Modern.az

Elşad Abdullayev bu dəfə AUDİO yaydı

Elşad Abdullayev bu dəfə  AUDİO  yaydı

Təhsil

9 Aprel 2013, 16:45

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi, fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə iş adamı Arzu Kazımovun arasında gedən dialoqun səs yazısını “Azadlıq. TV”-yə təqdim edib.

Səs yazısının yayılmasına səbəb kimi A. Kazımovun vəkili Ramiz Zeynalovun həqiqəti əks etdirməyən açıqlamalar verməsi göstərilib. Komitə üzvlərinin rəyinə görə, R. Zeynalov ictimaiyyəti və istintaqı yayındırmaq üçün həqiqətdən uzaq məlumatlar verir.

“Azadlıq.TV”-yə təqdim edilən səs yazısı A. Kazımovun iş otağında lentə alınıb. Söhbətdə E. Abdullayev, İsmayil Abdulayev və Arzu Kazımov iştirak edib. Dialoqdan məlum olur ki, A. Kazımov M. Abdullayevin azad edilməsi üçü E. Abdullayevdən külli miqdarda pul alıb. A. Kazımov bildirib ki, aldığı pulu Daxili İşlər Nazirliyində yüksək vəzifə tutmuş məhrum general Zahid Dünyamalıyevə (səs yazısı Z. Dünyamalıyev rəhmətə getməzdən əvvəl yazılıb) verəcək. E. Abdullayev təkidlə A. Kazımovdan tələb edir ki, Z. Dünyamalıyevə zəng etsin. Lakin A. Kazımov generala zəng etməkdən imtina edir. Dialoq zamanı o da məlum olur ki, A. Kazımov aldığı pulu geri qaytara bilmədiyi üçün inşa etdirdiyi binadan E. Abdullayevə mənzillər təklif edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı