Arxiv
31 Avqust 2009, 17:41 | PARLAMENT
Parlament jurnalistləri kimlərdir?

Və ya Milli Məclisdə keçirdiyimiz bir gün

Tərəfsiz Jurnalistlər Birliyi. Bu təşkilatı daha çox parlament jurnalistlərini birləşdirən qurum kimi tanıyırlar. Çünki bura əsasən Milli Məclisdə akkreditədən keçən KİV işçiləri yığışıblar.
Bəs özünü parlament jurnalistləri adlandıran media nümayəndələri kimdir ki, bir yerə yığışıb ayrıca təşkilat yaradıblar? Bu qurumu tanıtmaq üçün mütləq onu qeyd eləməliyəm ki, təşkilatda həm iqtidar, həm də müxalifət mətbuatından olan jurnalistlər çox rahatlıqla dil tapırlar. Xatırlamıram ki, TJB üzvləri arasında hansısa siyasətçiyə simpatiya üstündə, yaxud ümumiyyətlə siyasi baxışlara görə mübahisə düşsün.
Amma mübahisələr olmamış deyil. Əsasən də təşkilatın fəaliyyətini qurması ilə bağlı narazılıqlar olur. Qələm əhlinə də nə var ki, tənqidi üzə deməkdən çəkinən deyilik. Ona görə də jurnalistlərdən bir neçəsi ara-sıra təşkilatın sədri Elşad Eyvazlını bir kənara çəkib onunla qızğın mübahisələr aparır. O da adəti üzrə hər kəsi hövsələ ilə dinləyir, hamı ilə razılaşır, axırda da hansısa kompromis tapmağa çalışır.  Əslində, TJB üzvlərinin əksəriyyətinin yalnız Milli Məclisin plenar iclasları olan günlərdə bir yerə toplaşmaq imkanları yaranır. Axı uşaqların çoxu gündəlik KİV-də işləyir. Ona görə də digər qurumlar kimi hər həftə iclas və toplantılar keçirib nələrisə müzakirə etməyə vaxtımız olmur.
Çox vaxt heç parlamentdə də düz-əməlli söhbət edə bilmirik. Çünki iclas günləri orada deputatlara nisbətən  jurnalistlər  daha gərgin işləməli olurlar. Məsələn, əgər iclasa bir az gecikdinsə, gərək həmkarlarına üz tutub, nələr olub-olmadığını dəqiqləşdirəsən. Hələ iclası demirəm, deputatların zala toplaşdığı vaxtı gərək qaçırmayasan. Yoxsa, foyeyə gələndə görürsən ki, artıq uşaqlar hansısa millət vəkilini əhatəyə alıblar və ondan nəyəsə münasibət öyrənirlər. Belə brifinqlərə gecikəndə, dərhal deputatı mühasirəyə alanlar arasında  kimlərin olduğuna baxmalısan. Elə ki, dəqiqliyinə əmin olduğun jurnalisti orda gördün, problem yoxdur, informasiya ala biləcəksən. Axı TJB-nin özünəməxsus informasiya şəbəkəsi var. İclas başlayan kimi informasiya agentliklərindən akkreditə olan uşaqlar sör-söhbətləri dərhal kəsirlər - bütün diqqət monitora yönəlir. Onlar parlament sədrinin az qala hər cümləsini xəbərə çevirib agentliyə ötürməyə başlayırlar. Adətən APA-dan həmkarımız Elbrus hər kəsi qabaqlayır, mətbuat otağındakı yeganə telefonu zəbt edir. Digər agentliklərdən olan dostlarımız bəzən telefon, kompüter üstündə mübahisə edirlər. Amma insafən, hamı bir-birini yola verir.

Elə ki, gündəliyə təkliflər (cari məsələlər) üçün vaxt ayrıldı, mətbuat otağına sükut çökür. Yalnız kompüter klaviaturasının şaqqıltısı eşidilir. Deputatların çıxışları diqqətlə izlənilir, sitatlar dəqiqləşdirilir. Cari məsələlər bitən kimi sərbəstlik yaranır. Deputatlarla yanaşı, otaqdakı uşaqların özləri də hansısa qanun layihəsini diskussiyaya çıxarırlar. Demək olar, heç kim bu müzakirələrə biganə qalmır, öz rəyini deyir. Bircə “Azadlıq” radiosundan İlqar Rəsul, özü demişkən, işini yüksək səviyyədə görməyə çalışır. O, radio üçün səs yığdığından, bərkdən danışan həmkarlarımızı sakit olmağa çağırır. Amma nə qədər sakitlik yaradılsa da, radio üçün yığılan materiallar həmkarlarımız Mürtəza Bünyadlı ilə Emil Quliyevin bas səsləri ilə zənginləşir.

Nisbətən diqqət cəlb etməyən qanun layihələrinin, hansısa  beynəlxalq sazişlərin müzakirəsi aparılanda, mətbuat otağını tərk edib iclas zalına da baş çəkməyə vaxt olur.  Əlbəttə, jurnalistləri zala buraxan yoxdur. Amma bizim 3-cü mərtəbədəki lojalardan iclasda baş  verənləri izləmək imkanımız var. Burada işləyən media nümayəndələri  əsasən gündəlik qəzet və televiziya işçiləri olur. Onlar üçün hər şeyi aydın eşitməkdən savayı, zalın hər tərəfini görmələri də vacibdir. Ona görə də əgər monitorda zalda olub-keçənlərdən hansısa məqamı görə bilmədimsə, onda həmişə zalda işləyən “Yeni Müsavat”dan olan həmkarım Elşad Paşasoya müraciət edirəm.

Zalda oturanda  parlament jurnalistləri sırasındakı az sayda olan xanım jurnalistlərlə görüşüb bir qədər söhbətləşirik. Amma bu dəfə söhbətin mövzusu nə siyasət, nə qanun layihəsi olur. İki qadın bir yerdə olanda nədən danışar? Əlbəttə, üçüncüsündən. Bu arada bəzi qadın deputatların geyimi, saç düzümü, stilini də müzakirə etmək yaddan çıxmır.  Çox vaxt Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Qərənfil xanıma da burda rast gəlmək olar. Onunla görüşən kimi yaxın günlərdə hansı komitə iclaslarınin olacağı, hansı layihələrin müzakirəyə çıxarılacağı barədə məlumat alırıq.  

Zalda canlanma olan kimi isə dərhal mətbuat otağına qayıdıb reportaj yazını hazırlamaqda davam edirsən. Beləcə, bir də görürsən ki, saat 2 oldu və iclasın birinci hissəsi başa çatdı. Amma bizim işimiz hələ də qurtarmır. İndi də çalışıb deputatlar zaldan çıxana kimi aşağı düşüb onları parlament binasından çıxmamış “yaxalamaq” lazımdır. Burda da işi başa çatdırandan sonra kimin iclasın ikinci hissəsinə qalıb-qalmayacağını həll edirik. İkinci hissəyə qalanlar ucuzluğu ilə tanınan parlament yeməkxanasında nahara gedirlər. Mən isə yaxınlıqda yerləşən redaksiyaya gedib yazını təhvil verməliyəm. Axı siyasi həyatın nəbzinin məhz Milli Məclisdə vurduğunu bilən redaktorlar səndən parlament reportajını mümkün qədər tez tələb edirlər...

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ermənistanın məsuliyyətsiz davranışı sülh danışıqlarını şübhə altına salır” - Elmar Məmmədyarov 23 Sentyabr 2019, 21:43 "Qarabağ" daha bir qələbə qazandı 23 Sentyabr 2019, 21:27 Kürdəmirdə kütləvi dava: yaralılar var 23 Sentyabr 2019, 21:14 Salyana yeni rəis təyin olundu 23 Sentyabr 2019, 20:58 Azərbaycan Səudiyyə Ərəbistanı ilə 8 yeni saziş üzərində işləyir 23 Sentyabr 2019, 20:46 Putin Ermənistana gedir 23 Sentyabr 2019, 20:30 Bakıda qayınata gəlinini baltalayaraq öldürüb 23 Sentyabr 2019, 20:17 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı 23 Sentyabr 2019, 20:03 “Əfqan Muxtarlı aclığa başlayıb” - Penitensiar Xidmət 23 Sentyabr 2019, 19:58 Bakı Dəmiryolu Vağzalında fəhlə yıxılaraq xəsarət alıb   23 Sentyabr 2019, 19:49 Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb 23 Sentyabr 2019, 19:40 Kişinin başına dəmir parçası düşdü   23 Sentyabr 2019, 19:29 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu - FOTO 23 Sentyabr 2019, 19:20 Məmmədyarov həmkarı ilə görüşdü 23 Sentyabr 2019, 19:09 Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO 23 Sentyabr 2019, 19:00 Nazirlər Kabinetində büdcə müzakirələri 23 Sentyabr 2019, 18:53 Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü 23 Sentyabr 2019, 18:44 “Bakcell”in dəstəyilə  Buzovna çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirilib - FOTOLAR   23 Sentyabr 2019, 18:35 Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA 23 Sentyabr 2019, 18:26 Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - VİDEO 23 Sentyabr 2019, 18:15 Oqtay Əsədov qızıl medalla təltif olundu 23 Sentyabr 2019, 18:06 Elmar Məmmədyarov argentinalı nazirlə əməkdaşlığı müzakirə etdi 23 Sentyabr 2019, 17:58 Manatın sabahkı məzənnəsi necə olacaq... 23 Sentyabr 2019, 17:42 Müəllimlərin işə qəbulunun II turu üzrə nəticələr açıqlandı 23 Sentyabr 2019, 17:36 Ağacın dibini betonlayan şəxs cəzalanıb 23 Sentyabr 2019, 17:35 ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü anılıb 23 Sentyabr 2019, 17:33 Deputatlar vəsiqənin girov qoyulmasını pislədilər: “…özünə hörmət etməlidir!” 23 Sentyabr 2019, 17:26 Ölkə fəlakət içində: Fövqəladə vəziyyət elan olundu! 23 Sentyabr 2019, 17:10 Bakıda dələduz  “general” tutuldu - FOTOLAR 23 Sentyabr 2019, 17:04 Tələbələrin NƏZƏRİNƏ: “Nar” təqaüd proqramı elan edir! 23 Sentyabr 2019, 16:56 “Azərsu” rəsmiləri vətəndaşları qəbul etdi 23 Sentyabr 2019, 16:53 İlham Əliyev 13 milyon manatlıq sərəncam imzaladı 23 Sentyabr 2019, 16:52 Həftədə neçə kiloqram arıqlamaq olar? – Dietoloqdan XƏBƏRDARLIQ 23 Sentyabr 2019, 16:46 Fədayə Laçının məhkəməsi yenə təxirə salındı 23 Sentyabr 2019, 16:38 Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI 23 Sentyabr 2019, 16:31