Modern.az

Harri Kasparov rüşvət verməkdə ittiham olunur

Harri Kasparov rüşvət verməkdə ittiham olunur

Dünya

21 Oktyabr 2015, 21:16

Beynəlxalq Şahmat Federasiyası korrupsiyaya görə şahmat üzrə dünya çempionu Harri Kasparovun iki il ərzində bu qurumla bağlı istənilən fəaliyyətinə qadağa qoyub. Modern.az xarici mediaya istinadən bildirir ki, federasiyanın keçmiş baş katibi, sinqapurlu İqnatius Leonq da eyni qaydada cəzalandırılıb.

Araşdırma nəticəsində məlum olub ki, federasiyaya keçən il keçirilən prezident seçkisi zamanı bu posta iddialı olan Kasparov və o vaxtkı katib müqavilə bağlayıblar. Həmin razılaşmaya görə, Kasparov federasiyanın Asiya regionundakı qurumunun onun namizədliyinin lehinə səs verməsi üçün Leonqa 500 min dollar ödəyib. Nəticədə Kasparov seçkini uduzub, təşkilata isə Kirsan İllümjanov yenidən rəhbər seçilib.

 Sentyabrın 8-də FİDE-nin Rusiyadakı nümayəndəliyinin direktoru Berik Balqabayev xəbər verib ki, ABŞ-ın hüquq-mühafizə orqanları bu ölkədə yaşayan Kasparova qarşı cinayət təqibi ilə bağlı əsas əldə ediblər. Həmin gün eyni zamanda FİDE-nin rəsmi saytında Kasparov və Leonqun təşkilatın mənəvi dəyərlərini pozduqları üçün günahkar kimi tanındıqları haqda məlumat yayılıb. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır