilə qarşılaşacaqlar. Belə ki, bu özəl ali təhsil müəssisəsində 30 dövlət sifarişli plan yeri azaldılıb və göstərici 60 yerə endirilib.

 

Daha çox həkim ixtisasına yiyələnmək istəyən abituriyentlərin üz tutduğu bu ixtisas qrupunda ən çox Naxçıvan Dövlət Universitetinin dövlət sifarişli plan yerləri artırılıb. 2020-ci ildə bu universitetdə 175 dövlət sifarişli yer olduğu halda 2021-ci ildə bu rəqəm 205-ə qaldırılıb.

 

Son illər abituriyentlərin seçimi sırasında V ixtisas qrupu da önəmli yer tutur. 2021-ci il üzrə müəyyənləşmiş plan yerlərinə əsasən, bu qrup üzrə ən çox dövlət sifarişli yer Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ayrılıb. 2020-ci ildə akademiyaya 1470 dövlət sifarişli plan yeri verilibsə, bu il göstərici 1550-ə qaldırılıb.

 

Azərbaycan Dövlət İqtisad Universiteti də V qrup üzrə dövlət sifarişli yerlərin artırılmasına görə öndədir. 2020-ci ildə UNEC-də V qrup üzrə 120 tələbə dövlət sifarişi ilə təhsil ala bilirdisə, 2021-ci ildə bu say 170-ə qaldırılıb.

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası isə  bu il V qrup üzrə dövlət sifarişli plan yerlərini azaldıb. Akademiya 2020-ci ildə abituriyentlərə 260 dövlət sifarişli yer ayırdığı halda 2021-ci ildə bu göstəricini azaldaraq, 230-da saxlayıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi