Modern.az

15 mindən çox avropalı meymunçiçəyinə yoluxub 

15 mindən çox avropalı meymunçiçəyinə yoluxub 

Dünya

3 Avqust 2022, 23:26

Avropada 15,5 mindən çox şəxs meymunçiçəyinə yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) məlumat yayıb. 

 

Məlumata görə, iki xəstə dünyasını dəyişib.

 

“2 avqust 2022-ci il saat 10:00-a qədər olan məlumata görə, Avropa Nəzarət Sistemi (TESSy) vasitəsilə 32 ölkə və regiondan 15 624 nəfərin yoluxduğu müəyyən edilib", - açıqlamada deyilir.

 

Xəstələrin böyük əksəriyyəti kişilərdir (99,1%). Yoluxanların 41%-ni 31-40 yaş arası insanlar təşkil edir.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi