Modern.az

Borel Abdullahianla Qəzzanı müzakirə etdi

Borel Abdullahianla Qəzzanı müzakirə etdi

4 Dekabr 2023, 15:30

Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borel və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Borel özünün "X" hesabında məlumat yayıb.

 

Telefon danışığı zamanı Qəzzadakı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə olunub.

 

"Həll yolu yalnız iki dövlətə əsaslanan siyasi həll ola bilər. Biz münaqişənin regiona yayılmasının qarşısını almalıyıq. İranı öz təsirindən istifadə etməyə və regionda gərginliyin qarşısını almaq üçün fəal işləməyə çağırdım", - Aİ rəsmisi qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri