Arxiv
25 Fevral 2010, 16:13 | QARABAĞ
VHP Xocalı soyqırımı ilə bağlı bəyanat verib

Vətəndaş Həmrəyliyi Partiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb. Modern.az-a daxil olan bəyanatda bildirlir ki, 1992-ci il fevralın 26-da erməni terror qrupları Rusiyaya məxsus 366-cı motoatıcı diviziya ilə birlikdə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, 7 minlik əhalisi olan Xocalı şəhərinə hücum edib və xüsusi qəddarlıq və vəhşiliklə şəhəri yer üzündən büsbütün siliblər. “Belə ki, Xocalı şəhəri 1991-ci ilin oktyabrından başlayaraq erməni separatçıları və rus hərbçiləri tərəfindən blokadaya alınmışdı. Oktyabrın 30-da şəhərlə avtomobil əlaqəsi tamamilə kəsilmiş və yeganə nəqliyyat vasitəsi kimi vertalyotdan istifadə edilmişdir. Lakin Şuşa şəhərinin səmasında mülki vertalyotun ermənilər tərəfindən vurulması və 40 nəfər mülki şəxsin həlak olmasından sonra, 1992-ci il yanvarın 18-dən Xocalıyla hava əlaqəsi də kəsilmişdir. Erməni və rus silahlıları tərəfindən Xocalıya hücum 1992-ci il fevralın 25-də həyata keçirilmişdir. Həmin axşam Rusiyaya məxsus 366-cı motoatıcı diviziyası ağır zirehli texnikanın köməyi ilə hücuma başlamışdır. Əvvəlcə ağır artilleriya – top, tank və «Alazan» raketlərinin iki saatlıq zərbəsi ilə müşahidə olunan hücum daha sonra 366-cı alayın və erməni separatçılarının şəhərə 3 tərəfdən piyada hücumu ilə davam etdirilmişdir. Şəhərin dinc əhalisi yalnız Əsgəran istiqamətində hücumun olmadığını görərək, bu yolla təcavüzdən qaçmağa çalışmışlar. Tezliklə məlum olmuşdur ki, bu, məkrli bir hiylə imiş. Çünki Əsgəran istiqamətində qaçan mülki əhalinin qarşısı Naxçıvanik kəndi yaxınlığında kəsilmişdir. Əvvəlcədən bu mövqedə pusquda dayanmış erməni terrorçuları Əsgəran-Naxçıvanik düzündə əhalini gülləbaran etmiş, uşaq, qoca, qadın demədən hamını vəhşiliklə qətlə yetirmişlər. Fevralın 28-də əhalinin qətlə yetirildiyi yerə gedən yeri jurnalistlərin hazırladıqları reportajlar da sübut edir ki, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilmiş, sonra isə meyitlə təhqir edilmişdir. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər ətraf orqanlarının kəsilməsi, gözlərinin çıxarılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkarlanmışdır. Təsadüfü deyil ki, dəhşətli qətliamı öz gözləri ilə görən xarici mətbuat da müşahidə etdikləri vəhşilikdən dəhşətə gələrək çalışdığı mətbuu orqanlarda yazılar dərc etdirmişlər. Onlardan bəzilərinə diqqət edin: Krua lEveneman jurnalı (Paris), 29 fevral 1992-ci il: «Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər». Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: «Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər». Tayms qəzeti (London), 4 mart 1992-ci il: «Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır». İzvestiya (Moskva), 4 mart 1992-ci il: «Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür». Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: «Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır». İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü». Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: «Bu "müxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər». R.Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): «Xocalıdakı vəhşilikllərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz». Xarici jurnalistlərin və nüfuzlu beynəlxalq medianın münasibətindən də görünür ki, Xocalıdan əsrin ən dəhşətli soyqırımlarından biri həyata keçirilmiş, dinc, silahsız, köməksiz əhali xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilmişdir. Statistik rəqəmlərə görə, bu soyqırımda 613 nəfər amansızcasına qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq və 70 nəfəri ahıl insanlar olub. 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 25 uşaq hər iki valideyinini, 130 uşaq bir valideyinini itirib, 76 azyaşlı körpə şikəst edilib, 1275 nəfər girov gbtürülüb, 150 nəfər itgin düşüb və 1000 nəfər güllə yarası alıb. 10 yaşayış məntəqəsi dağıdılaraq talan edilib və 2 tarixi abidə məhv edilib. Lakin itkin düşənlərin və sonradan taleyi bəlli olmayan girovların da dəhşətli işgəncələr altında qətlə yetirildiklərinə heç bir şübhə ola bilməz. Qətliamdan 18 il ötməsinə baxmayaraq, dünya dövlətləri hələ də bu soyqırıma hüquqi qiymət verib, onu azərbaycanlılara qarşı törədilən genosid kimi tanımamışlar. Halbuki, bu qırğınlar zamanı Cenevrə konvensiyası, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) 2, 3, 5, 9 və 17-ci maddələri, o cümlədən «Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıiəsi» Bəyannaməsi (BMT-nin Baş Assambleyası 14.12.1974-cü ildə qəbul etmişdir) kobud surətdə pozularaq insanlığa yaraşmayan qəddarlıq nümayiş etdirilmişdir. Təəssüf ki, bu qətliam hətta Azərbaycan parlamenti tərəfindən də soyqırım kimi tanınmayıb və beynəlxalq axtarışa verilən 38 terrorçu arasında Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohaniyanın və Arkadi Qukasyanın adları yoxdur. Halbuki bu amansız qırğınlarda adıgedən şəxslərin müstəsna «xidmətləri» olmuşdur”. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan Milli Məclisinə və bütün dünya ölkələrinin parmalentlərinə müraciət edərək, onları tarixdə çox nadir halda təsadüf edilən bu dəhşətli qətliamı Azərbaycan xalqına qarşı törədilən soyqırım aktı kimi tanımağa səsləyir, 1992-ci il fevralın 26-da baş verən bu qanlı olaya hüquqi qiymət verilməsini və cinayətkarların layiq olduqları cəzanı almalarını tələb edir.

  

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koçaryan Paşinyanı MƏHKƏMƏYƏ VERDİ 7 Aprel 2020, 14:58 Türkiyədən qayıda bilməyən 10 min soydaşımıza YARDIM EDİLƏCƏK 7 Aprel 2020, 14:48 Azərbaycan TV-lərinə ETİRAZ: İnsanları qorxuya salırlar 7 Aprel 2020, 14:42 Çin Azərbaycana tibbi humanitar yardım GÖNDƏRİB 7 Aprel 2020, 14:36 İşsizlərin qeydiyyatı yalnız ONLAYN aparılır   7 Aprel 2020, 14:30 Bu il Pasxa bayramı nə vaxt çıxacaq? 7 Aprel 2020, 14:17 Baş infeksionist xüsusi karantin rejiminin nə vaxt başa çatacağından DANIŞDI 7 Aprel 2020, 14:04 “Milli Məclis” jurnalınında da dəyişiklik olacaq 7 Aprel 2020, 13:58 Əfv sərəncamının icrası başa çatıb 7 Aprel 2020, 13:52 TƏBİB-dən sağlam insanlara ÇAĞIRIŞ 7 Aprel 2020, 13:46 Azərbaycanda tibbi maska istehsalına başlandı - VİDEO 7 Aprel 2020, 13:40 “ASAN Məktub” vasitəsilə 210 nəfərin ehtiyacı təmin edilib 7 Aprel 2020, 13:34 Ermənistanda koronavirusun real miqyası GİZLƏDİLİR 7 Aprel 2020, 13:27 Hökumət deputatlara verilən hesabatda yenilik etdi 7 Aprel 2020, 13:23 Lerikdə meşədə ağac kəsən şəxslər cəzalandı 7 Aprel 2020, 13:16 Parlamentin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək 7 Aprel 2020, 13:10 Əfv sərəncamının verilməsi humanizmin təntənəsidir 7 Aprel 2020, 13:04 Sabaha olan teledərslərin cədvəli açıqlandı 7 Aprel 2020, 12:58 Regionlara qar yağır: “Meyvə ağaclarına ciddi ziyan dəyəcək” 7 Aprel 2020, 12:52 Yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA 7 Aprel 2020, 12:46 İcra başçısı polis rəisi ilə birlikdə postları yoxladı - FOTO 7 Aprel 2020, 12:40 Əfv olunan MTN generalları karantinə götürüldü 7 Aprel 2020, 12:35 Biz birlikdə güclüyük  7 Aprel 2020, 12:29 Kimlər işsiz sayılmır? - RƏSMİ CAVAB 7 Aprel 2020, 12:18 Genefondumuz üçün vacib addımlar atılır - Partiya sədri 7 Aprel 2020, 12:12 QHT Şurası Real TV ilə yeni kampaniyaya başlayır 7 Aprel 2020, 12:06 Sarkisyan Aprel döyüşləri ilə bağlı dindiriləcək 7 Aprel 2020, 12:00 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video 7 Aprel 2020, 11:54 Rusiyada koronaviruslu xəstələrin sayı 7500-ə çatdı 7 Aprel 2020, 11:50 Hacı Əbdüllə bağlı xatirələrim var... 7 Aprel 2020, 11:46 Nazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək 7 Aprel 2020, 11:40 Ermənistanda COVİD-19-a yoluxanların sayı 853-ə çatdı 7 Aprel 2020, 11:36 “Görülən tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır” - Deputat 7 Aprel 2020, 11:35 Karantin qaydalarını pozan 6945 nəfər cəzalandı 7 Aprel 2020, 11:31 Azərbaycan hərçiləri Cənubi Sudanda 7 Aprel 2020, 11:25