Arxiv
4 Oktyabr 2021, 15:14 | ANALİTİKA
Pis qonşu: İran Azərbaycandan nə istəyir?                

Son günlər Azərbaycanla İran arasında münasibətlərdə müəyyən gərginlik hiss olundu. Qarabağa tikinti materialları aparan iranlı sürücülərin Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində saxlanılması, Azərbaycanla sərhəddə qəfil hərbi təlimlər keçirməsi və bir sıra rəsmi şəxslərin rəsmi Bakı ilə bağlı birmənalı olmayan çıxışları iki ölkə arasında münasibətlərdə gərginlik yaratdı.

 

Modern.az xatırladır ki, dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsinə İran tırlarının tikinti materialları, bəzi hallarda isə silah daşıması rəsmi Bakının səbrini daşırdı. Azərbaycan torplaqlarına qanunsuz səfər edən həmin tırların yük daşıdığı Xankəndi şəhəri isə Ermənistan ərazisi kimi göstərilməsi İrana yeni sualların yaranmasına səbəb olmuşdu.

 

Haqlı irada cavab vermək yerinə rəsmi Tehran situasiyada özünü haqlı gördü. Xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın İrana yeni təyin olunmuş səfiri Əli Əlizadəni qəbul edərkən ona Azərbaycanda İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinə göstərilən münasibəti "yaraşmayan rəftar" kimi dəyərləndirmişdi.

 

Ardınca, rəsmi Tehran Azərbaycanla sərhəddə “Xeybərin fatehləri” adını verdiyi irimiqyaslı hərbi təlimlərin anonsunu verdi. Quru qoşunları komandiri Kiomars Heydari "Xeybər fatehləri" adı altında keçirilən hərbi təlimlərə "zirehli bölmələr, artilleriya bölmələri, PUA, elektron müharibə və vertolyotla atəşin" daxil edildiyini söyləmişdi.

İran İslan İnqilabının Keşikçiləri Korpusununun, ardınca, İran ordusunun Cənubi Azərbaycanda apardığı təlimlərə ümumlilikdə, 30-40 min hərbi qüvvə cəlb olunmuşdu.

 

Məsələyə Azərbaycan prezidenti İlham Əliyev də “Anadolu” agentliyinə müsahibəsi zamanı toxunmuşdu. O, İranın hərbi təlimlərindən “təəccübləndiyini” dilə gətirmişdi.

 

“O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə?” – deyə prezident rəsmi Tehrana sual ünvanlamışdı.

 

II Qarabağ Müharibəsinin ilk günlərindən Azərbaycanı dəstəklədiklərini bildirən, Qarabağın azad olunması münasibətilə Ali dini lideri Əli Xameneyidən tutmuş prezident və xarici işlər nazirinə qədər bütün siyasi rəhbərliyinin Azərbaycan prezidentini və xalqını təbrik etidiyi İranın son hərəkətləri təəssüf doğurur. İranın bu qərəzi ilə bağlı bir neçə versiya mövcuddur.

 

Əsas versiya İranın Zəngəzur dəhlizinin açılmasından duyduğu narahatlıqla bağlıdır. Belə ki, Türkiyənin həmin dəhliz vasitəsilə Azərbaycana, buradan isə Mərkəzi Asiya regionuna çıxış əldə etməsi rəsmi Tehranı narahat edir. Postmüharibə dövründə geosiyasi balansın dəyişməsi, Türkiyənin Cənubi Qafqazda söz sahibinə çevrilməsi və rəsmi Tehranın hadisələrə seyrçi qalması bu versiyanın əsas arqumentləridir.

Siyasi aspektlə yanaşı, rəsmi Tehran iqtisadi baxımdan da Zəngəzur dəhlizində maraqlı deyil. Dəhlizin işə düşməsi Mərkəzi Asiya, Hindistan və nəhayətdə Çin bazarına gedən yolun İrandan yan keçməsi demək olacaq. Bu İranın Hindistandan Ermənistandan keçməklə, Gürcüstanın Poti limanı vasitəsilə Avropaya uzanacaq ticarət dəhlizinə də təhlükə törədə bilər.

 

Məhz bu praqmatik aspektləri nəzərə alan İran əsl Şərq hiyləsi ilə öz siyasi və iqtisadi istəklərini Azərbaycanda üçüncü ölkələrin (İsrail, Türkiyə) hərbi bazasının və hərbi mövcudluğunun olması təhlükəsi ilə pərdələməyə çalışır.

Halbuki, Azərbaycanın İsraillə sıx hərbi-siyasi əlaqələrdə olması, müasir silahlar alması heç zaman gizlənilmirdi. Qardaş ölkə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq da bir sıra müqavilələr və razılaşmalarla möhkəmləndirilib. Ankaranın Bakı ilə sıx əməkdaşlığı bəyan edildiyi kimi üçüncü ölkələyə qarşı yönəlməyib.

 

Buna görə də öz siyasi-iqtisadi maraqlarını pərdələyərək Azərbaycanla bağlı gizli və açıq ittihamlar səsləndirən rəsmi Tehranın məsələyə yanaşması, mehriban qonşuluq və dostluq tarixi ilə ziddiyyət təşkil edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda kişi meyiti tapıldı 5 Dekabr 2021, 23:13 "Dost və qardaş Azərbaycanın yanındayıq" - Akar 5 Dekabr 2021, 23:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 Dekabr 2021, 22:42 BƏƏ F-35-dən imtina edir? 5 Dekabr 2021, 22:14 Ərdoğan Qətərə gedir 5 Dekabr 2021, 21:59 Erməni “çoban”ı zərərsizləşdirən əsgərə mükafat vermək lazımdır... 5 Dekabr 2021, 21:45 Xəzər dənizində ZƏLZƏLƏ 5 Dekabr 2021, 21:29 Avstriyada qar uçqunu -  Ölən və yaralılar var 5 Dekabr 2021, 21:12 Anar Kərimov könüllüləri təbrik etdi 5 Dekabr 2021, 20:55 Nobel mükafatçısı Azərbaycanda brifinq KEÇİRƏCƏK 5 Dekabr 2021, 20:36 Mossadın direktoru İrana görə ABŞ-a gedir  5 Dekabr 2021, 20:27 Qəbələ Zirəni məğlub etdi 5 Dekabr 2021, 20:13 Türkiyə donanmasına yeni raket verildi 5 Dekabr 2021, 19:49 Nigerdə 29 əsgər öldürüldü 5 Dekabr 2021, 19:33 Türkiyə Vəkillər Kollegiyasına yeni sədr 5 Dekabr 2021, 19:19 Çavuşoğlu qətərli həmkarı ilə görüşdü 5 Dekabr 2021, 19:09 Azərbaycan Türkiyədən hərbi gəmi ala bilər 5 Dekabr 2021, 18:58 Putin Hindistana gedəcək 5 Dekabr 2021, 18:46 "Neftçi" "sülh"ə razılaşdı 5 Dekabr 2021, 18:36 Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?