Polşa prezidenti Lex Kaçinski Xatında Polşa hərbi qəbristanlığında qətliamın 70-ci ildönümünə həsr olunmuş matəm mərasiminə çox tələsirdi. Modern.az-ın məlumatına görə, Kaçinski aprelin 10-da Xatın qəbristanlığında çıxış etməli idi. Polşanın "Rzeczpospolita" qəzeti mərhum prezidentin baş tutmamış çıxışını dərc edib. Kaçinskinin çıxışı həm də sovet, kommunist rejiminin bəşəriyyət əleyhinə daha bir cinayətini üzə çıxaracaqdı.
“1940-cı ilin aprelində “NKVD” həbs düşərgəsində 21 mindən artıq polşalı məhbus qətlə yetirilib. Bu genosid aktı Stalinin iradəsi və keçmiş sovet rəhbərliyinin əmri ilə həyata keçirilib. Üçüncü Reyx və SSRİ arasında ittifaq, Molotov-Ripentrop paktı və 1939-cu ilin 17 sentyabrında Polşaya hücumun qorxunc kuliminasiyası Xatın qırğını oldu. Təkcə Xatın meşələrində deyil, Tverdə, Xarkovda və digər məlum, məlum olmayan yerlərdə İkinci Polşa Respublikasının vətəndaşları, bizim dövlətçiliyimizin əsasını təşkil edən, vətənə sədaqətlə xidmət edən insanlarımız qətlə yetirildi. Öldürülənlərin ailələri isə Sovet İtfifaqının ucqarlaırna sürgün edildi.
Bu yolda ən dəhşətli dayanacaq Xatın olub. Polşalı zabitlər, din xadimləri, sərhəd xidməti əməkdaşları, həbsxana işçiləri, qulluqçular, polislər heç bir məhkəmə prosesi və ittihamlar olmadan güllələndi. Onlar elan olunmamış müharibənin qurbanları oldular. Onların ölümü sivil dünyanın hüquq və konvensiyalarının tapdanmasaı ilə həyata keçirilib. Onların əsgər, polyak və insan kimi şərəf-ləyaqətləri ayaqlar altına alınıb. Ölüm pərdəsi öldürülən insanlar və cinayətlər barədə həqiqətləri biryolluq gizlətməli idi. Dünya bu cinayət barədə heç nə bilməməli idi. Faciə qurbanlarının yaxınlarına onları açıq dəfn etməyə, onlar üçün ağlamağa və öz yaxınlarının xatirəsini layiqincə anmağa belə imkan vermədilər. Torpaq bu cinayətin izini örtdü, yalan isə insan yaddaşından biryolluq silinməli idi.
Xatın cinayəti barədə həqiqətlərin gizlədilməsi bu qətliama qərar vermiş kommunistlərin fundamental cinayətkar siyasətinin tərkib hissəsi olub. Bu o zaman baş verirdi ki, Xatın barədə həqiqətləri danışmaq və faciəni anmaq belə böyük qurbanlar tələb edirdi. Lakin öldürülənlərin yaxınları və cəsarətli insanlar bu xatirəni yaşatdılar, onu qorudular və polşalıların gələcək nəsillərinə ötürdülər. Onlar bu həqiqətləri bütün kommunisit rejimi dövründən keçirdilər və onu müstəqil, azad Polşa vətəndaşlarına çatdırdılar. Buna görə də biz hamıya, xüsusən də Xatın ailələrinə öz ehtiramımızı və minnətdarlığımızı çatdırmalıyıq ki, onlar öz yaxınlarının xatirəsini qorumaqla bizim Polşa şüuru və ruhunu qoruyub saxlaya biliblər.
Xatın uzun illər Polşa tarixinin ağrılı yarası olub və uzun on illər dövründə ruslar və polyaklar arasında münasibətləri zəhərləyib. Gəlin elə edək ki, Xatın yarası, nəhayat, biryolluq bitişsin və sağalsın. Biz artıq doğru yoldayıq. Biz rusların son illər gördüyü işləri qiymətləndiririk. Və bizim xalqları birləşdirən bu yolda irəliləməli, dayanmamalı və geriyə dönməməliyik .
Xatın cinayətinin bütün təfərrüatları tam öyrənilməli və araşdırılmalıdır. Hüquqi müstəvidə qurbanların günahzıslığı qeyd olunmalıdır, bu cinayətə dair bütün sənədlər açılmalı, Xatın yalanı ictimai məkandan biryolluq silinməlidir. Biz qurbanların xatirəsi naminə və onların ailələrinin əzabları naminə bu addımlar tələb edirik. Lakin biz onları həm də bütün Avropada qonşu xalqlar arasında etimad və tərəfdaşlığın əsasını təşkil edən ümumi dəyərlər naminə tələb edirik.
Gəlin qurbanların xatirəsini birlikdə yad edək və onların başı üzərində dualar oxuyaq. Qəhrəmanlara eşq olsun. Onların xatirəsinə eşq olsun!”