Arxiv
25 Oktyabr 2021, 15:20 | REPORTAJ
İran şahı Müslüm Maqomayevin səhvini niyə bağışlamışdı... - Bir hadisənin TARİXÇƏSİ

25 oktyabr tarixi görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin anım günüdür.

Müslüm Maqomayev özünəməxsus nadir səsi, qeyri-adi istedadı və oxu tərzi, bir çox əvəzsiz ifaları, məşhur mahnılarıyla dünya şöhrəti qazanmışdı.
Sənətkar 2008-ci ildə 66 yaşında vəfat edib.

Modern.az saytı Müslüm Maqomayevin anüm günündə onun vaxtilə İrana səfərinin tarixçəsindən hazırladığı yazını təqdim edir.

Müslüm Maqomayev İran şahı Məhəmməd Rza Pəhləvi və onun həyat yoldaşı, şahbanu titullu  Fərəh xanımla 1972-ci ildə onlar Bakıya səfər edən zaman tanış olmuşdu.

Həmin vaxt Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti İran şahının şərəfinə xüsusi ziyafət gecəsi təşkil etmiş, Müslüm Maqomayev də mərasimə dəvət olunmuşdu.

Müğənninin xatirələrindən:

 “Məndən mahnı oxumağı istədilər və bu istəyə uyğun olaraq piano arxasında əyləşdim. Əvvəlcə neapolitan, sonra Azərbaycan mahnılarını və "desert üçün" Fiqaronun kavatinasını ifa etdim. İfalarımın şahın cazibədar xanımının xoşuna gəldiyini hiss etdim, çünki şahbanu Ali Sovetin Rəyasət Heyətinin sədri Qurban Xəlilovla bir şey danışmağa başladı. Və sonra işarəylə mənim şahbanuya yaxınlaşmağımı istədilər.

 

Bizi tanış etdilər. O, Azərbaycan dilində əla danışırdı. Bunda təəccüblü heç nə yox idi - axı Fərəh xanım da azərbaycanlı idi. Şahbanu məndən onun üçün başqa bir mahnı oxumağımı istədi və "bunu etməklə mənə böyük zövq verərsən" söylədi...
Beləliklə, həmin ziyafətdə solo konsertin əksər mahnılarını mən oxumalı oldum.

... qəbul bitdi, şahbanu çıxıb getdi... Amma bir müddət sonra İran şahının tacqoymasının ildönümündə iştirak etmək üçün Tehrandan dəvət aldım”.


Müslüm Maqomayev bildirib ki, bu dəvət şəxsən şah administrasiyasının adından göndərildiyinə görə, ondan imtina etmək olmazdı.

“İrandan dəvət aldıqdan sonra dostum, pianoçu Rafiq Babayevi də özümlə aparmağa qərar verdim. O, mükəmməl pianoçu kimi həm klassikləri, həm də cazı mükəmməl ifa edən parlaq solist və həssas müşayiətçi idi...
... Bizi lüks bir oteldə yerləşdirdilər, istədiyimiz kimi qulluğumuzda durdular... Səfərimizin bütün xərcləri Şahın xəzinə vəsaiti hesabına qarşılanırdı...

...Nəhayət, Şah sarayında çoxdan gözlənilən mərasim baş tutdu... Yemək aralarında mahnı oxumağımı istədilər. Neapolitan mahnılarını, Fiqaronun kavatinasını və Azərbaycan bəstələrini oxuyurdum...

Şahbanu Fərəh xanım öz sarayında Bakıdakından daha rahat idi: əl çaldı, zümzümə etdi. Mənim ifam şahı və saray əyanlarını valeh etmişdi...
Şahın ətrafı bir neçə dildə danışan Avropa tipli bəylərlə əhatə olunmuşdu. Məhəmməd Rza Pəhləvi heç də mühafizəkar bir Şərq hökmdarı deyildi, müasir insan idi... Onun sarayında xarici musiqiləri də yüksək qiymətləndirirdilər...

Həmin vaxt sarayda mənimlə bağlı bir hadisə baş verdi. Fiqaronun kavatinasının ifasından sonra şahın istəyi ilə onun hüzuruna dəvət olundum. Şah həm kavatina ifasını, həm də neapolitan mahnılarını yüksək qiymətləndirdiŞ məni xeyli təriflədi. Məhəmməd Rza şahla şöhbət bitdikdən sonra mən arxaya çevrilib oradan uzaqlaşanda, zalda bir uğultu qopdu... Məlum oldu ki, sərt etiket qaydalarının mövcud olduğu şah sarayında dəhşətli bir səhvə yol vermişəm...

Şahın rus dilində əla danışan katibi Fərrah mənə izah etdi ki, saray qaydalarına görə, şaha arxa çevirib uzaqlaşmaq olmaz, üçü ona tərəf olmaqla yavaş-yavaş baş əyib geri çəkilməlisən.
Amma əvvəlcədən heç kim mənə bu barədə xəbərdarlıq etmədiyindən bilmirdim ki, şaha üz çevirməməlisən, ona görə də mənim səhvim bağışlandı. Həm də mən onun rəiyyəti deyildim ki, bu cür itaət etməklə geri çəkilim...
Deyəsən şah sarayının tarixində ilk dəfə mən sərt etiket qaydalarını pozmuşdum - İran hökmdarına arxamı çevirmişdim...”.

Qeyd edək ki, həmin görüşdən sonra Məhəmməd Rza Pəhləvinin adından Müslüm Maqomayevə içində sanballı məbləğ olan zərf verilir. Lakin Müslüm Maqomayev bütün bunlara görə razılığını bildirir və nəzakətlə pulu qaytararaq, onu götürməkdən imtina edir.
 
“Mən qonaq olduğum yerdə pul almıram. Qafqazda belə şeylərə yaxşı baxmırlar” deyə gənc ifaçı cavab verir.

İranda Müslüm Maqomayevin bu nəcibliyini yüksək qiymətləndirib ona şahın adından saat, xalça və bir qutu bağışlanır. Qutunun içərisinə şahın qiymətli üzüklərindən biri hədiyyə olaraq qoyulmuşdu. Müslüm Maqomayev həmin üzüyü həyatının son günlərinədək barmağında gəzdirdi.




Qeyd edək ki, o zaman Müslümün böyük məbləği olan puldan imtina etməsi Azərbaycanda yüksək qiymətləndirilmiş və onun bu hərəkətini kişilik adlandırmışdılar. Moskva məmurları isə pulu götürmədiyinə görə ona qəzəblənmiş və müğənnini məzəmmət etmişdilər.

“Onlara izah edə bilmədim ki, mən şahın dəvət etdiyi qonaq olmuşam və İrana pul qazanmağa getməmişəm”,- M.Maqomayev sonradan bildirmişdi.

Müslüm Maqomayev xatirələrində bildirir ki, Tehrandan Moskvaya qayıdanda şahın hədiyyələrinə görə problem də yaşayıb:

“...bizi İran səfirliyinin müşaviri müşayiət edirdi. Gömrükdə baqajımızı yoxlayan sıx bədən quruluşlu xanım məni tanıyaraq dedi: “A-a-a, Maqomayev gəlib. Yaxşı, çamadanınızda nə olduğunu göstərin”.

Çamadanımda isə şahın hədiyyələri idi - qatlanmış xalça və üstü yazılmış bir qutu.

“Xalçanın idxalına icazə verilmir. Qutu isə bəyannamədə göstəilməyib”,-deyə mənə bu hədiyyələrin müsadirə olunacağı bildirildi”.

Müslüm Maqomayev geri çəkilməyərək, gömrük işçilərinə bunların satmaq üşün gətirdiyi əşyalar deyil, şahın ona bağışladığı hədiyyə olduğunu izah edir.

“Həm də bunları gətirməklə mən ölkəmi zənginləşdirirəm. Bunlar hamısı Şahdan gələn hədiyyələrdir. Bax, sizin sizin arxanızda İran səfirliyinin müşaviri dayanıb, indi bu hədiyyələri ona verib, şaha qaytarmasını xahiş edəcəm”, deyə Müslüm iranlı diplomatı göstərməklə gömrükçülərin üstünə gedir. 

Gömrük işçisi məsələ ilə bağlı növbə rəisinə məruzə edir. Nəhayət, müğənniyə hədiyyələrlə keçməyə icazə verilir.

“Növbəti il də İran şahından dəvət aldım, amma bu dəfə məni İrana getməyə qoymadılar. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji şöbəsi belə qərar verdi: “Onun hər il ora getməsinə ehtiyac yoxdur...”. Bunun səbəbləri nə idi - siyasi və ya başqa - bilmirəm. Elə həmin vaxt başqa bir hökumət konserti planlaşdırırdıq və mən də konsert verməliydim ... 

Sonra artıq dəvətlər olmadı ... Bir müddət sonra şah İrandan həmişəlik getdi...”, -Müslüm Maqomayev xatirələrində yazıb.


2008-ci ilin 25 oktyabrında həkimlərin səylərinə baxmayaraq dünya şöhrətli Müslüm Maqomayevi ölümün pəncəsindən almaq mümkün olmadı...

Böyük sənətkar torpağa tapşırılandan sonra Maqomayevin varidatını bölmək uğrunda mübahisələr yaşandı. Müğənninin ABŞ-da yaşayan və onun nikahdankənar oğlu olduğunu idda edən Müslüm-Daniel adlı gənc (Maqomayevlə 6 il sevgili olmuş Lyudmila Karyevanın oğlu) M.Maqomayevin mirasından özünə də pay tələb etdi. Bu zaman o, Müslümün barmağındakı İran şahının verdiyi çox bahalı üzüyü də istəyirdi. Onun dəfndən sonra Bakıya gəlişi də elə bununla bağlıydı...

Müslüm Maqomayevin rəsmi varisləri onun dul qadını Tamara Sinyavskaya və ABŞ-da yaşayan qızı Marina ilə nəvəsi Müslüm-Alen sayılsa da, nikahdankənar oğlu olduğunu idda edən Müslüm-Daniel təkidlə məlum üzüyü tələb edirdi.

O zaman Müslüm Maqomayevin həmişə barmağında gəzdirdiyi məşhur üzüklə bağlı iddialara Tamara Sinyavskaya son qoydu.

“Mən nə indi, nə də bundan sonra bu məsələlər haqda danışmaq istəmirəm” deyən mərhum müğənninin xanımı onda söyləmişdi ki, həmin üzüyü Maqomayev özü ilə o dünyaya aparıb. Tamara Sinyavskaya mərhum dəfn olunanda İran şahının bağışladığı üzüyün müğənninin barmağından çıxarılmadığını deyəndən sonra o söz-söhbətlərə son qoyuldu.

2014-cü ildə Moskvada yaşayan tanınmış azərbaycanlı bəstəkar-müğənni, Xalq artisti  Emin Ağalarovun ad günü - 35 yaşının tamam olması münasibətilə böyük mərasim keçirildi.


Mərasimdə Emin Ağalarova müxtəlif hədiyyələr təqdim olundu. Və ən qiymətli hədiyyəni dünya şöhrətli mərhum sənətkar Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya verdi. Belə ki, Tamara xanım Müslüm Maqomayevin 30 il müddətində barmağında gəzdirdiyi dəyərli üzüyü Eminə bağışladı. Bu, vaxtilə Müslüm Maqomayevə İran şahı Rza Pəhləvinin hədiyyə etdiyi üzük idi.



Ə.Qafarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Türkiyədən hərbi gəmi ala bilər 5 Dekabr 2021, 18:58 Putin Hindistana gedəcək 5 Dekabr 2021, 18:46 "Neftçi" "sülh"ə razılaşdı 5 Dekabr 2021, 18:36 Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?