Arxiv
22 Sentyabr 2021, 12:52 | ANALİTİKA
Ərdoğan BMT-də həm də bu dövlətlər üçün ədalət tələb etdi - ŞƏRH

BMT Baş Assambleyası adəti üzrə sentyabrın 20-də öz işinə başladı. Böyük və kiçik ölkələrin liderləri BMT tribunasından istifadə edərək çıxışlar səsləndirir, dərdlərini beynəlxalq aləmə anladırlar.

ABŞ prezidenti Co Bayden də prezident kimi ilk çıxışını BMT-nin 76-cı sessiyasında etdi.

Modern.az xəbər verir ki, BMT sessiyasının gedişini şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Co Baydenin çıxışı zamanı iki tezis diqqəti çəkdi.

“Birincisi, Baydenin sözlərinə Amerika ilk dəfədir ki, heç yerdə müharibə aparmır. İkincisi, Amerika “soyuq müharibənin” bərpasında maraqlı deyil, müxtəlif dövlətlərlə anlaşmazlılqarı danışıqlar yoluyla həll etməyə maraq göstərir.

Amerika hazırda müharibə aparmasa da, bu durum uzun çəkməyəcək. Amerika İkinci Dünya Müharibəsindən sonra böyüklü-kiçikli onlarla müharibədə ya iştirak edib, ya da səbəbkarı olub. Bu sırada 1950-ci illərdə Koreya, 1960-1970-ci illərdə Vyetnam müharibələrini göstərmək olar, Qrenada adasına desant çıxarma, İraq, Əfqanıstana hərbi müdaxilələr, Afrika və Cənubi Amerikadakı müharibələrdə və çevrilişlərdə qeyri-rəsmi iştiraklar da bu qəbilədəndir”.

Ekspertin sözlərinə görə, Baydenin Amerika qoşunlarını Əfqanıstandan çıxartması başqa münaqişədə iştirak etməyəcəyi anlamına gəlmir.

“Digər tərəfdən, Amerikanın xarici və təhlükəsizlik siyasətində davamlılıq yoxdur. Yəni Baydendən sonrakı prezident Ağ Evin indiki rəhbərindən fərqli olaraq hesab edə bilər ki, Amerikaya kiçik müharibə lazımdır və qoşunlarını istədiyi bölgəyə göndərə bilər. Bu zaman Baydenin 2021-ci ilin sentyabrında “biz müharibə istəmirik” sözləri xatırlanmayacaq.

Co Baydenin “biz soyuq müharibə istəmirik” qərarını yalnız Ağ Ev sahibi verə bilməz. Əgər Konqres, Pentaqon, Dövlət Departamenti və ya Mərkəzi Kəşfiyyat İdarəsi hesab edirlərsə ki, Rusiyanın və ya Çinin siyasəti Amerika üçün real təhlükədir, bu halda Ağ Evdə oturan şəxs fərqli siyasət yürüdə - Moskva və Pekinə qarşı sanskiyalardan imtina edə bilməyəcək. Bayden çıxışında özü də dedi ki, kiçik dövlətləri və tərəfdaşlarını xarici təzyiqlərdən qoruyacaqlar. Belə olan halda Bayden misül üçün keçmiş prezidentlər Barak Obama və Donald Tramp kimi Ukraynanı Rusiyadan qorumalıdır”.


E.Şahinoğlu bildirib ki, Çin də Amerika ilə münasibətlərdə gərginlik istəmir.

“Ancaq əgər Çin bölgədə hərbi gücünü artırırsa, müxtəlif adalara, o cümlədən Tayvana iddia edirsə, qonşuları – Hindistan, Yaponiya və Avtraliya sərt dildə danışırsa, Amerikanın özündə texnolojiyaları oğurlamaqla məşğuldursa, tərəfdaşlıq alınmayacaq.

İran prezidenti İbrahim Rəisi BMT sessiyasına videkonfrans vasitəsilə qatılaraq, ABŞ bu sözlərlə sərt tənqid etdi: “Bu il iki hadisə baş verdi. Yanvarın 6-da ABŞ Konrqesinə hücum edildi, avqust ayında Əfqanıstan Amerikanın işğalından qurtuldu. Kapitoli binasından Kabilə qədər hamıya ismarıc göndərildi: ABŞ-ın hegemonist sistemi inamsızlıq yaradır”.
İndi bu sözlərin qarşılığında Baydenin Tehranla necə dil tapacağı sual doğurur. O biri tərəfdən Amerikanın strateji müttəfiqi İsrail Vaşinqtonu Tehrana qarşı siyasətini sərtləşdirməyə çağırır”.


Siyasi şərhçi bildirib ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan sentyabrın 21-də BMT Baş Assambleyasında çıxışında məlum tezisini təkrarladı:

“Ərdoğan dedi ki, “Dünya 5-dən böyükdür”. Başqa sözlə, dünyanın problemlərinə yalnız BMT-nin 5 daimi üzvü – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa ənçam çəkməməlidirlər, başqalarının da bu sıraya qoşulması əhəmiyyətlidir. Ərdoğan bu tezisi illərdir dönə-dönə təkrarlasa da, 5 daimi üzv BMT-də inhisarçılığını başqalarıyla bölüşmək fikrində deyil. Halbuki, öz bölgələrinin söz sahibi oilan Türkiyənin, Hindistanın, Almaniyanın, Yaponiyanın və ya Braziliya kimi dövlətlərin BMT Təhlükəsizlik Şurasında daimi üzvlüyü ədalətli qərar olardı. Ərdoğan həm də bu dövlətlər üçün ədalət tələb edir”.


E.Şahinoğlu xatırladıb ki, bu, Azərbaycanın müharibədə qazandığı qələbədən sonra BMT-nin ilk sessiyası idi.

“Ona görə də Ərdoğan çıxışında bu mövzudan yan keçmədi: “Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarına mövzu olan torpaqlarındakı işğala son verib. Bu hadisə bölgədə daimi sülh adına yeni fürsət pəncərələrinin açılmasına şərait yaradıb. Tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək qərarındayıq”.

Bu abzasda həm BMT qətnamələri əsasında Azərbaycanın öz ərazilərini azad etmək haqqından yararlandığı, həm də regional əməkdaşlıq üçün imkanların açıldığı ismarıcı var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Azərbaycanda neçə yaşayış məntəqəsi qazlaşdırılmayıb? 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutuna yeni direktor təyin olundu 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin artdı 28 Oktyabr 2021, 17:36 Bakıda avtobusun şüşələri adam sıxlığından sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" Siyəzəndə sahibkarlarla 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26 Bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ 28 Oktyabr 2021, 15:22