Arxiv
4 Dekabr 2015, 09:26 | MÜSAHİBƏ
Sərdar Cəlaloğlunun qardaşı: “40 min rubl rüşvət verirdilər ki, Sərdar o qanı batırsın” - MÜSAHİBƏ

“Sərdar Qurbanın siyasətlə məşğul olmasını istəmirdi”


“O, institutu bitirəndə anama söz verdi ki, heç kimin qanını batırmayacaq”

Modern.az tanınmış siyasətçi və ictimai xadimlərin qardaşları ilə silsilə müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı Əbdül Məmmədovdur.

Əbdül Məmmədov Ermənistan-Azərbaycan müharibəsinin əlilidir. O, hazırda Naxçıvan MR Babək rayonunun Cəhri kəndində yaşayır.

- Sizi hamı müharibə əlili kimi tanıyır. İstərdik ki, müharibə illərini xatırladasınız...

- Mən meydan hərəkatı zamanından aktivlik nümayiş etdirmişəm. Sonradan kəndimizdə yaranan özünümüdafiə batalyonlarına komandirlik etmişəm. 1991-ci ildə Naxçıvanda Milli Müdafiə Komitəsi yaradılanda ora getmişəm və tabor komandiri vəzifəsinə qədər qalxmışam. 1992-ci ilin may ayında ermənilər Sədərəyə hücum edəndə tabor komandiri idim.

Öz dəstəmdən 20 nəfər götürüb xüsusi göstərişlə atışma olan yerə getmişdim. Azərbaycan tərəfdən 18 nəfər öldürülmüşdü, onların meyitlərini döyüş bölgəsindən götürmək lazım idi. Buna görə də düşmənlə açıq döyüşə girdik. Naxçıvanda döyüşmədiyim yer qalmayıb.

- Naxçıvanda döyüşmüsünüz. Sizin Qarabağa da getmək istəyiniz var idimi?

- Torpaqlarımızın müdafiəsi üçün ora da yollanardım. Amma təəssüf ki, Sədərəkdəki döyüşlərdə onurğamdan güllə dəydi, yaralandım. Elə o vaxtdan da yataqdayam. Qarabağda mənim balaca qardaşımYunis döyüşüb.

- Qardaşlarınız Sərdar Cəlaloğlu və Qurban Məmmədovla təmaslarınız varmı? Yoxsa, Sərdar Cəlaloğlu ilə Qurban Məmmədov arasında olan soyuq münasibət sizə də sirayət edib?

- “Qardaşlarımın arası dəyib” demək düzgün deyil. Onlarda tamam başqa bir şeydir. Sadəcə olaraq  Sərdar istəmirdi ki, Qurban siyasətlə məşğul olsun. Buna görə aralarında inciklik yarandı. Biz 5 qardaşın arasında soyuq münasibətdən söhbət gedə bilməz. Məndən başqa o biri qardaşlarım həbs həyatı da yaşayıblar. Yunis meydan hərəkatında tutulmuşdu, Qurban Ayaz Mütəllibovun zamanında Sabirabadda həbs edilmişdi. Sonradan da həbs olundu. Sərdar da dəmir barmaqlıqlar arasında olub. Həyatdır, bizə də bu qismət olub. Sərdar da, Qurban da ailəlikcə məni görməyə gəlirlər. Bakıya müalicəyə gələndə qardaşlarım mənim başıma yığışırlar.



- Siz qardaşlarınızın siyasi mövqeyini öz yanaşmanıza uyğun hesab edirsinizmi?

- Əslində Sərdar da, Qurban da çox düzgün yoldadırlar. Amma bir az zəif, asta hərəkət edirlər. Buna baxmayaraq, mən qardaşlarıma haqq verirəm.

- Dolanışığınız necədir?

- Mənə 2005-ci ilə qədər adi vətəndaş kimi pensiya verirdilər. Sonra dəfələrlə hərbçi olmağım, yaralanmağımla bağlı məsələ qaldırdım. Qurban Məmmədov bununla bağlı məhkəməyə müraciət etdi və əlil kimi pensiyamı təmin elətdirdi. İndi 490 manat pensiya alıram. Şükür Allaha!  Həyat yoldaşım evdar qadındır. Mən güllə yarası alanda o, pisixi gərginlik keçirmişdi. Bir müddət müalicə aldı. Daha sonra elə bir hadisə oldu ki, onurğasından zədələr aldı. Həyat yoldaşım da I qrup əlildir.

-  Övladlarınız nə işlə məşğuldur?

-  4 oğlum var. Böyük oğlum mətbəə direktorudur, qəzet çap edirlər. İkinci oğlum Füzulidəki hərbi hissədə tabor komandiridir, rütbəsi də mayordur. Ondan kiçik oğlum isə II qrup hərbi xidmət əlilidir. Mən həm də Çernobılda olmuşam. Oradan qayıdandan sonra lap kiçik oğlum anadan oldu. Amma onda qan xəstəliyi var. O da II qrup əlildir.

- Qayıdaq yenə siyasi proseslərdə adları çəkilən Sərdar Cəlaloğlu və Qurban Məmmədov məsələsinə. Siz onların barışması üçün bir cəhd edirsinizmi?

- Onlar məsələni hansı yerə yönəltsələr də, nə desələr də, qardaşdırlar. Mənə elə gəlir ki, onların siyasətə baxışları fərqli olduğuna görə, aralarında inciklik var. Onların bu inciliyinin səbəbi sırf siyasi baxışlarına görədir. Yoxsa, onlar arasında nə düşmənçilik ola bilər ki?!



- Sərdar Cəlaloğlu son zamanlar dini mövzularla gündəmə gəlir və buna görə tənqid atəşinə tutulur. Onun dinlə bağlı fikirlərini necə qarşılayırsınız?

- Mən “Quran” oxuyan adamam. Yaralanandan sonra bekarçılıq olduğuna görə, ərəb dilini də öyrəndim. Sərdarın dedikləri ilə tanış olmamışdan onun əleyhinə danışmağa başlayırlar. Bu da həmin adamların öz günahlarıdır. Bəzi adamların fikir bildirməsi üçün ilk növbədə Sərdarın mövqeyi ilə tanış olmaları lazımdır. Bunlar heç bir şey oxumadan qardaşımı dinsizlikdə, İslama qarşı çıxmaqda  ittiham edirlər. Bunlar xoşagəlməz hallardır. Şəxsən mən Sərdarın fikirləri ilə tam razıyam. Çünki o təriqətçliyə, məzhəb davasına qarşıdır. Baxın, bizi təriqət davasına sürükləmək istəyirlər. Nardaran hadisələri nə ilə bağlıdır? Hansısa İran agenti gəlib bütün Azərbaycanı bir-birinə qatmaq istəyir. Başlayırlar ki, şiə belə gəldi, sünni belə getdi. Halbuki, onlar farsın mövqeyini ifadə edirlər.

- Sizin ali təhsiliniz də olubmu?

- Mən sovet vaxtında Nalçikdə Polis Akademiyasını bitirmişəm. Bir müddət polisdə işlədim.  Daha sonra Politexnik Texnikumunda inşaat maşınlarının təmiri və istismarı üzrə ixtisası bitirmişəm.

- Sırf müharibə başladığına görəmi polis sistemindən uzaqlaşdınız?

- Mənim polisdən uzaqlaşdırılmağım Sərdar Cəlaloğlu ilə bağlı idi. Bu, müharibədən əvvələ, 1980-ci illərə təsadüf edirdi.  Sərdar o zaman Naxçıvanda Məhkəmə Tibbi Ekspertiza şöbəsində işləyirdi.

Mən isə Naxçıvan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış şöbəsinin əməkdaşı idim. Bir hadisə olmuşdu. Məni məcbur edirdilər ki, Sərdarla danışım və qardaşım onların istədiyi rəyi versin. Mən isə Sərdarın xasiyyətini bilirdim. O, institutu bitirib təyinat alıb gələndə anamın qabağında söz verdi ki, heç kimin qanını batırmayacaq. O dediyim məsələ də ölüm hadisəsi idi. Birini öldürmüşdülər, öldürən adamlar isə bunu yol qəzası kimi qələmə verməyə çalışırdılar. Həm də mənim də vicdanım yol vermirdi ki, cavan oğlanın qanını batırmaq üçün qardaşıma söz keçirim.



- Müstəntiq yox, bir jurnalist kimi sual verirəm. Həmin cinayət hadisəsinin təfərrüatını danışa bilərsinizmi?

- (Gülür). Yaxşı, danışaram. O zaman Naxçıvanda  Kamran Rəhimov adda I katib var idi. Onun bir qohumu, səhv etmirəmsə, qardaşı oğlu bir nəfəri vurub öldürmüşdü. Öldürülən gəncin valideyni Moskvaya qədər getdi, şikayətlər etdi. Bizdə Vəkil Mustafayev cinayət-axtarış şöbəsinin rəisi idi. İndi Yerevanda kürd cəmiyyətinə rəhbərlik edir. Nə isə... O məni çağırıb dedi ki, Sərdara müraciət edim, məsələni həll etsin. Sərdar Cəlaloğlu dedi ki, bu barədə söhbət gedə bilməz. Hətta o vaxt qardaşıma 40 min rubl rüşvət də təklif etmişdilər. Amma o bundan imtina etdi və onların istədiyi rəyi vermədi.

- O zaman Heydər Əliyevin Naxçıvana gəlməsinin əleyhinə və lehinə olanlar var idi. Məsələn, qardaşınız Sərdar Cəlaloğlu əleyhinə idi, maraqlıdır, siz hansı cəbhədə dayanırdınız?

- Sərdar Cəlaloğlu mərhum prezident Heydər Əliyevin Naxçıvana yox, hakimiyyətə gəlməyinin əleyhinə idi. Mən isə Heydər Əliyevin gəlməyini dəstəkləyirdim. Rəhmətlik Heydər Əliyevin Naxçıvan Ali Məclisinə sədr seçilməsi məqamında Sərdargil aksiya keçirirdilər. Biz hərbçilər isə “Maarif evi”ni mühasirəyə alıb deputatları çıxmağa qoymurduq. Tələb edirdik ki, sədr seçiləndən sonra gedə bilərlər. Mən həmin vaxtlar Heydər Əliyevin tərəfdarı olmuşam, bunu dana da bilmərəm.

- Siz Heydər Əliyevi dəstəkləyəndə Sərdar Cəlaloğlu ilə aranızda konlikt yaranmadı?

- Bizim ailə həddindən artıq demokratikdir. Mənim atam özü Heydər Əliyevi çox istəyirdi, onu dəstəkləyirdi. Çünki atam Heydər Əliyevlə Naxçıvanda Müəllimlər İnstitutunda bir yerdə oxuyublar. Onu yaxından tanıyırdı. Həmişə deyərdi ki, Heydər Əliyev onların komsomol katibi olub. Atamın Heydər Əliyevi dəstəkləməsi qardaşlarım arasında heç bir narazılıq yaratmırdı. Bu o demək deyildi ki, Qurban və Sərdar atama qarşı çıxmalı idilər. Hərənin öz əqidəsi var idi. Ailədə hamı bir-birinin fikrinə hörmət edirdi.

- Neçə nəvəniz var?

- 4 oğlum, 9 nəvəm var. İki nəvəm universitetdə oxuyur. Bu il qəbul olunublar. Böyük nəvəm Sumqayıt Dövlət Universitetində oxuyur. O,  həm də Asəf Zeynallı adına musiqi məktəbini bitirib.

İkinci nəvəm Bakıda Turizm İnstitutunda təhsil alır. İkisi də böyük oğlumun övladlarıdır.



Aqşin KƏRİMOV

***
Həmçinin oxu:

İsa Qəmbərin qardaşı: “Heydər Əliyevin məzarını ziyarət edəcəyəm” – MÜSAHİBƏ
http://modern.az/articles/89689/1/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44 Hərbi hissəyə silahlı basqın edən şəxs ömürlük azadlıqdan məhrum edildi 24 Sentyabr 2020, 16:38