Arxiv
16 Oktyabr 2021, 12:05 | AKTUAL
Müstəqillik günümüz haqqında bəzi qeydlər

 28 mayın Müstəqillik günü, 18 oktyabrın Müstəqilliyin bərpası günü olaraq rəsmiləşdirilməsinə dair sənəd millətimizin həyatında əhəmiyyətli rol oynamış tarixi hadisələrin olduğu kimi, dəqiq, dürüst ifadə edilməsi və təqdim olunmasıdır.  Bu günlərin mahiyyətini bilmək üçün ilk növbədə,    1918-ci il 28 may günündən əvvəlki tarixi şəraitə və qəbul edilmiş sənədin adına diqqət yetirmək lazımdır.

 

Birinci Dünya müharibəsinin son mərhələsində çar Rusiyasının dağılması, monarxiyanın süqutundan sonra baş verən daxili və beynəlxalq amillərin təsiri altında qədim və zəngin dövlətçilik ənənlərinə malik olan millətimiz XX əsrdə ilk dəfə istiqlaliyyətini qazanaraq müsəlman Şərqində demokratik cümhuriyyət formasında ilk dövlətini quraraq Dövlət Milləti olub. 28 may tarixində Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən sənədin adı  “İstiqlal bəyannaməsi”, yəni  Müstəqillik bəyannaməsidir. İstiqlal bəyannaməsində dövlətin idarə üsulu  respublika olaraq  təyin edilib. Millət ilk növbədə müstəqil olmalıdır ki, ondan sonra idarə üsulunu müəyyən edə bilsin. Müstəqilliyin elan edilməsi idarə üsulundan əvvəl gəlir. Cümhuriyyət idarə üsulunu müsəlman Şərqi xalqları arasına millətimiz gətirib, onlara müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib.

 

 

Bu tarix müstəqillik, istiqlal günüdür. O zaman geniş xalq kütlələrinin daha yaxşı qavraya bilməsi üçün dövlətin adında “respublika” deyil, “cümhuriyyət” məfhumundan istifadə ediblər. Nəzərdən qaçırmayaq ki, “respublika” ifadəsinin olması müstəqillik anlamına gəlməyə də bilər. Məsələn, sovet dövründə “respublika” adlansa da, Azərbaycan Sovet Sosialist Respublikası müstəqil deyildi. Eyni zamanda elə dövlətlər var ki, respublika idarə üsullu deyillər, amma müstəqildirlər. Məsələn, Böyük Britaniya və Şimali İrlandiya Krallığı və b.  Ona görə də 28 may tarixinin Müstəqillik günü adlandırılması daha düzgündür, tarixi gerçəkliyin olduğu kimi əks etdirilməsidir.

 

İkincisi,  yaxın tarixi sənədlər təsdiq edir ki, 1991-ci il 18 oktyabr tarixində qəbul edilən, 6 bölmə, 32 maddədən ibarət olan sənədin adı “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı” adlansa da, əslində dövlət  müstəqilliyinin bərpasına dair sənəddir. Həmin sənəddə yazılır ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsini qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi. Aktda Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprlein 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edilirdi. Deməli, 18 oktyabrın Müstəqilliyin bərpası günü olaraq qəbul edilməsi daha düzgündür və tarixi geçəkliyin olduğu kimi əks etdirilməsidir.

 

 

1920-ci ilin aprelində bolşevik Rusiyasının işğalı nəticəsində dövlət müstəqilliyinə son qoyulub, Azərbaycan SSR yaradılıb. Sovet tarixi minilliklər tariximizin bir parçası olsa da, müstəqillik tariximiz deyildir. Buna baxmayaraq, dövlətçiliyin bəzi atributları (hökumət, qanunverci orqan və b.) mövcud idi. Dövlət müstəqilliyimiz 1991-ci il oktyabrın 18-də Azərbaycan SSR-in inzibati-siyasi sərhədləri daxilində bərpa edilib. Dövlətin yaradılması üçün zəruri olan ərazi, əhali və hökumət  var idi.

 

Dövlət müstəqilliyinin bərpasına  gətirən yol ağır, mürəkkəb və ziddiyyətli olub. Bununla əlaqədar olaraq, bəzi tarixi hadisələr barədə gerçəklikləri söyləmək vacibdir. Parlamentin 1989-cu il sentyabrın 23-də qəbul etdiyi və 23 maddədən ibarət olan “Azərbaycan SSR-in suverenliyi haqqında konstitusiya qanunu”nda yazılırdı ki, Azərbaycan SSR SSRİ tərkibində suveren respublikadır. Bu, sənəd mahiyyətinə görə, qüsurlu idi. Çünki bir suveren respublika digər dövlətin tərkibində suveren ola bilməz. Ulu öndər Heydər Əliyevin liderliyində 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR-in adından “Sovet Sosialist” ifadələri çıxarıldı, Ali Sovet Ali Məclis adlandırıldı, Cümhuriyyətin üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul edildi və Çümhuriyyət atributlarını qəbul etməkdən ötrü  Azərbaycan parlamentinə müraciət edildi. İndiki müstəqil dövlətin rəsmi şəkildə təməli Heydər Əliyevin Naxçıvanda liderliyində atıldı. Qanunverici orqanın 1991-ci il martın 7-də keçirilən iclasında Heydər Əliyev və bəzi deputatlar SSRİ-nin saxlanılmasının əleyhinə çıxaraq Azərbaycanın dövlət müstəqilyini bərpa etməyi təklif etdilər. Sovet İttifaqının saxlanılmasına dair referendum Naxçıvanda keçirilmədi. Parlamentin 1991-ci il avqustun 30-da keçirilən islasında qəbul eidlən “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikası Ali Sovetinin bəyannaməsi”ndə yazılırdı ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir. İclasda  dövlət müstəqilliyinin  bərpa edilməsi haqqında konstitusiya aktının layihəsini iki həftə müddətinə hazırlamaq barədə qərar edildi və bu qərar 18 oktyabrda qəbul edildi. Deməli, 18 oktyabrın dövlət müstəqilliyinin bərpası günü kimi təsbit edilməsi daha doğrudur.

 

Bu günlərin böyük tarixi əhəmiyyəti vardır. Hər şeydən əvvəl, zamanında hərbi, diplomatiya, siyasət və informasiya sahələrində buraxılmış səhvlər Prezident İlham Əliyev tərəfindən düzəldilir və dürüstləşdirilir. Bu sənəd də həmin məqsədə xidmət edir. İkincisi,  “respublika” məfhumu  heç də bütün hallarda müstəqillik mənasını vermədiyindən müstəqillik və müstəqilliyinin bərpası haqqında qanunun qəbul edilməsi uşaqdan böyüyə bütün millətdə  müstəqillik düşüncəsini, dövlət milliyyətçiliyini, vətənsevərliyi, güclü dövlət, qüdrətli millət duyğularını hakim edəcəkdir. Bu sənəd daha geniş düşünmək, səhv buraxmamaq,  buraxılmış səhvləri zamanında düzəltmək üçün dərs verir, eyni zamanda bir daha təsdiq edir ki, millətimiizn tərəqqisinin və qarşıya qoyduğu məqsədlərə nail olmasının təməlində güclü dövlət və qüdrətli dövlət xadimi amilləri dayanır. Dövlətimiz güclü, dövlət rəhbərimiz qüdrətli olanda millətimiz daim qarşıya qoyduğu hədəflərə çatıb. 44 günlük müharibənin nəticələri bunu bir daha təsdiq etdi.   

 

 

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor

Musa Qasımlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aşıq Ələsgərin nəvəsinin təklifinə metropolitendən REAKSİYA 9 Dekabr 2021, 15:02 Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu 9 Dekabr 2021, 14:45 Azərbaycan hər zaman zəfərlərə yol açacaq 9 Dekabr 2021, 14:40 İranda 78 nəfər koronavirusdan öldü 9 Dekabr 2021, 14:36 Tovuz çayı üzərində körpü tikilir 9 Dekabr 2021, 14:32 Azərbaycanda daha bir qadağa LƏĞV OLUNUR 9 Dekabr 2021, 14:28 Xəzər sahilində təyyarə yerə çırpılıb - Xəsarət alanlar var 9 Dekabr 2021, 14:23 Lerikdə dağ-meşə ərazisində yanğın olub 9 Dekabr 2021, 14:20 Bu jurnalistlərə vahid vəsiqə veriləcək 9 Dekabr 2021, 14:16 Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək 9 Dekabr 2021, 14:12 Dövlət Komitəsində britaniyalı analitiklərlə GÖRÜŞ 9 Dekabr 2021, 14:08 Mərkəzi Bank banklara vaxt verdi  9 Dekabr 2021, 14:05 Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 Onlayn medianın təsisi üçün icazə tələb olunmayacaq 9 Dekabr 2021, 13:54 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05 Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri SEÇİLDİ 9 Dekabr 2021, 13:00 Ağdam və Cəbrayılda məktəb layihələndirilməsi aparılır 9 Dekabr 2021, 12:55 Şuşada iki nəfər minaya düşərək həlak oldu 9 Dekabr 2021, 12:50 Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərimizə hücum etdi - FOTOLAR 9 Dekabr 2021, 12:45 Epidemik proses nəzarətdədir - Təyyar Eyvazov 9 Dekabr 2021, 12:40 Putinin yeni PLANI - Moskva hədəfi nəyə hesablayıb? - ŞƏRH 9 Dekabr 2021, 12:36 Rusiyaya saxta COVID-19 pasportu aparmaq istəyən şəxsə cinayət işi açıldı 9 Dekabr 2021, 12:30
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?