Arxiv
19 Sentyabr 2021, 12:01 | REPORTAJ
Azərbaycanlı qadınlar bir ildə bu qədər aborta gediblər - Aralarında 15-17 yaşı olanlar da var

Azərbaycanda bir ildə qeydə alınan abortların sayı açıqlanıb. Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi rəsmi məlumatda bildirilib ki, 2020-ci ildə ölkədə 34719 abort qeydə alınıb. Onların da 777-si və ya 2,2 faizi - ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib.

2020-ci ildə hər 1000 fertil yaşda olan qadına 13,3 abort düşüb.

Rəsmi məlumatda yaş qrupları üzrә abortların sayına da aydınlıq gətirilib.

Belə ki, ötən il 15-17 yaşında olan qadınlar 29 dəfə abort üçün müraciət edib.

18-19 yaşlı qadınlar arasında aborta getmək 1270 dəfə olub.

20-24 yaşlı qadınlar arasında 7552, 25-29 yaşlı qadınlar arasında 10993, 30-34 yaşlı qadınlar arasında  9445, 35 yaşdan yuxarı olanlar arasında isə 5430 abort qeydə alınıb.

Xatırladaq ki, abort düşünülmüş şəkildə hamiləliyin dayandırılmasıdır. Abort üçün müasir metodlar dərman və ya cərrahi əməliyyat sayılır.

Beynəlxalq statistikaya görə, hər il dünyada 50 milyondan çox abort həyata keçirilir. Ən çox abortu 20-29 yaşında olan qadınlar etdirirlər. 

Abort etdirilməsinin ən geniş yayılmış səbəbi qadının arzuolunmaz hamiləliyin inkişafını dayandırmaq istəyidir.


Lakin bir sıra hallarda, abort digər səbəblərdən də həyata keçirilir: hamilə qadının həyatının xilas edilməsi və ya uşağın doğuşdan dərhal sonra ya ölümünə və ya onu sağalmaz əlil edəcək ağır inkişaf anomaliyaları olan dölün inkişafını dayandırmaq məqsədi ilə. 


Təhlükəsizlik məqsədilə hamiləliyi dayandırmaq qərarı, hamilə qadının daxili orqanlarının kəskin və ya xroniki xəstəlikləri olduğu hallarda (məsələn, böyrək çatışmazlığı, ürək çatışmazlığı və s.) və bu xəstəliklərin gedişatının hamiləlik zamanı əhəmiyyətli dərəcədə ağırlaşması və ya hamilə qadının ölümünə gətirib çıxara biləcəyi hallarda verilə bilər.


Hamiləliyin dayandırılması həmçinin hamilə qadınlarda bədxassəli şişlərin aşkar olunması halında tələb oluna bilər: uşaqlıq, döş xərçəngi, qalxanvarı vəzin xərçəngi, leykimiya, bağırsaq xərçəngi və s.


Qadının istəyi ilə hamiləlik onun zorlanması nəticəsində əmələ gəlməsi hallarında da dayandırıla bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin açılışında - YENİLƏNİB  25 Oktyabr 2021, 20:45 “Qubadlı” yarımstansiyasının açılışı oldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:34 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:32 İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00 AccessBank-la əmanətini sərbəst idarə et! 25 Oktyabr 2021, 16:55 Rövşən Rzayev xarici jurnalistlə görüşdü 25 Oktyabr 2021, 16:50 Azad edilmiş ərazilərdə daha 47 mina AŞKARLANDI 25 Oktyabr 2021, 16:46