Arxiv
25 Noyabr 2021, 10:55 | İQTİSADİYYAT
Türk iqtisadçı lirənin ucuzlaşmasında Mərkəzi Bankı İTTİHAM ETDİ

Qonşu ölkə Türkiyədə iqtisadi çətinlik davam etməkdədir. Bir müddətdir  Türkiyənin milli valyutası olan lirə dollar qarşısında sürətlə dəyər itirməyə davam edir. Dünən isə Türkiyə hökumətinin gördüyü tədbirlər nəticəsində bu enmələrin qarşısı bir qədər alınmağa başlayıb. Hazırda 1 dollar 11.96 Türk lirəsidir. Amma proeseslərin necə dəyişəcəyi hələ də məlum deyil.

 

Türkiyəli iqtisadçı Mert Yılmaz lirənin ucuzlaşma səbəbləri ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.

 

İqtisadçının sözlərinə görə, əslində bütün dünyada dollar güclənir:

 

“Amma Türkiyədəki vəziyyət bununla bağlı deyil. Bunun bir payı olsa da, ümumi olaraq burada əsas məsələ Mərkəzi Bankdır. Çünki bütün dünyada faiz artımı varkən, dünyanın bütün Mərkəzi Bankları faiz artırarkən, Türkiyə Mərkəzi Bankı faizi aşağı saldı.

 

Türkiyə Mərkəzi Bankı ötən aylarda faiz dəhlizini 19-dan 18-ə endirdi. Bu qərardan sonra Türk lirəsi sürətlə ucuzlaşmağa doğru gedir. İndiki vəziyyət də əvvəlcədən gözlənilirdi. Vəziyyət iyul ayında başlasa da, noyabrda özünü daha açıq göstərdi. Hazırda neqativ faiz özünü göstərir. Bu da investorları Türkiyədən qaçırır”.

 

Ekspert deyib ki, görülən inzibati tədbirlər nəticəsində dünəndən etibarən geriləmənin qarşısı alınır:

 

“Özəlliklə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya xəbəri çox önəmli idi. Türkiyə bu siyasətini davam etdirərsə, dolların düşməsi gözlənilə bilər. Hazırda yatırım edənlər “lirə aşağı düşsə də, gəlib alsaq” vəziyyətindədir. Bu da neqativ basqı yaradır. Bununla birlikdə Türkiyə faiz artımına getməlidir. Bu da 2022-ci ilin yanvar ayından sonraya planlaşdırılır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda koronavirusa görə bağlanan məktəb AÇILDI 29 Noyabr 2021, 10:03 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 29 Noyabr 2021, 10:00 Xaricdəki soydaşlarımızdan QARABAĞA köçmək istəyənlər var 29 Noyabr 2021, 09:59 595 nəfər toylara BURAXILMADI 29 Noyabr 2021, 09:50 Minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi 29 Noyabr 2021, 09:47 Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi Bakıya toplaşacaq 29 Noyabr 2021, 09:42 Ötən günün cinayət STATİSTİKASI 29 Noyabr 2021, 09:40 “Taliban” Avropa ittifaqından yardım istədi 29 Noyabr 2021, 09:27 Türkmənistanın mediadan gizlədilən birinci ledisi - Onun fotosu ilk dəfə YAYIMLANDI 29 Noyabr 2021, 09:01 Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?