Arxiv
15 Oktyabr 2021, 16:19 | AKTUAL
Qarabağda GƏRGİNLİK: Bakı-İrəvan qarşıdurması kimlərin işinə yarayır?

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 15-də Minskdə görüşdülər. Görüşdən bir neçə saat sonra Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsindən açılan snayper atəşi ilə hərbçimiz şəhid edildi.

Beləliklə, növbəti dəfə Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə danışıqlar ərəfəsində hərbi təxribat törədildi.

 

Bəs danışıqlara kölgə salan, Azərbaycanla Ermənistan arasında gərginliyi artıran bu hadisələr kimin marağındadır?

 

Məsələ ilə bağlı siyasi ekspert Elman Vəliyev Modern.az-a danışıb.  Onun fikrincə, adətən, masa arxasında nəticə olmayan zaman cəbhə xəttində gərginlik yaransa da, son hərbi təxribatlar bu baxımdan istisna təşkil edir.

 

“Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Görüşdə Azərbaycan tərəfi bir daha bəyan elədi ki, Ermənistanla münasibətləri nizamlamaq mümkündür. Görüşdən sonra tərəflər arasında yenə atəşkəs rejimi pozulub, ancaq bu çox da problem yaradacaq bir məqam deyil. Diplomatiyada  əgər tərəflər masa arxasında dialoq edərsə, ancaq diskussiyadan sonra hərb meydanı qızışarsa, bu danışıqların yaxşı getmədiyindən xəbər verir. Amma bu dəfəki atəşkəs pozuntusunu bu kateqoriyanın müəyyən istisnası kimi verə bilərik. Çünki hər iki tərəf danışıqlar aparılmasına razıdır.  Səhv etmirəmsə, Nikol Paşinyan MDB konfransından Azərbaycanla uzlaşmağın, mina xəritələrinin geri verilməsinin, kommunikasiya sistemlərinin bərpa edilə edilməsinin, hətta Azərbaycanın Naxçıvanla dəmiryolu vasitəsilə əlaqə saxlaya biləcəyinin mümkün olduğunu bildirib. Azərbaycan tərəfi də çıxış edərək Azərbaycanın ərazi bütövlüyünün tanınması qarşılığında Ermənistanla anlaşmağın mümkün olduğunu söylədi”.

 

Elman Vəliyev Bakı ilə İrəvan arasında hərbi gərginlikdə Ermənistanın daxilində xaricində olan qüvvələrin, həmçinin, Rusiyanın maraqlı olacağını təxmin edir.

 

“Tərəflər arasın danışıqlar prosesləri gedir. Ancaq Ermənistana bəzi daxili və xarici təhrikçilər maneələr yardır. Tərəflər arasında danışıqların getməsini istəmir və cəbhədə tərəflər arasında nifaq salırlar.  Digər bir yandan belə hallara sülhməramlılar cavabdeh olmalıdır. Çünki onların öhdəlikləri atəşkəsi bərqərar etməkdir. Ancaq ara-sıra atəşkəsin pozulması Rusiya tərəfinin də işinə yarayır. 3 tərəfin xarici işlər nazirlərinin görüşü əsnasında Lavrovun “sülhməramlılar tərəflər arasında sabitliyin qorunmasında əllərindən gələni edirlər” deməsi də mühüm amildir. Yəni sülhməramlılar olmazsa, tərəflər arasında atışmalar güclənə bilər. Bunlara baxmayaraq zənn edirəm ki, tərəflər uzlaşma əldə edə biləcəklər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yük maşını təyyarə ilə toqquşdu 7 Dekabr 2021, 00:49 Eşşəyə sillə vurdu, həbs edildi 7 Dekabr 2021, 00:41 İlon Maska böyük rəqib 7 Dekabr 2021, 00:22 Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 Koronavirus xəstəsi KÜÇƏDƏ 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” 6 Dekabr 2021, 20:46 “Bizim şərtlərimizi qəbul etməlidirlər” - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?