Modern.az

Kasparov yenə Karpovla üz-üzə

Kasparov yenə Karpovla üz-üzə

23 Sentyabr 2009, 11:04

Ötən əsrin 80-ci illərinin ortalarında şahmat dünyasında Anatoli Karpov-Harri Kasparov qarşılaşması həmişə maraq doğururdu.  Şahmat üzrə keçmiş dünya çempionları uzun illik fasilədən sonra yenə üz-üzə gəliblər.
Sentyabrın 21-də keçirilən ilk iki partiya Kasparovun qələbəsi ilə başa çatıb. Hər iki partiyada Karpovun oyun üçün ayrılmış vaxtı bitib. Qrossmeysterlər 25 dəqiqə+5 saniyə ərzində sürətli şahmat oynayıblar.
Keçmiş çempionlar arasında növbəti qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22.00-də başlayacaq. Oyunları Valensiya hökumətinin rəsmi saytında (www.gva.es) canlı izləmək mümkündür. Şahmatçıların oynadığı masanın üzərinə mini-kameralar quraşdırılıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir