Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban hərəkatı açıq şəkildə üç qadın və doqquz kişini şallaqlayıb.
Modern.az xəbər verir ki, bu barədə "Associated press" agentliyi məlumat yayıb.
Bildirilir ki, ictimai şallaq cəzası mərasiminə hər kəs dəvət edilib. Sosial şəbəkələrdə cəza tədbirinə dəvətnamələr yayılıb.
Yerli məhkəmə onları oğurluqda və zina etməkdə ittiham edib, məhkumlara 21-39 şallaq zərbəsi cəzası verilib.
Kütləvi şallaq mərasimində yüzlərlə insan iştirak edib.
Akif İsmayılov