Modern.az

Trampı öldürmək istəyən şəxsin kimliyi BİLİNDİ

Trampı öldürmək istəyən şəxsin kimliyi BİLİNDİ

Dünya

14 İyul 2024, 10:48

Federal Təhqiqatlar Bürosu (FTB) prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyən edə bilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Bildirilib ki, sabiq prezidentə atəş açan şəxs 20 yaşlı Tomas Metyu Kruksdur.

 

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri