Modern.az

2016-cı ildə Avropaya 1 milyon qaçqın gələcək

2016-cı ildə Avropaya 1 milyon qaçqın gələcək

8 Fevral 2016, 18:22


Beynəlxalq Miqrasiya Təşkilatı 2016-cı ildə Avropaya 1 milyondan artıq qaçqının gələcəyini proqnozlaşdırır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təkcə 2015-ci ildə Aralıq dənizi vasitəsilə Avropaya 1 milyon 4 min 356 miqrant və qaçqın gəlib. Halbuki, 2014-cü ildə “qoca qitə”yə 219 min miqrant pənah gətirmişdi.

  “Yanvar ayı miqrasiya üçün çox ləng ay sayılır. Buna baxmayaraq bu müddətdə 65 min qaçqın Avropaya gəlib. Bu hesabla ilin sonuna kimi qitəyə 1 milyondan artıq qaçqının gəlməsi istisna olunmur”.  

Beynəlxalq Miqrasiya Təşkilatı 2016-cı ildə Yaxın Şərq və Şimali Afrika əsilli miqrantların əsas axınının İsveç, Almaniya, Avstriya və Böyük Britaniyaya olacağını deyib.  

Vüqar İsmayılov        

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir