Modern.az

“Mütəllibov İsa Qəmbərə dedi ki, “Qarabağı azad edim, sonra seçkilərə gedək”-AÇIQLAMA

“Mütəllibov İsa Qəmbərə dedi ki, “Qarabağı azad edim, sonra seçkilərə gedək”-AÇIQLAMA

21 Noyabr 2013, 15:34

Azərbaycan Ali Sovetinin keçmiş deputatı, Dövlət Müdafiə Şurasının üzvü olmuş  ASDP sədri Araz Əlizadə  Fərəc Quliyevin eks-prezident Ayaz Mütəllibov barədə dediklərini təkzib edib.

Modern.az-a açıqlamasında A. Əlizadə bildirib ki, Ayaz Mütəllibovun 1992-ci ilin martında istefAya göndərilməsi məhz Qarabağla bağlı olub. “1992-ci il  martın 6-da səhər saat  6-da dörd istiqamətdən Azərbaycanda olan 4-cü  Rusiya diviziyası Qarabağda hücum əməliyyatına başlayacaqdı. Bir həftə ərzində Qarabağı ermənilərdən təmizləyəcəkdilər. Ayaz Mütəllibov Xalq Cəbhəsi liderlərinə o cümlədən, İsa Qəmbərə təklif etdi ki, imkan verin Qarabağ problemini həll edim,  ondan sonra prezident seçkilərinə gedək. AXC-nin  cavabı belə oldu ki, “biz uşaq deyilik, Qarabağ problemini kim həll etsə xalq ona da səs verəcək. Bizə hakimiyyət lazımdır”.  Buna görə də Mütəllibovun dedikləri həqiqətdir. Onun dediklərinə inanmayanlar ya həqiqətdən xəbərsizdirlər ya da  yalançıdırlar”.-deyə o vurğulayıb. ASDP sədri həmçinin keçmiş  müdafiə naziri Valeh Bərşadlının istefaya göndərilməsi ilə bağlı məsələyə toxunub.  “Fərəc Quliyev  Ayaz Mütəllibovla bağlı  fikirlərində yanlışlığa yol verir. Xalq Cəbhəsinin nümayəndələri Müdafiə Nazirliyinin qarşısında dayanmadan piket keçirirdilər. Doğurdan da o, Azərbaycan dilini pis bilirdi. Buna baxmayaraq, hərbi işləri çox yaxşı bacarırdı. Allah rəhmət eləsin Bərşadlıya. O bütün əməliyyatlara hazırlıqlı idi. Mayın 14-də Laçından qüvvələri gətirib tökdülər Bakıya və bununla da Mütəllibovu devirdilər”-deyə Araz Əlizadə bildirib.

Qeyd edək ki, eks prezident  Ayaz Mütəllibov virtualaz.org saytına müsahibəsində, keçmiş müdafiə naziri Valeh Bərşadlının işdən çıxmasında AXC üzvlərinin rolu olduğunu vurğulayıb. Keçmiş prezident bildirib ki, AXC üzvləri sabiq müdafiə nazirinə qarşı haqsızlıq edib lağa qoyaraq  onu dil bilməməkdə suçlayırdılar.

 

Namidə BİNGÖL    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi