Arxiv
12 May 2015, 15:47 | MÜSAHİBƏ
“Kəndimə su çəkdirmək üçün evlərimi və qızıllarımı satmışam” - Muğam ifaçısı Elnarə

Muğam ifaçısı Elnarə Abdullayeva Qobustanın Çüxanlı kəndinə çəkdirdiyi 12 bulağın açılışını edib. Mərasimdə Qobustan Rayon İcra Hakimiyyəti başçısı, xalq artisti Alim Qasımov, kinorejissor Əbdül Mahmudov, şairə Nazilə Səfərli və başqaları iştirak ediblər.

Elnarə Abdullayeva Qobustanda çəkdirdiyi bulağa 200 min manat xərcləyib.

O, həyata keçirdiyi bu xeyirxah addımı ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

- Elnarə xanım, xərclədiyiniz məbləğə başqa işlər də görə bilərdiniz. Niyə məhz Çüxanlı kəndinə 12 bulaq çəkmək qərarına gəldiniz?

- Su çəkdirmək qədər savab bir şey yoxdur. Mən bunu eləmədim. Allah bunu mənə qismət elədi. Bu işi mən istəyə bilərdim, amma alınmaya bilərdi. Yəqin ki, qazanılan ruzidə olan halallığı gördüyü üçün bu savab işi görməyi mənə qismət elədi. Hər şeyi verən və yazan Allahdır.

Anam rəhmətə gedəndən sonra bu qərara gəldim. Allah mənim balaca fikirləşdiyim işi tamamilə həyata keçirməyimə kömək oldu. Bir insanın gücünün çata bilməyəcəyi bir şey idi. Çox şükür ki,  Allahın köməkliyi ilə bu istəyim həyata keçdi.

- Bundan sonra da bu cür xeyirxah işlər kömək fikriniz varmı?

- Allahdan çoxlu ruzi istəyirəm. Allah nəsib və qismət eləsin ki, yenə xeyirxah işlər görə bilim. Allahın qismətində varsa, deməli olacaq.

- Niyə görə məhz Qobustan rayonunun kəndinə bulaq çəkdirdiniz?

- Mənim kəndim Qobustandadır. Əvvəla, öz camaatının, millətinin qədrini bilməyən heç qıraq- bucağın da qədrini bilməz. Mən bu kənddə böyüyüb başa çatmışam. Biz ömür boyu sudan əziyyət çəkmişik. Heç mənim ağlıma gəlmirdi ki, mən böyüyəcəyəm, illərlə 5-10 manat yığdığım pulları belə bir savab işə xərcləyəcəyəm. Mən bu işdən ötrü evlərimi və qızıllarımı  satmışam. Mən onları Allah rizası üçün istifadə etmək üçün yavaş-yavaş yığmışdım. Bunu da sevə-sevə elədim. Heç kimsə deyə bilməz ki, sən bunu elə. Çünki bu elə bir işdir ki, qəlbində Allah eşqi olmasa, bunu eləyə bilməzsən.

- İmkanlı sənət nümayəndələri çoxdur, amma bu cür savab işlər görmürlər. Sizin buna münasibətiniz?

- Mən özümə cavabdehəm. Amma gərək yaxşı işlər görək. Bu bir dəvət və Allahın eşqidir. Əgər imkanları olan şəxslər niyyət etsələr, hər şey alınar. Yenə deyirəm ki, Allah bir işi qismət eləməsə, onu heç kim edə bilməz. Biz kimsəni qınaya bilmərik. Deməli, Allahın qisməti yoxdur ki, bu cür işlər edə bilməyiblər. Əvvəla, insanın özü istəməli, sonra Allah kömək etməlidir. Mən bu xeyirxah işi hamı bilsin deyə eləmədim. Əgər Tahirə xanım olmasaydı, bunu heç kim bilməyəcəkdi. Çünki bu 5-10 manatlıq iş deyildi. Ona görə də mən bunu gizlədə bilməzdim. O vaxt öz istəyimlə məscid tikdirdim, heç kim bilmədi. Amma bu elə də balaca iş deyil ki, heç kim bilməsin.

Sevinc Yasinqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda karantin qaydalarını pozduğuna görə 127 obyekt cərimələndi 24 Sentyabr 2020, 23:28 Təbriz küçəsində yanğın nəqliyyatın hərəkətində çətinliklər yaratdı 24 Sentyabr 2020, 23:14 Prezident Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi 24 Sentyabr 2020, 22:59 Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi 24 Sentyabr 2020, 22:46 Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02