Arxiv
30 Avqust 2021, 12:14 | MÜSAHİBƏ
İkinci övladının qız olacağını bilməyən ŞƏHİD... - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14 iyul 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır.

 

Şəhidlərimizdən bəziləri heç ata olmadan, bəziləri isə dünyaya gələcək olan sonbeşiklərini görmədən bu həyatdan köçdülər. Dünyaya gələcək övladına ad qoyub, üzünü görmədən həlak olan şəhidlərimizdən biri də Gəray Sultanovdur.


Qeyd edək ki, Vətən müharibəsindən sonra 100 şəhid övladı dünyaya gəlib.

 

Modern.az şəhid uşaqlarının ayrı-ayrılıqda təqdimatını davam etdirir.

 

ARAYIŞ: Şəhid Gəray Sultanov 29 oktyabr 1993-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Şəhid Y.Ağamalıyev adına tam orta məktəbdə təhsil alıb. Vətən müharibəsi zamanı  Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhərmancasına vuruşub. Oktyabrın 4-də  Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Dünyamalılar kənd qəbristanlığında dəfn olunub.

 

 

Şəhidin xanımı Mələk Sultanova Modern.az-a həyat yoldaşının ailəsi ilə bağlı arzularından danışıb: 

 

“Gəray Vətənin  dar günündə  könüllü olaraq döyüşlərə qatılıb. Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşub. Döyüş zamanı  sıradan çıxan bir neçə texnikanı özü təmir edib. Füzuli döyüşlərində şəhadətə ucalıb. Ölümündən sonra “ Füzulinin azad olunmasına görə”, “ Cəbrayılın azad olunmasına görə” və “ Vətən” uğrunda medalları ilə təltif olunub.

 

Onunla eyni kənddə doğulub, böyümüşük. Məni özü görüb bəyənib. Böyüklərin razılığı ilə 2017-ci ildə ailə həyatı qurmuşuq. İki qız övladımız var. Gəray döyüşə yollananda kiçik qızım bətnimdə 2 aylıq idi. Cəbhəyə getməmişdən dörd gün əvvəl məni həkimə aparmışdı. Qızımız olacağını bilmirdik, ancaq “qızım olsa, adını Nuray qoyacağam” demişdi. Öz adına yaraşdıraraq seçmişdi Nuray adını. Gəray mənim üçün təkcə həyat yoldaşı yox, gözəl dost idi. Saysam bitməyəcək qədər arzusu var idi. Mən də övladlarımı atalarına layiq böyüdəcəyəm”.

 

 Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18 “Yevlax Pilot Aqropark”ı açıldı 4 Dekabr 2021, 15:10 Ramil Səfərov barəsindəki iddialar TƏKZİB OLUNDU 4 Dekabr 2021, 14:57 İlham Əliyev kralı təbrik etdi 4 Dekabr 2021, 14:48 Güləş Federasiyasının ofisindən oğurluq edənlər saxlanıldı 4 Dekabr 2021, 14:46 “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi - SİYAHI 4 Dekabr 2021, 14:44 Ordumuzun komando hərbi hissəsinə “Həyəcan” siqnalı verildi - VİDEO 4 Dekabr 2021, 14:40 Rusiya sülhməramlıları görün Qarabağda nəylə məşğuldu... 4 Dekabr 2021, 14:20 Sosial şəbəkələrdə aktiv olan məmurlar - SİYAHI 4 Dekabr 2021, 13:58 Bayramov-Mirzoyan görüşünün keçirilməmə səbəbi açıqlandı - RƏSMİ 4 Dekabr 2021, 13:57 İran səfiri Putinin xüsusi nümayəndəsilə nələrdən danışdı 4 Dekabr 2021, 13:49 Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb 4 Dekabr 2021, 13:46 Ali Radanın spikeri: Azərbaycan və Ukraynanı uğurlu gələcək birləşdirir 4 Dekabr 2021, 13:35 Rəsul Quliyev Bakıya gəlmək istəyir: “Hələ fikirləşirəm” 4 Dekabr 2021, 13:33 Bu fermerlərə subsidiya ödənilməyəcək 4 Dekabr 2021, 13:25 Qəbiristanlıq oğruları tutuldu 4 Dekabr 2021, 13:24 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su Azərbaycanda da oxuna bilər - Hərbi ekspert 4 Dekabr 2021, 13:10 “Kaş Elnurun son halını görməyəydim” - Mərhum jurnalistin xanımı DANIŞDI - FOTOLAR 4 Dekabr 2021, 12:39 Bayramov-Mirzoyan görüşü niyə baş tutmadı... 4 Dekabr 2021, 12:18 Nə gündəsən, Yardımlı? 4 Dekabr 2021, 12:10 Sabahın hava proqnozu AÇIQLANDI 4 Dekabr 2021, 12:05 “AzerGold”dan çağırış: Həqiqəti əks etdirməyən məlumatlar imicimizə ciddi xələl gətirə bilər 4 Dekabr 2021, 11:57
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?