Modern.az

İlham Əliyev BMT-də budəfəki çıxışında nədən danışacaq?

İlham Əliyev BMT-də budəfəki çıxışında nədən danışacaq?

23 Sentyabr 2021, 08:00

İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək.


Azərbaycan Prezidentinin BMT Baş Assambleyasında sonuncu çıxışı 2020-ci ilin 24 sentyabrında – II Qarabağ müharibəsinin başlanmasından üç gün öncə olmuşdu. İlham Əliyev həmin çıxışda BMT qətnamələrinin icra edilməməsinndən, Ermənistanın təxribatlarından, mülki əhalini hədəfə almasından, silahlanmasından bəhs etmiş və baş verə biləcək hərbi toqquşmanın məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü bildirmişdi.


Bu çıxış üç gün sonra böyük müharibənin anonsu da hesab oluna bilər və Əliyev münaqişə ilə bağlı real vəziyyəti dünyaya sonuncu dəfə açıqlamışdı.


İlham Əliyev 44 günlük müharibədən sonra ali kürsüdə ilk çıxışını edəcək və çıxışını əsasən bir neçə istiqamət üzərində quracağı istisna deyil.


- BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın özünün icra etdiyini elə BMT tribunasından elan edəcək: bu, dünyaya “münaqişəni öz gücümüzə həll etdik, yeni reallığa kənar müdaxiləni qəbul etməcəyəik” mesajı olacaq;


- Post-münaqişə dövründən bəhs edəcək və Minsk qrupunun həmsədr ölkələri də daxil olmaqla beynəlxalq ictimaiyyəti münaqişədən sonrakı dövrdə regionun təhlükəsizliyinə dəstək verməyə dəvət edəcək: bu, bitmiş münaqişəni yenidən diriltmək istəyənlərə mesaj olacaq;


- Bakının İrəvana təklif etdiyi “sülh müqaviləsi”ni beynəlxalq ictimaiyyətə də təqdim edəcək və s.

Əliyevin müharibədən sonra ali kürsüdən ilk çıxışı münaqişənin başa çatdığını dünyaya izah etmək baxımından əhəmiyyətlidir. Və ötən ilki çıxışdan sonra real addımların atıldığını nəzərə alsaq, bu dəfə post-münaqişə dövrü ilə bağlı real addımların sürətləndiriləcəyini gözləmək mümkündür.


Asif Nərimanlı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır