Arxiv
29 mart 2020, 10:20 | REPORTAJ
Kərim Kərimovun GİZLİ FƏALİYYƏTİ

Vaxtilə ən mühüm strateji dövlət orqanlarından birinə rəhbərlik etməsinə baxmayaraq onun adı və siması uzun müddət ictimaiyyətdən gizli saxlanılıb. O, 1987-ci ildən sonra, necə deyərlər, üzə çıxıb. Söhbət görkəmli alim-konstruktor, SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovdan gedir. 

29 mart tarixi bu əfsanəvi insanın ölüm tarixidir. Modern.az saytı Kərim Kərimov haqqında yazını təqdim edir.

Keçmiş SSRİ-nin bütün kosmik gəmilərinin heyətlərini K.Kərimov şəxsən özü kosmosa göndərirdi. Kosmodromda kosmik heyətlər uçuşa hazır olmaları və uçuşun uğurla başa çatması haqqında məruzələri şəxsən ona edirdilər. Həmin məruzə və hesabatların efirə verildiyi telereportajlarda heç kim K.Kərimovun üzünü görməzdi, onun ancaq kürəyini göstərərdilər. Uzun müddət kimliyi gizli saxlanılmış Dövlət Komisiyası sədrinin şəxsiyyəti barədə «Pravda» və «Sovetskaya Rossiya» qəzetlərinin 1987-ci ildə məlumat verməsindən sonra o, bütün azərbaycanlıların fəxrinə çevrildi.

Kərim Kərimov 1917-ci il noyabrın 14-də Bakıda mühəndis-texnoloq Əli Kərimovun ailəsində doğulub. Atası neft sənayesində işləyib, anası isə evdar qadın olub. Həyat onu lap kiçik yaşlarından çətin sınaqlara çəkib. 1925-ci ildə orta məktəbin birinci sinfinə qəbul olunan balaca Kərimin sevinci uzun sürməyib, elə həmin il onun anası vəfat edib. Beləcə ana nəvazişindən birdəfəlik məhrum olan Kərimi atası tərbiyə edib, böyüdüb boya-başa çatdırıb.
Orta məktəbi bitirdikdən sonra K.Kərimov Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) energetika fakültəsinə daxil olub. O, institutda oxuyarkən evlənib, ailəsini dolandırmaq üçün isə işləmək məcburiyyətində qalıb. 1942-ci ildə institutu bitirən K.Kərimov Artilleriya Akademiyasına daxil olub. Bununla da onun gələcək həyat yolu kosmik-raket sistemlərinin yaradılması ilə bağlanıb.

1943-cü ildə akademiyanı mühəndis diplomu və böyük texnik-leytenant rütbəsi ilə bitirib. Kərim Kərimov akademiyadan sonra öz hərbi xidmətini yerinə yetirmək üçün Moskvadakı «Katyuşa» reaktiv mərmiləri buraxan zavodda çalışıb. II Dünya Müharibəsi illərində məşhur «Katyuşa» və ona uyğun mərmilərin hazırlanmasında göstərdiyi mühüm xidmətlərə görə Sovet hökuməti ona «Qırmızı ulduz» ordeni verib. Müharibə qurtarana kimi K.Kərimova öz ailəsini Moskvaya gətirməyə icazə verməyiblər, bu, ancaq 1945-ci ildə mümkün olub. Müharibə qurtarandan sonra onu hərbi sistemdən tərxis etməyiblər. Bu məşhur soydaşımız düz 20 il SSRİ Müdafiə Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə işləyib, böyük mühəndislikdən Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinədək yüksəlib.


Kərim Kərimovun kosmik raket texnikasının inkişaf etdirilməsində misilsiz xidmətləri olub. Ötən əsrin 50-60-cı illərində kosmosa uçuşların intensivləşməsində və süni peyklərin yaradılmasında o, bir alim kimi həmişə ön sırada olub. 1961-ci ildə insanın kosmosa ilk uçuşu münasibəti ilə K.Kərimov Lenin ordeni ilə təltif edilib və ona general-mayor hərbi rütbəsi verilib. 1965-ci ildə etibarən general K.Kərimov SSRİ-nin Ümumi Maşınqayırma Sənayesi Nazirliyinin Baş Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Onun rəhbərlik etdiyi idarəyə bütün daşıyıcı raketləri və kosmik aparatları düzəldən konstruktor büroları və zavodlar tabe idi. 1966-cı ildə ildə isə ölkə rəhbərliyi general K.Kərimovu kosmik gəmilərin uçuş sınaqları üzrə Dövlət Komissiyasının sədri vəzifəsinə təyin edib. Unikal biliyə malik olan həmyerlimiz fasiləsiz olaraq 25 il bu məsul vəzifədə çalışıb.
1967-ci ildə «Soyuz» kosmik gəmilərinin birinci avtomatik birləşməsinin uğurla həyata keçirilməsi münasibəti ilə K.Kərimova general-leytenant rütbəsi verilib. 1979-cu ildə isə orbital stansiyalarda beynəlxalq uçuşlar silsiləsinin müvəffəqiyyətlə həyata keçirilməsi münasibətilə ona Dövlət mükafatı təqdim olunub. Hər dəfə kosmik uçuşlara, o cümlədən aya və başqa planetlərə kosmik raketlərin göndərilməsi haqda sonuncu qərarı məhz o qəbul edirdi. 1987-ci ildə general-leytenant K.Kərimov çoxmodullu «Mir» stansiyasının yaradılması, beynəlxalq ekipajların uçuşlarını həyata keçirməsi və anadan olmasının 70 illiyi münasibəti ilə ikinci dəfə Lenin ordeni ilə təltif edilib.
Qeyd etmək lazımdır ki, kosmik fəzanın tədqiq edilməsi məqsədi ilə güclü «Soyuz» raket daşıyıcılarının yaradılması, «Salyut» orbital stansiyasının qurulması bilavasitə K.Kərimovun rəhbərliyi altında həyata keçirilib. Məhz bu layihənin davamı kimi, kosmik fəzada çoxmodullu «Mir» orbital stansiyası yaradılıb.
1991-ci ildə təqaüdə çıxan Kərim Kərimov ömrünün sonunadək Rusiyada Uçuşu İdarəetmə Mərkəzində məsləhətçi vəzifəsində çalışıb.

Bütün əmək fəaliyyəti Moskva ilə bağlı olan Kərim Kərimov doğma Vətəni Azərbaycanla əlaqəsini kəsməyib, 1978-ci ildən sonra fəaliyyətə başlayan Azərbaycan Milli Aerokosmik Agentliyinin kollektivnə dəyərli tövsiyə və məsləhətləri ilə yaxından kömək edib. K.Kərimovun Azərbaycan Respublikasında kosmik elm və texnologiyanın inkişafında misilsiz əməyi nəzərə alınaraq görkəmli alimi Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçmişdilər.
Mərhum eks-prezidenti Heydər Əliyevin fərmanı ilə isə o, «Şərəf» Ordeni ilə təltif edilib. 2007-ci ilin noyabrında Azərbaycan respublikasının Prezidenti İlham Əliyev Kərim Kərimovun anadan olmasının 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

«Kosmosa gedən yol» avtobioqrafik kitabın müəllifi olan dünya şöhrətli alim 2003-cü il avqustun 29-da dünyasını dəyişib və Moskavada dəfn edilib.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06 İngiltərədə COVİD-19-dan ölənlərin çoxu qaradərilidir 2 İyun 2020, 18:06 Bakıda ekspres marşrut xətləri ləğv edilir 2 İyun 2020, 18:06 Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb 2 İyun 2020, 18:01 “Yol hərəkəti əlifbası” yaradılacaq 2 İyun 2020, 18:00 Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər planı TƏSDİQLƏNDİ 2 İyun 2020, 17:54 Nazirlik yoxlama apardı - 191 obyektdə nöqsan aşkarlandı - FOTO   2 İyun 2020, 17:48 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 2 İyun 2020, 17:43 Putin nüvə silahını tətbiq edə biləcəyi şərtləri AÇIQLADI 2 İyun 2020, 17:41 Bu ilki məzunların attestatları yeni formada veriləcək 2 İyun 2020, 17:38 “Qobu park 3” yaşayış kompleksinə köçürülmə başladı - FOTO 2 İyun 2020, 17:32 Dərsliklər bu tarixdə təhvil veriləcək  2 İyun 2020, 17:28 Təhsil Nazirliyi bu müəllimlərə güzəşt etdi - Rəsmi 2 İyun 2020, 17:22 "WhatsApp"da yeni funksiya - Artıq bunu edə biləcəksiniz 2 İyun 2020, 17:16 2019-cu ilin dövlət büdcəsinin icrası müzakirə olundu 2 İyun 2020, 17:10 Təhsilalanlara sənədlərin verilməsi ilə bağlı mexanizm olmalıdır - Nazirlik 2 İyun 2020, 17:04 “Proqnoz yaxşı olanda səni qəhrəman edirlər, yaxşı olmayanda...” - Samir Şərifov 2 İyun 2020, 16:58 DİN-dən metrodakı insidentlə bağlı AÇIQLAMA - Saxlanılanlar var 2 İyun 2020, 16:52 Azərbaycandakı bütün təhsil müəssisələrində tədris dayandırıldı - Baş nazirdən SƏRƏNCAM 2 İyun 2020, 16:52 Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam edir - FOTO 2 İyun 2020, 16:47 İlham Əliyev aviasiya işçilərini təltif etdi - SİYAHI 2 İyun 2020, 16:42 Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM 2 İyun 2020, 16:40 “Xahiş edirəm ki, bununla bağlı cənab prezidentə məruzə edəsiniz” 2 İyun 2020, 16:38 Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir YENİLİK 2 İyun 2020, 16:37 Rusiya G7 üzvlüyünə qaytarılacaq? - CAVAB 2 İyun 2020, 16:33 Deputatdan banklarla bağlı TƏNQİD 2 İyun 2020, 16:28 “Neft gəlirlərimiz 5 milyard dollardan bir az artıq olacaq” - Deputatdan PROQNOZ 2 İyun 2020, 16:25 İş adamı Sumqayıta 1 milyon maska göndərdi - FOTO 2 İyun 2020, 16:20 Azərbaycanda bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü  2 İyun 2020, 16:14 “Neft Azərbaycan iqtisadiyyatında problem deyil” - Komitə sədri 2 İyun 2020, 16:08 Kamran Əliyev daha bir prokuroru işdən ÇIXARDI 2 İyun 2020, 16:02 Tutulan məmurların pulları dövlət büdcəsinə qaytarılsın - Deputat 2 İyun 2020, 16:00 Xomeyninin vəfatından 31 il keçir 2 İyun 2020, 15:59