Arxiv
4 Oktyabr 2021, 14:35 | ANALİTİKA
Əliyev Paşinyanı xilas edir: Serjikin alçaldılması... - TƏHLİL

Prezident İlham Əliyev Serj Sarkisyanı tənqid etmədi, alçaltdı. Və bu, təkcə Serjikin gerçək kimliyinin göstərilməsi yox, həm də Ermənistan daxili seqmentinə ötürülən mesaj məqsədi daşıyır:


- “Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən” dedi;


- Serjikin onu hakimiyyətə gətirən Koçaryana belə xəyanət etdiyini açıqladı;


- Müharibədə məğlubiyyətin günahkarının Paşinyan yox, Sarkisyan olduğunu qeyd etdi;


- 2018-ci ildə Serjikin Nikolun qarşısında haqsız olduğunu etiraf etməsini xatırlatdı;


- Ermənistanda “silah alveri” məsələsi ilə həbs edilənlərin Sarkisyanın mirası olduğunu bildirdi və s.


Əliyev niyə bu dəfə Koçaryanın üzərinə getmədi?

Niyə Serjikin layiq olduğu ifadələri yenidən və daha sərt formada gündəmə gətirdi?

  • 1. Ermənistan cəmiyyətinin yadaşında Koçaryan yox, Sarkisyan dövrü daha yenidir və Əliyev Serjikin kim olduğunu ermənilərə xatırladır;

  • 2. Koçaryan Ermənistanda Rusiyanın hakimiyyətə əsas alternatividir və Əliyev rusların kartını bu dəfə gözdən salmır, son proseslər fonunda da bu təsadüfi deyil;

  • 3. Serjikin Koçaryana da xəyanət etdiyini gündəmə gətirməklə “Qarabağ klanı”nın postmüharibə dövründə birləşməsinə qarşı gediş edir: son parlament seçkilərinə ayrı-ayrı bloklarla gedən Koçaryan və Sarkisyan arasında ixtilaflar var; Əliyev bu ixtilafı böyüdəcək mesajlar verir;

  • 4. Paşinyanın “müharibədə məğlubiyyət” ittihamları qarşısında əlini gücləndirir: Nikolun “ordunun zəifliyinin günahı keçmiş hakimiyyətdədir” fikrini günahkarın 30 il ərzində Ermənistanda müdafiə naziri, PA rəhbəri, Təhlükəsizlik Şurasının katibi və 10 il prezident olan Serjikin olduğu arqumenti ilə genişləndirir;

  • Bu, Ermənistanın siyasi seqmentini yönləndirməyə hesablanmış gedişlərdir. Əliyev bundan öncə iki belə gediş edib:

    Birincisi, müharibə vaxtı Paşinyana verdiyi adlarla - “it kimi qovulan”, “dabanyalayan”, “çaqqal”, “düşük”, “təlxək” – erməni müxalifətinin hakimiyyətə qarşı ittiham leksikonunu formalaşdırdı;

    İkincisi, müharibədən sonra “Paşinyanın yox, Koçaryan-Sarkisyan cütlüyünün ordusunu məğlub etdik” kimi açıqlamalarla hakimiyyətin müxalifətə qarşı ittihamlarını formalaşdırdı;

    Müharibənin sonuna yaxın və sonrasında erməni mediasını müşahidə etmək Əliyevin fikirlərinin daxili siyasi seqmentdə qarşılıqlı ittihamların lüğətini zənginləşdirdiyini görməyə kifayət edirdi.

    Və Əliyev üçüncü gedişini edir: müharibə vaxtı Nikolu alçaldığı kimi, indi də Sarkisyanı alçaldır;

    Bunun Ermənistan daxilində necə inkişaf edəcəyini təxmin etmək çətin deyil: Sarkisyan Əliyevə cavab verməyə məcbur qalacaq; onun fikirlərinə qarşı ermənilər arasında əks çıxanlar olacaq; sosial şəbəkələrin erməni seqmentində müzakirələrə və qarşılıqlı ittihamlar başlanacaq; Paşinyan prosesin bu yöndə inkişafından “müharibədə məğlubiyyət” ittihamlarına qarşı istifadə edəcək; (bundan öncəki təcrübə də belə təxminləri gücləndirir);

    Və Əliyevin məhz indi – Paşinyanla görüş müzakirələrinin getdiyi vaxtda bu gedişi etməsi masada razılaş(dırıl)acaq Nikola jesti hesab oluna bilər.

    Asif Nərimanlı

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    “İtkin düşən 4000 azərbaycanlı: açıq yara hələ də sağalmayıb” 6 Dekabr 2021, 00:27 ABŞ hərbi təyyarəsi Ermənistan-Azərbaycan sərhədində UÇDU 6 Dekabr 2021, 00:20 “Altın Kelebek” mükafatı Azərbaycandan ona VERİLDİ 5 Dekabr 2021, 23:58 ABŞ prezidenti olmaq uğrunda qocaların YARIŞI 5 Dekabr 2021, 23:34 Bakıda kişi meyiti tapıldı 5 Dekabr 2021, 23:13 "Dost və qardaş Azərbaycanın yanındayıq" - Akar 5 Dekabr 2021, 23:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 Dekabr 2021, 22:42 BƏƏ F-35-dən imtina edir? 5 Dekabr 2021, 22:14 Ərdoğan Qətərə gedir 5 Dekabr 2021, 21:59 Erməni “çoban”ı zərərsizləşdirən əsgərə mükafat vermək lazımdır... 5 Dekabr 2021, 21:45 Xəzər dənizində ZƏLZƏLƏ 5 Dekabr 2021, 21:29 Avstriyada qar uçqunu -  Ölən və yaralılar var 5 Dekabr 2021, 21:12 Nobel mükafatçısı Azərbaycanda brifinq KEÇİRƏCƏK 5 Dekabr 2021, 20:36 Mossadın direktoru İrana görə ABŞ-a gedir  5 Dekabr 2021, 20:27 Qəbələ Zirəni məğlub etdi 5 Dekabr 2021, 20:13 Türkiyə donanmasına yeni raket verildi 5 Dekabr 2021, 19:49 Nigerdə 29 əsgər öldürüldü 5 Dekabr 2021, 19:33 Türkiyə Vəkillər Kollegiyasına yeni sədr 5 Dekabr 2021, 19:19 Çavuşoğlu qətərli həmkarı ilə görüşdü 5 Dekabr 2021, 19:09 Azərbaycan Türkiyədən hərbi gəmi ala bilər 5 Dekabr 2021, 18:58 Putin Hindistana gedəcək 5 Dekabr 2021, 18:46 "Neftçi" "sülh"ə razılaşdı 5 Dekabr 2021, 18:36 Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25
    SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?