Arxiv
16 Sentyabr 2009, 16:19 | REPORTAJ
Bakının 1 milyon manatlıq yerüstü saatına kim baxır?

Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün sözügedən ərazidə olub. Yerüstü saat düz işləməyinə düz işləyirdi, amma ərazidə bu cihaza (belə demək mümkünsə) məsul şəxsi tapa bilmədim ki, sualıma birinici cavabı ondan alam.
Bir müddət saatın ətrafında dolaşdım. Məlum oldu ki, Bakının 1 milyon manatlıq yerüstü saatının ətrafı həm də “bomj”ların məkanı imiş. Bunu əraziyə yaxın binada yaşayan Sahib Əliyev adlı sakin söylədi. Onun sözlərinə görə, yerüstü saatın ətrafındakı kimsəsizlikdən istifadə edən bir neçə “bomj” gecələr burada yeyib-içmək “məclisi” qurur, sonra da boşaltdıqları spirtli içkilərin şüşələrini, quru çörək qırıntılarını, tərəvəz qabıqlarını saatın ətrafına tullayırlar.
...Saatın qarşısından keçən piyada yolunun üstünü kəsdirib buradan keçənlərin bəzilərinin ayaq saxlamağa məcbur etdim: “Bağışlayın, siz bu yerüstü saatdan istifadə edirsinizmi?”. Hər dəfə sualımı dinləməyə məcbur etdiyim, amma cavab verməyə tənbəllik göstərən şəhər sakinləri üz-gözlərini turşudur “yox” deyirdilər. Salman Vəliyev adlı həmsöhbətimizin isə orjinal cavabı oldu: “Bu boyda saat kimə lazımdır, onu niyə quraşdırıblar bilmirəm. Əqrəbləri o qədər böyükdür ki, yanından keçəndə vaxtı təyin etmək olmur. Gərək vertalyotla yuxarıdan baxasan ki, görəsən saat neçədir”.
C.Cabbarlı küçəsi ilə A.Bakıxanov küçəsinin kəsişdiyi yerdəki yerüstü saatın əsas hissələri xarici ölkədən gətirilib. Onu 2007-ci ilin aprelində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsü işə salıblar. Yeri gəlmişkən, o zaman saat quraşdırılandan bir gün sonra uşaqlar onun zənginin mexanizmini sıradan çıxarmışdılar. Bu problemi aradan qaldırmaq üçün indi saatın zəngi daha hündür dirəkdən asılıb ki, ətrafda oynayan balacaların ona əli çatmasın. Bu il mayın 13-də isə yerüstü saat xarab olub. Saatın xarab olmuş mexanizmini düzəltmək bir neçə günə başa gəlib.
Bir sıra Avropa şəhərlərində də belə saatlar mövcuddur. Amma onlar bu cür gözdən-könüldən iraq yerlərdə quraşdırılmayıb.

 

 Rövşən NƏCƏFOV

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ayı İsmayıllı sakininə həyətində hücum etdi 15 Sentyabr 2019, 13:26 Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO   15 Sentyabr 2019, 13:17 Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”   15 Sentyabr 2019, 13:05 Son 4 il 8 ayda texniki itkilər 2 dəfəyə qədər azalıb   15 Sentyabr 2019, 12:54 İlham Əliyev Bilik Günü münasibətilə "Facebook"da paylaşım etdi 15 Sentyabr 2019, 12:45 Özbəkistanın Türk Şurasına gəlişi BƏYANATA səbəb oldu 15 Sentyabr 2019, 12:32 Sabahın hava PROQNOZU - 30 dərəcə İSTİ 15 Sentyabr 2019, 12:29 Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı? 15 Sentyabr 2019, 12:19 Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ 15 Sentyabr 2019, 12:10 Bir şəklin tarixçəsi - Bakıya yeridilən ingilis əsgərlərin AQİBƏTİ 15 Sentyabr 2019, 11:56 Bakıdakı hansı məktəblər sökülüb-tikildi? - SİYAHI 15 Sentyabr 2019, 11:47 Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ 15 Sentyabr 2019, 11:40 Azərbaycanda sabiq deputat vəfat edib 15 Sentyabr 2019, 11:32 İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir? 15 Sentyabr 2019, 11:13 Təmizliyin İsveçrə modeli 15 Sentyabr 2019, 10:11 Bu gün “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək 15 Sentyabr 2019, 09:53 Ermənistan atəşkəsi 22 dəfə pozdu 15 Sentyabr 2019, 09:49 “Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Azərbaycanda Bilik günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46 Mehriban Əliyeva  Şamaxıda əhali ilə görüşdü - FOTOLAR 14 Sentyabr 2019, 20:33