Arxiv
6 mart 2015, 10:06 | MÜSAHİBƏ
“Rauf Qurbanov kommunistlərin sədridirsə, onda mən də dünya proletariatının lideriyəm” - MÜSAHİBƏ

Telman Nurullayev: “Rauf Qurbanovun partiyadan çıxarılması haqqında məndə protokol var”


Azərbaycan Kommunist Partiyasında qalmaqallar bitib-təkənmir. Partiyanın sədri  Rauf Qurbanovla Telman Nurullayev arasında ixtilafın dərinləşməsini mətbuat səhifələrindən müşahidə etmək olar. Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov açıqlamalarında bildirir ki, Telman Nurullayev və onun tərəfdarları  pozuculuq fəaliyyəti ilə məşğul olduqlarına görə partiyadan qovulublar.

Telman Nurullayev isə iddia edir ki, AKP-nin sədri o, özüdür. Modern.az saytı Telman Nurullayevə elə bu məsələlər ətrafında suallar ünvanlayıb. Onunla müsahibəni təqdim edirik:

-Telman müəllim, Azərbaycan Kommunist Partiyasına pay bölgüsündə sizinlə Rauf Qurbanov arasında ciddi fikir ayrılığı var. Kimdir partiyanın sədri?

-Ümumiyyətlə, bir məsələni qarışdırılmasının şahidiyəm. Açığı  Rauf Qurbanovun bizim partiya ilə yaxından-uzaqdan  bir əlaqəsi yoxdur. Rauf Qurbanov öz partiyasının sədridir, mən isə başqa bir partiyanın rəhbəriyəm.

-Bir az qısa və qısa olmaqla yanaşı, tam aydın cavab olmadı. Ona görə ki, Rauf Qurbanov deyir ki, Telman Nurullayev Kommunist Partiyası sıralarından çıxarıldıqdan sonra öz tərəfdarları ilə  ayrıca bir qanad yaradıb...

-Siz jurnalistsiniz və tam ixtiyarınız var ki, Rauf Qurbanova onun partbiletinin olub-olmaması ilə bağlı sual verəsiniz. İndi hamı özünün lider, qəhrəman olduğunu deyir. Onda gərək mən deyim ki, dünya proletariatının lideriyəm. Bu iddiaları sübut etmək üçün gərək əlində sənəd, sübut olsun. İndi Rauf Qurbanov  da düşünür ki, o dediyi kimidir, ancaq biz kommunistlər də ona gülürük. Rauf Qurbanov indi beş nəfərə rəhbərlik edirsə, yenə də ona hörmət edirəm. Ancaq gərək insan özü-özünə də qiymət verməyi bacarsın.

-Amma sizin təbirinizcə desək,  rəhbəri olduğu AKP ilə Rauf Qurbanovun sədri olduğu partiyanın  ümumi ideoloji platforması mövcuddur. Amma deyəsən siz heç Rauf Qurbanovu kommunizm ideologiyasının daşıyıcısı da hesab etmirsiniz. Bir az qərəzli deyil?

-Xeyr. Hər şey gərək əməllə ölçülə. Hamı sözdə Marksist-Leninçi olduğunu deyə bilər. Həmin adamlarla təmasda olmayandan sonra onların Marksist-Leninçi olduğunu bilmək olmaz. Mən neçə illər partiya işində çalışmışam və partiya məktəbini bitirmişəm. Ən azından mən Marksın, Leninin əsərlərini, kitablarını oxumuşam. Amma Rauf Qurbanov nə qədər sinəsinə döysə ki, Marksistdir, bu, belə deyil. Marksist olmaq üçün gərək Karl Marksı biləsən, onun əsərlərini oxuyasan. Halva-halva deməklə ağız şirin olmaz.  Biz çox kommunistlərimiz nostalji hisslərlə yaşayır. Azərbaycan insanının 80-90 faizi istəyir ki, sosializm cəmiyyəti qayıtsın. Lakin onların hamısı kommunist deyil.

-Bir məsələ də var. Bəs sizi rəhbəri olduğunuz Kommunist Partiyasının beynəlxalq aləmdə legitimliyi tanınırsa, o zaman niyə görə Kommunist Partiyaları İttifaqının iclaslarına çağırılmırsınız?

-Biz Ramiz Əhmədov başqa olmaqla 1994-cü ildən bu təşkilatın üzvü olmuşuq. Mən  1995-ci ilin yay aylarında bu təşkilatın Moskvada keçirilən 30-cu qurultayında iştirak etmişəm. Həmin qurultayda nə Ramiz Əhmədov, nə də Rauf Qurbanov iştirak edib. Rauf Qurbanov sonradan Kokşovun vasitəsi ilə bu təşkilata yol tapdı.  Hazırda Rusiya Kommunist Partiyasının sədri Gennadi Zyuqanov bu Kommunist Partiyaları İttifaqının rəhbəri olduğunu demir.

-Rauf Qurbanovun keçmiş müavini Gülnisə Məhsimova bu yaxınlarda ayrıca bir Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi seçildi. Onun sizinlə yaxınlığı var?

-Gülnisə Məhsimova hərdan yanıma gəlib məsləhətlər alır. Onu o vaxt mən partiyaya gətirmişdim. Amma biz onların martın 1-də keçirdikləri qurultayında iştirak etməmişik. Onlar qurultayda Rauf Qurbanovun partiyadan çıxarılması haqqında qərar qəbul ediblər. Məndə Rauf Qurbanovun partiyadan çıxarılması ilə bağlı protokol var. Rauf gedib öz məsələsini Gülnisə xanımla həll etsin. Rauf Qurbanov özünü Kommunist Partiyasının lideri hesab edir. Yaxşı olardı desin ki, Kommunist Partiyasının hansısa qanadının rəhbəridir. Mən də daxil heç kim özünü lider saya bilməz.

-Digər kommunistləri, əsasən də Rauf Qurbanovu  ittiham edirsiniz. Bəs özünüzün kommunizmin təməl prinsipləri əsasında əməli fəaliyyətiniz niyə gözə çarpmır?

-Qurultaylarda, büro iclaslarında biz ətraflı müzakirələr aparırıq. Biz iclaslarda partiyanın tarixi, sosializmin faydaları ilə bağlı ətraflı materiallar təqdim edirik. Bizim “Azərbaycan kommunisti” qəzeti var. Çalışırıq ki, ictimaiyyəti sosializm ideyalarına alışdıraq. Lakin media orqanları sosializm ideyalarının təbliğ olunması məsələsində ehtiyat edirlər. Bizim də elə imkanımız da yoxdur ki, media vasitəsi ilə geniş təbliğat aparaq. Buna maddi vəsait də lazımdır, bizim isə maliyyə vəziyyətimiz yaxşı deyil. Biz heç bir yerdən maliyyələşmirik. Bizim partiyanın üzvləri kasıb adamlardır. Onlardan 20-30 qəpik yığmaqla kütləbi təbliğat aparmaq olmaz.

Aqşin Kərimov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Özbəkistanın yeni prezidentinin adı MƏLUM OLDU 25 Oktyabr 2021, 15:24 “İmmunitet sertifikatı”nın “Peyvənd sertifikatı” ilə əvəzlənmə QAYDASI 25 Oktyabr 2021, 15:22 İran şahı Müslüm Maqomayevin səhvini niyə bağışlamışdı... - Bir hadisənin TARİXÇƏSİ 25 Oktyabr 2021, 15:20 Bu çay evi müştərilərə qəlyan təklif edib - VİDEO 25 Oktyabr 2021, 15:14 10 “arzuolunmaz şəxs”: Hansı səfirlər Türkiyəni tərk edib? 25 Oktyabr 2021, 15:08 Lirə antirekord vurmaqda DAVAM EDİR 25 Oktyabr 2021, 15:02 Mehriban Əliyeva hərbçilərimizə dua etdi - FOTO 25 Oktyabr 2021, 14:56 Sabirabaddakı qətlin istintaqı YEKUNLAŞDI 25 Oktyabr 2021, 14:50 Daha bir erməni izi: Bakı-Naxçıvan dəmir yolunda ağac bitib - FOTO 25 Oktyabr 2021, 14:45 Apteklərdən oğurluq edən şəxs saxlanıldı 25 Oktyabr 2021, 14:40 “Teleradio” İstehsalat Birliyinə baş direktor təyin edildi 25 Oktyabr 2021, 14:36 Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə GÖRÜŞDÜ 25 Oktyabr 2021, 14:30 Azərbaycan Müqəddəs taxt-tacda səfirlik açır 25 Oktyabr 2021, 14:25 Yasamalda narkotik əməliyyatı - 15 nəfər saxlanılıb (VİDEO) 25 Oktyabr 2021, 14:20 11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub 25 Oktyabr 2021, 14:15 “Qubadlı” yarımstansiyasının açılışı oldu 25 Oktyabr 2021, 14:10 İrəvandan YENİ TƏXRİBAT: Qarabağa 300 milyon ayıracaq 25 Oktyabr 2021, 14:05 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin AÇILIŞINDA 25 Oktyabr 2021, 14:00 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu 25 Oktyabr 2021, 13:56 Prezidentlə xanımı QUBADLIDA 25 Oktyabr 2021, 13:51 “Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Ankarada kompozisiya təqdim olundu 25 Oktyabr 2021, 13:40 Koronavirus xəstəsi evi TƏRK ETDİ 25 Oktyabr 2021, 13:34 Ombudsman Ermənistan cinayətlərindən DANIŞDI 25 Oktyabr 2021, 13:28 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31