Modern.az

\"Vikipediya”da 2000-dən çox Vətən müharibəsi şəhidinin məqaləsi yaradılıb

\

27 Sentyabr 2021, 15:59

Azərbaycanca “Vikipediya” icmasının istifadəçiləri tərəfindən onlayn ensiklopediyada şəhidlərimiz haqqında doğma dilimizdə məqalə yaradılması prosesi davam edir. Həmçinin xarici dil bölmələrində Vətən müharibəsinə aid məqalələr yaradılır və təkmilləşdirilir.

Modern.az xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.

“Bu günədək 2000-dən çox Vətən müharibəsi şəhidi haqqında məqalə yaradılıb. Eyni zamanda, hazırda ikinci Qarabağ müharibəsi, döyüş və əməliyyatları, hərbçiləri, Vətən müharibəsi qəhrəmanları və şəhidləri haqqında xarici dillərdəki “Vikipediya”da məqalələrin yaradılması davam edir. Qeyd edək ki, Vətən müharibəsi başlanan gündən “viki” könüllülər səfərbər olmuşdular. Düşmənin informasiya müharibəsində bizə qarşı apardığı təxribatlarının qarşısını almaq üçün gecə-gündüz çalışır, həmçinin onlara faktlarla, tutarlı cavablar verirdilər. Azərbaycanca “Vikipediya” icmasının üzvləri hər zaman şəhidlərimiz haqqında məqalələrin yaradılmasını diqqətdə saxlayırlar”,- deyə E.Eltürk bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır