Arxiv
23 Noyabr 2021, 17:53 | ANALİTİKA
Putin tələsir: Soçi görüşündə imzalar atılacaqmı?

Kreml Əliyev-Putin-Paşinyan görüşünü təsdiqləyir: tarix 26 noyabr, yer Soçi.

Brüssel görüşü ilə bağlı informasiya yayılanda yazmışdıq: “Rusiya Brüssel görüşünə qədər (15 dekabr) Moskvada planlaşdırdığı Əliyev-Putin-Paşinyan görüşünün baş tutması üçün əlindən gələni edəcək. Və kommunikasiya və sərhəd məsələsində ilkin razılaşmalarla Avropa İttifaqını ofsayta salacaq”.

Ardınca Putin və Paşinyan arasında telefon söhbəti (böyük ehtimalla Moskvanın təşəbbüsü idi) oldu və Soçi görüşü haqda xəbərlər yayıldı: Rusiya Ermənistanı masaya gətirmək üçün açıq təzyiq edir.

Soçi görüşü ilə bağlı informasiyada diqqətçəkən məqam Rusiya mediasının “Kremlin təsdiqi”nə istinadən yaymasıdır. Bu, İrəvanda görüşlə bağlı hələ də tərəddüdlərin olduğu və rusların ikinci dəfə səhv etmək istəməmələrindən qaynaqlanır.

Kremlin sözçüsü Peskov noyabrın ilk ongünlüyündə üçtərəfli görüşün olacağını açıqlamışdı, Paşinyanın təkzibindən sonra fikirlərinə korrektə etməyə məcbur oldu. İndi məlumatı Peskov yox, rus mediası Kremlə istinadən yayır. Ermənistan XİN-in dünən xəbəri təkzib etməsi də görüşə qədər proqramın dəyişə biləcəyi ehtimalını gücləndirir. İstisna deyil ki, Peskov tam dəqiqləşdiyi halda açıqlama verəcək.


Görüşün əsas gündəliyi nədən ibarətdir?

Hələ “9 noyabr görüşü” gündəmdə olanda iki məsələnin aktual olacağını yazmışdıq (7 noyabrda):

1. Kommunikasiyaların açılması ilə bağlı qrafikin təsdiqlənməsi;
2. Sərhədlərin delimitasiya və demarkasiyasına başlamaqla bağlı razılığın olması;


Bu gözləntini gücləndirən məqamlar da var.


- Kreml Soçi görüşündə kommunikasiyanın bərpasına xüsusi diqqət ayrılacağını bildirir;


- Sərhəddə sonuncu döyüşlər delimitasiya-demarkasiyanın qaçılmaz olduğunu təsdiqlədi: kommunikasiyanın bərpası üçün də sərhədin müəyyənləşdirilməsi prosesinə ehtiyac var;


- Paşinyanın müavini, üçtərəfli İşçi Qrupunun üzvü Mqer Qriqoryanın açıqlamaları da sərhəd və kommunikasiyanın bərpası müzakirələrində irəliləyişin olduğu fikrini ortaya çıxarır.


Hərçənd, Qriqoryanın açıqlamaları prosesin yekunlaşmadığını deməyə əsas verir və bu, Soçi görüşündə “sənədlər imzalana bilərmi” sualını aktuallaşdırır.


“9 noyabr görüşü” xüsusilə sərhəd məsələsindəki fikir ayrılığına görə baş tutmadı. Rusiya rəsmilərinin “razılaşmalar olan kimi görüş keçiriləcək” açıqlamaları da müzakirələrin getdiyinə deməyə əsas verirdi. Mümkündür ki, Rusiya görüşü məhz detalların razılaşdırılmasından sonra keçirmək niyyətində idi, Brüssel görüşünün gündəmə gəlməsi isə Moskvanı tələsməyə məcbur etdi. Bu baxımdan, Putinin hansısa sənəd imzalanmasa belə görüş keçirmək istəyi Qərblə yarışda önə çıxmaq gedişi kimi görünə bilər. Lakin Paşinyanın mərkəzdənqaçma meylləri, Qərbin prosesə praktiki müdaxilə imkanlarının artması Rusiyanı məcbur edir ki:

- Üçtərəfli bəyanatların icrasında irəliləyişə nail olsun: ən optimal variant məhz kommunikasiyanın açılması qrafikinin təsdiq edilməsidir;

- Və Aİ-nin vasitəçi olmaq istədiyi sərhəd məsələsində öz “hakim rolunu” rəsmi şəkildə təsdiqləsin: Putinin “Valday”da çıxışı zamanı verdiyi mesaj da sərhəd məsələsinin Qərbin müdaxiləsi üçün zəif nöqtə olduğunu təsdiqləyir.

Məhz bunlara görə Soçi görüşündə imzaların atılacağı ehtimalı ön plandadır: konkret sənədlər olmasa, Brüssel görüşü ruslar üçün risk olaraq qalacaq.

Asif Nərimanlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
595 nəfər toylara BURAXILMADI 29 Noyabr 2021, 09:50 Minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi 29 Noyabr 2021, 09:47 Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi Bakıya toplaşacaq 29 Noyabr 2021, 09:42 Ötən günün cinayət STATİSTİKASI 29 Noyabr 2021, 09:40 “Taliban” Avropa ittifaqından yardım istədi 29 Noyabr 2021, 09:27 Türkmənistanın mediadan gizlədilən birinci ledisi - Onun fotosu ilk dəfə YAYIMLANDI 29 Noyabr 2021, 09:01 Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?